Səhiyyə Nazirliyinin göstərişi ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkim və orta tibb işçiləri üçün koronavirusla bağlı xüsusi təlim-treninqlər davamlı aparılır. Təlimlərin məqsədi koronavirusla mübarizə aparan və ən çox risk altında olan həkim və orta tibb işçilərini virus və ondan qorunma yolları ilə bağlı məlumatlandırmaq, əks-epidemik tədbirlərə hazırlamaqdır.
Belə təlimlərdən bir neçəsi də Ədliyyə Nazirliyinin tibb personalı üçün apatılmışdır. 16 aprel 2020-ci ildə növbəti təlim Ə.Əliyev adına ADHTİ-nin tədris auditoriyalarında azsaylı qruplar üçün keçirilmişdir. Təlimdə koronavirusla yoluxmuş xəstələrlə təmas edən infeksionistlər, anestezioloqlar və ftiziatrlara xəstəlik haqqında, mövcud olan müalicə sxemləri və virusla mübarizə tədbirləri haqqında ən son məlumatlar çatdırılmış, praktik vərdişlər nümayiş etdirilmişdir.