“COVİD-19 koronavirus infeksiyasının yayılmasına qarşı profilaktik və əks-epidemik tədbirlərin gücləndirilməsi haqqında” əmr yerinə yetirilir

13.05.2020

Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən geniş miqyaslı tədbirlər davam etdirilir. Axır vaxtlar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin yumşaldılması haqqında qərar vermişdir. Bu istiqamətdə aparılan işlər daxilində infeksiyanın mümkün yayılmasının qarşısını vaxtında alınması məqsədi ilə Səhiyyə Naziri cənab Oqtay Şirəliyev “COVİD-19 koronavirus infeksiyasının yayılmasına qarşı profilaktik və əks-epidemik tədbirlərin gücləndirilməsi haqqında” əmr imzalamışdır. Əmrə görə sanitar-epidimioloji xidmət mütəxəssislərini cəlb etməklə yeni həkim briqadaları yaradılmışdır.
Həmin əmrdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna bu briqada üzvlərinə təlim kurslarının keçirilməsi tapşırılmışdır. Artıq bir neçə gündür göstərilən təlimlər başlanmışdır. Təlimlərin məqsədi koronavirusla mübarizə aparan tibb işçilərini virus və ondan qorunma yolları haqqında məlumatlandırmaq, əks-epidemik tədbirlərə hazırlamaqdır. Həmin təlimlərdə institutun gigiyena və mikrobiologiya-epidemiologiya kafedralarının əməkdaşları iştirakçılara xəstəlik barədə və virusla mübarizə tədbirləri haqqında ən son məlumatları çatdırıb praktik vərdişləri nümayiş etdirirlər.


ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX