Ə.Əliyev adına ADHTİ-də pediatriya üzrə kursda xarici ekspertin iştirakı ilə onlayn vebinar keçirildi

19.03.2021

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda diplomdan sonrakı təhsil prosessində beynəlxalq təcrübənin tətbiqi ənənəvi hal almışdır. Kafedraların əməkdaşları beynəlxalq qurum və mütəxəssislərlə əməkdaşlıq çərçiəsində birgə müxtəlif konfrans və təlimləri təşkil edir, təqdimatlarla çıxış edirlər. Pandemiya dövründə bu fəaliyyət onlayn şəkildə davam etdirilir.
17 mart 2021-ci il tarixində institutun pediatriya kafedrasının 15-19 mart 2021-ci il tarixində keçirdiyi “Uşaqlar arasında geniş yayılan sümük-oynaq sistem xəstəlikləri” mövzusunda kurs çərçivəsində “Uşaqlar arasında qamət pozuntularının profilaktik və reabilitasiya tədbirlərində kinezioloji yanaşmalar” adlı onlayn vebinarı keçirilmişdir. Mövzunu Şimali Kipr Sağlamliq və Sosial Elmlər universitetinin fiziki tərbiyyə və idman fakültəsinin dekani, professor Şahin Əhmədov təqdim etmişdir. Vebinara 83 nəfər pediatr, istehsalat təcrübəsi keçən həkimlər və rezidentlər qatılmışlar. Təqdimatda ümumi kineziologiya elmi barədə, bədənin qamətinin formalaşmasında orqan, əzələ və sümük-oynaq sistemlərinin əlaqəli olduğuna dair şəkil və məlumatlar genış yer almışdı. Aktual mövzuya həsr edilən təqdimatda yer alan qamətin pozuntularının diaqnostika üsulları isə həkimlərin marağına səbəb olmuşdur. Sonda professor həkimlərin verdiyi sualları cavablandırmışdır.Professor Ş.Əhmədov Azərbaycanda uşaqlarda qamət pozuntularına dair institutun pediatriya kafedrası tərəfindən aparılacaq tədqiqatlarda özünün də yaxından iştirak edə biləcəyi haqqında fikrini bildirmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX