Ölkəmizdə yeni koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda COVİD-19 koronavirusu ilə bağlı həkimlər üçün rəhbərlik və təlimatların hazırlanması işi də daim gündəmdədir. Artıq həmin xəstəliyə həsr olunmuş əvvəllər hazırlanmış video-mühazirələrə və ”COVİD-19 diaqnostikasi”, ”COVİD-19 müalicəsinin prinsipləri”, “Yeni koronavirus (COVİD-19) infeksiyasi zamani intensiv terapiya”, ”Koronavirus infeksiyasina qarşi əks-epidemik tədbirlər” rəhbərliklərinə institutun müvafiq kafedralarının əməkdaşları tərəfindən yazılmış “Yeni koronavirus (COVID-19) infeksiyasi zamani otorinolarinqoloji yardimin xüsusiyyətləri”, ”Oftalmologiyada yeni koronovirus infeksiyası (COVİD-19) pandemiyası şəraitində təcili yardımın xüsusiyyətləri və biotəhlükəsizlik”, ”Stomatologiyada və üz-çənə cərrahiyyəsində yeni koronovirus infeksiyası (COVID-19) pandemiyası şəraitində təcili yardımın xüsusiyyətləri və biotəhlükəsizlik” mövzularında 3 yeni rəhbərlik əlavə olunmuşdur. Ana dilimizdə hazırlanmış rəhbərliklər həkimlərin və orta tibb işçilərinin gündəlik praktik fəaliyyətində çox faydalı olacaqdır. Beləki, həmin rəhbərliklərdə pandemiya şəklində yayılan COVİD-19 koronavirusu haqqında bu günə qədər məlum olan bütün məlumatlar verilmişdir. Rəhbərliklərlə
institutun saytında tanış olmaq mümkündür.