Əməkdaşlarımız PROACT-COVİD-19 layihəsində iştirak edirlər

29.12.2020

ÜST tərəfindən dünyada COVİD-19 pandemiyası elan ediləndən bir çox layihələrin həyata keçirilməsinə start verilmişdir. Belə layihələrdən biri REACT-COVİD-19 layihəsidir ki, qlobal epidemiyaya səhiyyə sistemlərinin hazır olmasına dəstək verir. Bu layihənin nəticələrinə əsaslanaraq xəstəxanalardakı boşluqları müəyyənləşdirən PROACT-COVİD-19 layihəsi Azərbaycanda da fəaliyyətə başlamışdır.
Layihəyə uyğun olaraq 2020-ci il 8 sentyabr tarixində ÜST, UNİCEF dəstəyi və Türkiyyənin Ege Universitetinin mütəxəssislərinin iştirakı ilə Azərbaycanda gələn ildə qlobal epidemiyaya hazırlaşmaq üçün şəhər və rayon səviyyəsində sağlamlıq sisteminin gücləndirilməsi üçün təlim proqramına start verilmişdir. Proqramın davamlı bir sağlamlıq və təcili yardım sisteminin yaradılmasına dəstək olması nəzərdə tutulur. Proqramın ümumi məqsədləri: çevik/mobil və səlahiyyətli sağlamlıq işçi qüvvəsinı hazırlamaq, güclü infeksiya qarşısının alınması və nəzarəti sistemlərini yaradmaq, işlərin təkmilləşdirilmiş idarə edilməsini və icmalarda COVID-19 risk komunimasiyasının təkmilləşdirilməsidir. 2020-ci il 17 dekabr tarixində səhiyyə sisteminin bütün səviyyələrində COVID-19 cavab tədbirlərinin potensialının artırılması məqsədi ilə milli səhiyyə təlimçilərinin hazırlanması proqramına başlanmışdır. Bu proqram çərçivəsində hazırlanmış təlimçilər yerli səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə şəhər və rayonlarda müxtəlif təlimləri həyata keçirəcəklər. Layihə Bakı və Azərbaycanın 10 bölgəsində həyata keçiriləcəkdir. Layihədən sonra milli potensialın artırılması, müvafiq sahələrdə milli təcrübənin inkişaf etdirilməsi, Milli tibb universitetlərinə dəstəyin olması - təlim sisteminin qurulması və təşkilat potensialının yaradılması, texnologiya və rəqəmsal öyrənmə milli və yerli təlim mərkəzlərinin qabiliyyətini artırırması, təlimlərlə bağlı vəzifələrin asanlaşdırması nəzərdə tutulur.
Ə.Əliyev adına ADHTİ layihədə tərəfdaşlardan biridir və institutun əməkdaşları da layihəyə cəlb olunublar.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX