Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf Konsepsiyasına əsasən “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2015-ci ilin dekabrın 23-də 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Bu istiqamətdə aparılan məqsədyönlü siyasət insan sağlamlığının yaxşılaşdırılması, xəstəliklərin qarşısının alınması, xəstələrə göstərilən tibb xidmətin yaxşılaşdırılması və keyfiyyətinin artırılmasına, o cümlədən qeyri-infeksion xəstəliklər ilə baxlı ölüm hallarının azaldılmasına, xidmət edir.Bu sərəncamla təsdiq olunmuş strategiyadan sonra Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış fəaliyyət planına uyğun olaraq bir çox istiqamətdə işlər görülür və görülməkdə də davam edir. Beləki, dekabr ayının 18-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İçtimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Tibb Universiteti ilə birgə “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları”na həsr olunmuş I Milli konfrans keçirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatları, müxtəlif dövlət qurumları, elmi-tədqiqat institutları, QHT və digər strukturların nümayəndələri konfransda iştirak etmişlər. Konfransda 2 il ərzində qeyri-infeksion xəstəliklərlə bağlı görülmüş işlərin təhlili və kompleks mübarizə tədbirlərinin ilkin nəticələri və 2018-2020-ci illər üçün prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə yanaşı, qeyri-infeksion xəstəliklərin müxtəlif aspektlərinin öyrənilməsinə dair ölkədə aparılan elmi-tədqiqat işlərinin nəticələri barədə geniş təqdimatlar və çıxışlar olmuşdur.
Qeyd etmək lazımdır ki, Ə.Əliyev adına ADHTİ da qəbul olunmuş qərarların yerinə yetirilməsində aktiv iştirak edir.Həkimlərin bu istiqamətdə bilik və bacarıqlarının artırılması üçün 2017/2018-ci tədris ili üçün təqvim planınına uyğun olaraq keçiriləcək ixtisasartırma kurslarında qeyri-infeksion xəstəliklərə həsr olunmuş bir çox mövzular təqdim olunacaqdır.
Konfransda institutun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova iştirak etmişdir.