Perio&Diabet beynəlxalq layihə Azərbaycan dilində tərtib edilmişdir

18.02.2020

Perio&Diabet layihəsi Avropa Parodontologiya Federasiyası(EFP) və Beynəlxalq Diabet Federasiyasnın (IDF) birqə təşkilatçılığı ilə keçirilən Perio-Diabetes qurultayında parodont xəstəlikləri və şəkərli diabet arasındaki əhəmiyyətli əlaqənin varlığının və bu iki xroniki xəstəliyə qarşı birgə hansı şəkildə mübarizə aparılması haqqında ətraflı məlumatlılığın təşviq olunmasından ibarətdir.
Dünya əhalisinin 35 yaşdan yuxarı 80%-i müxtəlif növ diş əti xəstəliklərindən və təxminən 7%-i şəkərli diabet xəstəliyindən əziyyət çəkir.
Parodont xəstəlikləri və şəkərli diabet, yaşlandıqca daha çox yayılan xroniki xəstəliklərdəndir və ikisi arasında qarşılıqlı və güclü əks-təsir əlaqəsi mövcuddur. Parodontitli insanlarda şəkərli diabet riskinin daha yüksək olduğu, diabetli xəstələrdə isə parodont xəstəliyinin inkişafı 3 dəfə daha çox olduğu müşahidə edilir. Üstəlik, bir xəstədə parodontit də olduqda diabetə nəzarət daha mürəkkəbdir və həm şəkərli diabet, həm də parodontiti olan insanların ürək-damar xəstəliyi, xroniki böyrək xəstəliyi və retinopatiya da daxil olmaqla bəzi ağır tibbi ağırlaşmalara məruz qalma riski daha yüksəkdir.

Perio & Diabet lahiyəsinin mühüm nəticələri aşağıdakılardan ibarətdir:

• Şəkərli diabet və parodontit yayılması yaşla artan qeyri-yoluxucu xroniki xəstəliklərdir
• Parodontitin erkən diaqnostika və müalicəsi prediabet riskini azaldır
• Şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlarda, xəstəlik haqqında bütün tibbi məlumatlar stomatoloq ilə paylaşılmalıdır
• İnsanlar öz çəkilərinə nəzarət etməlidirlər
• Sağlam qidalanmalı və tütün məmulatlarından istifadə etməməlidirlər
• Hər bir insan öz şəkərli diabetinə nəzarət etməlidir
• Gündəlik stress azaldılmalı və aktiv həyat tərzi təbliğ edilməlidir
• Diş əti xəstəliklərinin qarşısını almaq üçün ildə 2 dəfə stomatoloqa müraciət olunmalıdır
• Dişlər gündə 2 dəfə fırçalanmalıdır, diş arası fırçalardan və diş saplarından istifadə olunmalıdır

Parodont xəstəlikləri və şəkərli diabetin səbəblərini, risk və təsir amillərini, profilaktikasını və bu iki patologiyanın arasındakı əlaqənin vacib məqamlarını təhlil edən maarifləndirmə broşurları, poster və video animasiyadan ibarət olan bu layihə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosentləri Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli və vitse-prezidenti Rəhim Qarayev, rezidenti Rüstəm Ağazadə, Azərbaycan Tibb Universitetinin terapevtik stomatologiya kafedrasının assistenti, Cəmiyyətin lahiyələr koordinatoru Hənifə Musayeva və Rövşən Məmmədov tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq, stomatoloqlar, tibb mütəxəssisləri və ictimaiyyət üçün tərtib edilmişdir.

www.perio.az/periodiabet



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX