Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:
1. İnstitutun 2019/2020-ci tədris ilinin göstəricilərinin hesabatı.
Məruzəçilər: dekan dosent Z.M.Quliyeva
dekan dosent S.Z.Əliyev
dekan dosent K.M.Kərimova
2. Müxtəlif məsələlər.
İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun tibb üzrə alimlik dərəcələri almış əməkdaşlarına müvafiq diplomları təqdim edərək onları təbrik etdi.
I məsələ üzrə terapiya fakültəsinin dekanı dosent Z.M.Quliyeva, cərrahiyyə fakültəsinin dekanı dosent S.Z.Əliyev, tibbi-profilaktika fakültəsinin dekanı dosent K.M.Kərimova çıxış etdilər.
Terapiya fakültəsinin dekanı dosent Z. Quliyea çıxış edərək bildirdi ki, 2019/2020-ci tədris ilinin sentyabr-fevral ayları üçün fakültədə keçirilmiş 193 kursa plan üzrə 4000 müdavim gəlməli olduğu halda 4348 müdavim qəbul edilmişdir. Plan 108,2% yerinə yetirilmişdir.
Cərrahiyyə fakültəsinin dekanı dosent S.Əliyev qeyd etdi ki, 2019/2020-ci tədris ilinin sentyabr-fevral ayları üçün fakültədə keçirilmiş 333 kursa plan üzrə 3788 müdavim gəlməli olduğu halda 3968 müdavim qəbul edilmişdir. Plan 106% yerinə yetirilmişdir.
Tibbi-profilaktika fakültəsinin dekanı dosent K.Kərimova çıxış edərək bildirdi ki, 2019/2020-ci tədris ilinin sentyabr-fevral ayları üçün fakültədə keçirilmiş 166 kursa plan üzrə 1863 müdavim gəlməli olduğu halda 1581 müdavim qəbul edilmişdir. Plan 85% yerinə yetirilmişdir.
Çıxışçılar bildirdilər ki, bu tədris ilində keçən tədris ilindən fərqli olaraq kafedralarda müdavim qəbulu planının yerinə yetirilməsində nəzərə çarpacaq irəliləyişlər qeyd edilmişdir. Bu, hər şeydən əvvəl davamlı tibb təhsili sisteminin genuş işləməyə başlaması ilə əlaqədardır. Respublikada çalışan həkimlər və səhiyyə rəhbərləri bu sistem haqqında kifayət qədər məlumatlandırılmışlar və Səhiyyə Nazirinin davamlı tibbi təhsilə həsr olunmuş 45 saylı 20 iyun 2017-ci il tarixli əmri yerlərdə tam həcmdə icra olunur.
Distant təhsildə də irəliləyişlər qeyd olunur. İnstitut üzrə təhvil verilmiş mövzuların ümumi sayı 827-dir. Bu müddət ərzində daxil olub baxanların sayı 9027, e-maili təsdiqlənənlərin sayı 5445, profayl dolduranların sayı 3802, testə daxil olanların sayı 1701 müdavim olmuşdur.
Sonda institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.