17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür

16.06.2020

Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq hər il iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Bakıda və bölgələrdə müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.
Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.
Azərbaycan səhiyyəsinin tarixində mühüm rol oynamış qocaman tibb müəssisələrindən biri olan Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu da mövcud olduğu 84 il ərzində şanlı tarixi bir yol keçmişdir.Bu illər ərzində institut təkcə Azərbaycanda deyil, bütün regionda tanınmış ali təhsil ocağı kimi tanınmışdır. Respublikamızın səhiyyəsinin inkişafında onun rolu danılmazdır. Beləki, Azərbaycanın, demək olar ki, bütün həkim və provizorları, bir çox xarici ölkə vətəndaşları institutda ixtisaslaşma və ya ixtisasartirma kursları keçmiş və öz peşə karyeralarını qurmuşlar. İnstitutda aparılmış eimi-tədqiqat işləri keçmiş Sovetlər İttifaqında və müasir tibb dünyasında yenilik kimi tanınmış, təbabət tarixinə şanlı səhifələr kimi daxil olmuşdur. İnstitut əməkdaşlarinin şəfa verdiyi on minlərlə xəstələr ölkəmizin və xalqımızın rifahı üçün çalışmış və indi də çalışırlar.
Bu il peşə bayramının qeyd olunması yeni koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf edir. Tibb işçiləri öz vəzifə borclarını yerinə yetirərək bu xəstəliklə mübarizənin ön cərgəsindədirlər.Prezident İlham Əliyev modul tipli ilk xəstəxana kompleksinin açılışı mərasimində bu halı xüsusi qeyd etmişdir və demişdir: ”Həkimlər öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına qoyurlar, xəstələrə gecə-gündüz xidmət edirlər. Biz həkimlərin fədakarlığını yüksək qiymətləndiririk. Bir daha Azərbaycan xalqı gördü ki, ən çətin dövrdə, bu pandemiya dövründə aparıcı şəxs, aparıcı adam insanların həyatını qoruyan həkimdir. Əlbəttə, bütün başqa amillərlə bərabər, dövlət lazımi tədbirləri görür. Amma son nəticədə xəstələri müalicə edən, onları həyata qaytaran həkimlərdir. Həkimlər gecə-gündüz işləyirlər, insanları xilas edirlər”.
Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün işlər davam etdirilir, əhalinin qorunması istiqamətində dövlətimiz tərəfindən aparılan tədbirlər paketi get-gedə genişlənir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda da bu tədbirlərin həyata keçməsi üçün bir çox işlər aparılır. İnstitut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həçmdə fəaliyyətlərini davam etdirirlər. Distant təhsilin bütün formalarının istifadə imkanlarının həkimlər üçün əlçatanlığı təmin edilmiş və bu iş mütəmadi olaraq aparılaraq pandemiya dövründə institut qarşısında qoyulmuş bütün vəzifələrin layiqincə yerinə yetirilməsinə və ən əsası Davamlı Tibbi Təhsilin fasiləsizliyinə nail olunmuşdur.Əməkdaşlar hazırda da tam yaradıcılıq gücü ilə çalışır, ixtisaslı həkim və provizor mütəxəssislərinin peşə səviyyəsinin yüksəldilməsinə, elmi-təcrübi işlərin yaxşılaşmasına, əhaliyə yüksək səviyyədə tibbi yardımın göstərilməsinə çalışırlar.
Peşə bayramı münasibətilə Azərbaycandakı bütün səhiyyə işçilərini təbrik edir, onlara uzun ömür, can sağlığı və işlərində uğurlar arzulayırıq.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX