Əməkdaşlarımız Ümumdünya Səhiyyə Təşkilatının təlimində iştirak etdilər

01.10.2020

Xəbər verildiyi kimi 2020-ci ilin iyul ayından Azərbaycanda Avropa Birliyinin maliyyə dəstəyi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü" layihəsinə start verilmişdir. Layihənin məqsədi Şərq Tərəfdaşlığı ölkələrində ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətlərin qarşısını almaq, onlara hazırlıq və mübarizə imkanlarının gücləndirilməsi yollarını göstərməkdən ibarətdir. Layihəyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi, TƏBİB, Azərbaycan Tibb Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun əməkdaşları cəlb olunmuşlar. Layihənin birinci mərhələsi “Təlimçilər üçün təlim” Bakıda keçirilmişdir.
Layihənin ikinci mərhələsi Türkiyədə 13-27 sentyabr 2020-ci il tarixində baş tutmuşdur. Təlimdə Azərbaycanda keçirilməsi nəzərdə tutulan “İlkin səhiyyə xidmətlərinin təşkili və həyata keçirilməsi”, “Ailə həkimi ixtisasının formalaşması, tədrisi və tədbiqi” və “COVİD-19 pandemiyası (PROAKT layihəsi çərçivəsində)” mövzularında Ege Universiteti tərəfindən həyata keçirilən fəaliyyətlər barədə geniş məlumatlar təqdim edillmişdir.
Bunlarla yanaşı iştirakçılar Ege Universitetinin müəllim heyətinin moderatorluğu ilə Azərbaycanda ilkin səhiyyə xidmətləri, ailə həkimi ixtisasının formalaşması və tətbiqində olan çətinliklər və onların aradan qaldırılması yolları barədə geniş müzakirələr aparmış, tövsiyələr hazırlamışlar.
İştirakçılar həmşinin yerli Ailə Sağlamlıq Mərkəzlərində və Ege Universitetində həyata keçirilən fəaliyyətlərlə bilavasitə tanış olmuş və tədris prosesinin əsas istiqamətləri haqqında geniş məlumatlar əldə etmişlər. Eyni zamanda onlara yoluxucu xəstəliklər klinikasında təcili və təxirəsalınmaz yardım şöbələrinin iş prinsipləri də nümayiş etdirilmişdir.
Bu tədbirdə institutumuzu mikrobiologiya və epidemiologiya, yoluxucu xəstəliklər, anesteziologiya və reanimasiya, terapiya, pediatriya, mamalıq və ginekologiya kafedralarının 9 nəfər əməkdaşı təmsil etmişdir. Layihə cərcivəsində fəaliyyətlərin Azərbaycanda Bakı və digər bölgələrdə davam etdirilməsi nəzərdə tutulur.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX