Azərbaycanda COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərinə dair təlimlər davam edir

29.05.2021

Dünyada COVİD-19 pandemiyası başladığı vaxtdan ona qarşı cavab tədbirlərinin aparılması üçün səhiyyə sistemində mütəxəssislərin bilikli və səriştəli olmasına böyük ehtiyac yarandı. Bununla əlaqədar Azərbaycanda aparılan tədbirlər sırasında ÜST-n texniki dəstəyilə, ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən, UNİCEF-in Azərbaycan nümayəndəliyi və TƏBİB tərəfindən həyata keçirilən “Proact Təlim” proqramını xüsusi qeyd etmək lazımdır. Bu proqram COVİD-19 pandemiyasına qarşı profilaktik və cavab tədbirləri üzrə səhiyyə işçilərinin potensialını, bilik və bacarıqlarını artırmaq məqsədini daşıyır. Proqram çərçivəsində Türkiyədən olan mütəxəssislərin iştirakı və dəstəyi ilə Azərbaycanda Davamlı Tibbi Təhsil sistemınə daxil olan “İnfeksiyaların profilaktikası və onlara qarşı mübarizə”, “Risk kommunikasiyasının aparılmasının əsasları”, “COVİD-19 xəstəlik hallarının fərdi idarə olunması”, “Təmas qruplarının epidemioloji izlənməsi”, “COVİD-19 zamanı tibbi yardımın aparılması”, ”Xəstəxanaların FH hazırlığı” və s. kimi mövzularda 10 adda kurs aparılır. Həmin kurslar Bakı, Gəncə, Mingəçevir, Şəki, Quba, Göyçay, Şirvan, Biləsuvarda yerləşən 12 təlim mərkəzində 32 nəfərlik həkim-təlimçilər qrupu tərəfindən həyata keçirilir. Ə.Əliyev adına ADHTİ-nun pediatriya kafedrasının dosentləri Mətanət Qaraxanova və Təranə İbadova 1,3,5 və 10 saylı kursları təqdim edirlər.
Təlimlərə həkimlər, tibb bacıları, əçzaçılar cəlb olunurlar. Kurslarda ÜST-n COVİD-19-a dair məlumatlarına dair nəzəri təqdimatlarla yanaşı praktiki məşğələlərə də yer ayrılır. Bu zaman UNİCEF, İSİM tərəfindən hazırlanan əyani vasitələrdən istifadə edilir. Bu günə qədər əməkdaşlarımız tərəfindən keçirilən 27 kursda 188 nəfər məktəbdə çalışan həkim və tibb bacıları iştirak etmişlər.
Kursların sonunda keçirilən təlimin qiymətləndirilməsi sorğusunda kurs iştirakçıları təlimlərdə əldə etdikləri bilik və bacarıqların onlar üçün çox maraqlı və faydalı olduğuını və belə kursların davamlı olmasını istədiklərini qeyd etmişlər.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX