Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının növbəti onlayn iclası keçirildi

30.04.2021

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti onlayn iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. 2021/2022-ci tədris ili üçün təqvim planının tərtibi haqqında.
Məruzəçilər: dekan dosent Z.M.Quliyeva, dekan dosent S.Z.Əliyev, dekan dosent K.M.Kərimova

2. Müxtəlif məsələlər.

I məsələ üzrə terapiya fakültəsinin dekanı dosent Zemfira Quliyeva çıxış edərək bildirdi ki, fakültə üzrə 2021/2022-ci tədris ili üçün təqvim planında cəmi 242 kurs və treninqlər planlaşdırılıbdır, onlardan 34-ü səyyari olacaqdır. Həmin kurslara 6154 müdavimin qatılacağı gözlənilir.
Cərrahiyyə fakültəsinin dekanı dosent Səid Əliyev çıxış edərək bildirdi ki, fakültə üzrə 2021/2022-ci tədris ili üçün təqvim planında cəmi 448 kurs və treninqlər planlaşdırılıbdır, onlardan 54-ü səyyari olacaqdır. Həmin kurslara 6344 müdavimin qatılacağı gözlənilir.
Tibbi-profilaktika fakültəsinin dekanı dosent Könül Kərimova çıxış edərək bildirdi ki, fakültə üzrə 2021/2022-ci tədris ili üçün təqvim planında cəmi 224 kurs və treninqlər planlaşdırılıbdır, onlardan 7-i səyyari olacaqdır. Həmin kurslara 2664 müdavimin qatılacağı gözlənilir.
Hər üç dekan öz çıxışında tədris prosesində aparılan işlər haqqında məlumat verdi, mühazirələrin hazırlanmasında istifadə olunmalı yeniliklərdən danışdılar.
İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək nəzərə çatdırılan məsələyə öz münasibətini bildirdi və qeyd etdi ki, bu gün səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanması üçün institut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həçmdə fəaliyyətlərini davam etdirirlər. Distant təhsilin bütün formalarının istifadə imkanlarının həkimlər üçün əlçatanlığı təmin edilmiş və bu iş mütəmadi olaraq aparılaraq pandemiya dövründə institut qarşısında qoyulmuş bütün vəzifələrin layiqincə yerinə yetirilməsinə və ən əsası Davamlı Tibbi Təhsilin fasiləsizliyinə nail olunmuşdur. Planlaşdırılan 2021/2022-ci tədris ili üçün təqvim planında da bu məsələlər nəzərə alınmışdır.
Sonda institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX