“Qeyri-infeksion xəstəliklərin idarə olunması” mövzusunda təlim keçirildi
22.02.2020
19.02.2020 -21.02.2020-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ilkin səhiyyə xidmətində “Qeyri-infeksion xəstəliklərin idarə olunması” mövzusunda təlim keçirildi.Təlimdə icbari tibbi sığortanın birinci mərhələdə tətbiq edildiyi 23 regiondan 23 həkim və 23 tibb bacısı iştirak etmişdir. Üç gün davam edən təlimin əsas məqsədi ilkin səhiyyə xidməti çərçivəsində qeyri-infeksion xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası, xüsusilə hipertoniya və diabetlə bağlı tibb işçilərinin bilik və təcrübələrinin artırılması olmuşdur. Təlim Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universitetinin ailə təbabəti kafedralarının mütəxəssisləri və Türkiyə Respublikasından dəvət olunmuş ekspertlər tərəfindən aparılmışdır.
2019-cu ilin dekabr ayında Sumqayıt şəhərində və Siyəzən rayonunda ilkin səhiyyə xidmətində çalışan tibb işçiləri üçün ekspertlər tərəfindən eyni mövzuda keçirilən təcrübi təlimlər bu sahədə bilik və bacarıqların artırılmasına daha çox ehtiyacın olduğunu göstərmişdi. Nəticədə təlimlərin davam etdirilməsinə qərar verildi. Təlim sayəsində həkim və tibb bacıları təlimçi kimi formalaşacaq və gələcəkdə çalışdıqları Ailə Sağlamlıq Mərkəzlərində digər tibb işçilərinə də təlim keçə biləcəklər.
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.