FAKÜLTƏDƏ 8 KAFEDRA FƏALİYYƏT GÖSTƏRİR:
Pedaqogika, psixologiya və
xarici dil kursu ilə səhiyyənin təşkili və menecmenti kafedrası
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Sosial gigiyena və səhiyyənin təşkili (indiki adı: Pedaqogika, psixologiya və xarici dil kursu ilə səhiyyənin təşkili və menecmenti) kafedrası 1949-cu ildə yaradılmışdır. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Sosial gigiyena və səhiyyənin təşkili kafedrası, 1949-cu ildə professor M.Ə.İbrahimov (ömrünün axırına qədər 1979-cu ilədək kafedraya rəhbərlik etmişdir) tərəfindən əsası qoyulmuş və 1991-ci ildən 2008-ci ilə qədər inistitutun gigiyena kursu onun tərkibində daxil edilmişdir, Kafedra səhiyyə idarələrinin və müəssisələrinin baş həkimləri və müavinlərinin, həkim-statistlərin və metodistlərin, gigiyeneistlərin ixtisaslaşması ilə məşğul olur. Elmi işləri Azərbaycanda səhiyyənin tarixi, əmək, uşaq və ətraf mühit gigyenası, sağlamlıq göstəricilərinin dinamikası, ekoloji şərait və sanoekloji monitorinq problemlərinə həsr edilmişdir.
Kafedranın elmi istiqaməti
Elmi tədqiqatların əsas istiqamətləri ana və uşaqların mühafizəsi (9 dissertasiya işi), əhalinin sağlamlıq durumu və onun yaxşılaşdırılması yolları (7 disseratasiya işi), əmək şəraiti və sağlamlıq (5 dissertasiya işi), səhiyyə və marketinq (5 disseratasiya işi) problemlərinin öyrənilməsidir.
Kafedra müdiri
Tibb elmləri doktoru, dosent Hikmət İsfəndiyar oğlu İbrahimli 21 aprel 1964-cü ildə Şəmkir rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul olmuş və 1986-cı ildə həmin fakültəni bitirmişdir. 1986-1997-ci illər ərzində təyinatla Gəncə şəhərində həkim stomatoloq işləməyə başlamışdır. 1997-ci ildə Bakı şəhərində 8 saylı Stomatoloji poliklinikada həkim stomatoloq kimi işləmişdi. 2000-ci ildən Azərbaycan Tibb Universitetinin Terapevtik stomatologiya kafedrasında "Bakı şəhərinin yaşlı əhalisi arasında ağız boşluğu kandidozunu yayılması və stomatoloji xəstəliklərin kompleks terapiyasına antimikotiklərin daxil edilməsinin klinik-patogenetik cəhətdən əsaslandırılması" mövzusu üzrə dissertasiya işinə başlamış və 2004-cü ildə isə namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və səhiyyənin təşkili kafedrasında "Azərbaycan Respublikasının əhalisinin stomatoloji xəstəliklərin və ixtisaslaşdırılmış yardıma tələbatı" mövzusu üzrə doktorluq dissertasiyası üzərində işə başlamışdı. 2006-cı ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Sosial gigiyena və səhiyyənin təşkili" kafedrasına baş müəllim vəzifəsinə qəbul edilmişdir. 2009-cu ildə həmin institutun Tədris hissəsi şöbəsinin müdiri təyin edilmişdir. 2011-ci ildə "Azərbaycan Respublikasının əhalisinin stomatoloji xəstəliklərin və ixtisaslaşdırılmış yardıma tələbatı" mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır. 60-dan artıq elmi məqalənin, 1 monoqrafiyanın, 4 metodik tövsiyənin və 3 dərsliyin müəllifidir.
2012-ci ildən – 2016-cı ilədək Pedaqogika, psixologiya və xarici dil kursu ilə səhiyyənin təşkili və menecmenti kafedrasında dosent, 2018-ci ildən “Pedaqogika, psixologiya və xarici dil kursu ilə səhiyyənin təşkili və menecmenti” kafedrasının müdiri vəzifəsində fəaliyyətini davam etdirir.
Kafedranın əməkdaşları
Tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Ekologiya Elmləri Beynəlxalq Akademiyasının müxbir üzvi Ağayev Fazil Balamirzə oğlu 1944-cü ildə Azərbaycan Respublikasının Lerik rayonunun Gürdəsər kəndində anadan olmuş, orta təhsilini kənd məktəbində gümüş medalla başa vurub, 1964- cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. İnstitutu bitirəndən sonra 1970-1972-ci illərdə tibb xidməti leytenantı kimi həqiqi hərbi xidmətdə olmuş, Ermənistanın Leninakan şəhərində yerləşən 18500 hərbi hissəsində həkim-mütəxəssis vəzifəsində qulluq etmişdir. Ordudan tərxis olunandan sonra Sumqayıt şəhərində sahə həkim terapevti və təcili yardım xəstəxanasının terapiya şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1974-cü ildə Azərbaycan Respublika Səhiyyə Nazirliyinin M. Əfəndizadə adına əmək gigiyenası və peşə xəstəliləri elmi tədqiqat institutunun aspiranturasına daxil olmuş və 1977-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının əmək gigiyenası və peşə xəstəlikləri institutunda "Benzonitril peşə zəhəri kimi-gigiyenik normallaşdırma, yaş həssaslığı və metobolizm məsələləri" mövzusunda dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1978-ci ilə qədər həmin institutda baş elmi işçi, sonralar isə 1979-cu ilə qədər Sumqayıt şəhərində 1 saylı xəstəxanada baş həkimin müalicə işləri üzrə müavini kimi fəaliyyət göstərmişdir. 1979-cu idən indiyə qədər Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sosial gigiyena və səhiyyənin təşkili kafedrasına rəhbərlik edir (indiki ictimai sağlamlıq, səhiyyənin təşkili və gigiyena kafedrası). Bu müddətdə elmi fəaliyyətinin əsas istiqaməti ana və uşaqların mühafizəsi problemi olmuşdur. 1988-ci ildə "Perinatalogiyanın sosial-gigiyenik problemləri" mövzusunda doktorluq dissertasiyasını SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda müdafiə etmiş və müvafiq elmi dərəcə almışdır. 1990-cı ildə ona sosial gigiyena və səhiyyənin təşkili kafedrası üzrə professor adı verilmişdir. Azərbaycan alimlərinin elmi pedaqoji kadr hazırlanması çətin dövrdə professor F.Ağayevin rəhbərliyi altında "Atmosfer havasının çirklənməsi və onun bir yaşa qədər uşaqların sağlamlıq durumuna təsiri" və "İri sənaye şəhərlərində atmosferin çirklənməsinin ana ölümü və mamalıq patologiyalarına təsirinin kompleks qiymətləndirilməsi" mövzularında tibb elmləri namizədliyi dissertasiyaları hazırlanır və müvəffəqiyyətlə müdafiə olunur və bir neçə namizədlik və doktorluq dissertasiyası planlaşdırılır. 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar elm xadimi adı verilir. F.Ağayevin sonrakı elmi tədqiqatlarında da ana və uşaq sağlamlığı probleminin prioritetləri seçilmişdir. Bu sahədə 9 namizədlik dissertasiyası hazırlanmış və müdafiə olunmuşdur. Onun çoxsahəli elmi tədqiqat istiqamətlərindən biri səhiyyənin perspektiv planlaşdırılması və tibb müəssisələrinin şəbəkəsinin ölkə ərazisində yerləşdirilməsi prinsiplərinin elmi əsaslandırılmasıdır. Bu sahədə 3 elmlər doktoru dərəcəsinə layiq görülmüş işlər xüsusi qeyd olunmalıdır: "Azərbaycan kəndlərində müalicə-profilaktika müəssisələri şəbəkəsinin ərazi yerləşdirmə və perspektiv inkişafının tibbi sosial əsasları"; "Ambulator-poliklinika və stasionar tibb müəssisələri şəbəkəsinin rayon, rayonlararası və zona səviyyəsində yaradılmasının elmi əsasları"; "Bərpa təbabəti sistemində fizioterapiya bölmələri şəbəkəsinin yaradılmasının müasir prinsipləri". F. Ağayevin tədqiqatlarında əhalinin ayrı-ayrı sosial təbəqələrinin sağlamlıq durumu, ona təsir edən risk amillərinin öyrənilməsi xüsusi yer tutur. Pedaqoji işçilərin, superfosfat və məişət kondisionerləri istehsalında çalışanların, dəniz gəmiçilərinin, neftçilərin və digər sənaye mütəxəssilərinin sağlamlıq durumu dərindən araşdırılmış və onların sağlamlığının mühafizəsi üçün tədbirlər kompleksini əsaslandrmaq məqsədi ilə ölkədə ölümün səbəblərinə həsr olunmuş doktorluq və namizədlik dərəcələrinə layiq görülmüş dissertasiyalara rəhbərliyi diqqəti cəlb edir. "Qan dövranı patologiyalarının pedaqoqlar arasında inteqral profilaktikasının elmi əsasları", "Azərbaycan kənd rayonlarında tibbi-demoqrafik vəziyyətin xüsusiyyətləri və səhiyyənin islahat yolları", "Uşaq əhalisinin ölümün səbəbləri, risk amilləri və profilaktika yolları", "Vaxtsız ölüm" və sair işlər müvəffəqiyyətlə müdafiə olunmuşlar. Bütövlükdə F.Ağayevin rəhbərliyi ilə 9 elmlər doktoru, 52 namizədlik işləri bitirilmiş və bir neçə müvafiq tədqiqatlar planlaşdırılmışdır. Tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, F.B. Ağayev 1979-cu ildən 2018-ci ilədək müdiri vəzifəsində çalışmışdır. 2018-ci ildən kafedranın professoru vəzifəsini daşıyır.
T.e.ü.f.d., dosent Məmmədova Nailə Oqtay qızı, tibb üzrə fəlsəfə doktoru, Sosial gigiyena və səhiyyənin təşkili kafedrasının dosenti. 30 elmi əsərin müəllifidir. 5 metodik tövsiyələri və tədris vəsaitləri nəşr olunmuşdur. Əsərləri Rusiyanın mərkəzi jurnallarında, o cümlədən, «İmpakt faktoru» yüksək olan elmi məcmuələrdə (Fourth Baku International congress, «Гигиена и санитария», «Гигиена труда и промышленная экология», «Проблемы управления здравоохранением», «Sağlamlıq») nəşr olunmuşdur. Tədqiqatların əsas istiqaməti Qadınların reproduktiv sağlamlığının öyrənilməsidir.
Baş müəllim, t.e.ü.f.d. Ağayeva Kəmalə Fazil qızı, tibb üzrə fəlsəfə doktoru, baş müəllim. 33 elmi əsərin müəllifidir. Əsərləri Rusiyanın mərkəzi jurnallarında, o cümlədən, «İmpakt faktoru» yüksək olan elmi məcmuələrdə («Журнал неврологии и психиатрии им.Корсакова», «Гигиена и санитария», «Гигиена труда и промышленная экология», «Проблемы управления здравоохранением») nəşr olunmuşdur. Nəşr olunmuş əsərlərinə 15-dən çox istinad edilmişdir. Tədqiqatların əsas istiqaməti Səhiyyənin və sağlamlığın idarə olunmasında psixofizioloji amillərin rolunu öyrənməkdir.
Kafedranın ünvanı
Bakı şəhəri, Tbilisi pros. 3165-ci məhəllə, tel.: 431-40-33
Ftiziatriya kafedrası
Kafedra haqqında
Ə.Əliyev adına ADHTİ-nun ftiziatriya kafedrsı 1 saylı MŞVƏD-nin bazasında yerləşir və 5 otaqda fəaliyyət göstərir: kafedra müdirinin kabineti, auditoriya və 3 həkim kabineti. Kafedrada müxtəlif ağciyər-bronx xəstəliklərinin rentgen arxivi saxlanılır ki, bu, əyani vəsait kimi istifadəyə və kursantlara təqdim olunan materialların asan mənimsəməsinə imkan verir. Kafedra 1946-cı ildə təşkil olunmuşdur. ADHTİ–də kafedra yaranana qədər, 1935-ci ildən vərəm üzrə kurs mövcud olmuşdur. 1938-ci ildən həmin kurs terapiya kafedrasında fəaliyyət göstərmiş , 1944-cü ildən isə kurs sərbəst ayrılmışdır. Mövcudluğunun ilk illərində Respublika ET Vərəm İnstitutunda, Bakı şəhər və Respublika vərəm dispanserlərində yerləşən kafedrada ftiziatrlar üçün təkmilləşmə və ixtisaslaşma kursları ilə yanaşı, hər il terapevtlər, infeksionistlər və səhiyyə təşkilatçıları üçün qısa müddətli proqramlar üzrə məşğələlər aparılırdı. Kafedrada müxtəlif illərdə dosentlər: M.M. Əliyev, O.İ. Blinova, N.Q. Tahirbəyova, Q.M. Muxtarova, assistentlər: Y.A. Əliyev, R.M. Stepanov, F.Ş. Quliyev, M.E. Əsədov, R.İ. Məmmədov, V.F. Tsım, Q.A. Cəlilova, F.A. Məmmədyarova işləmişlər. 1969 -cu ildə kafedraya F.M İsmyılov rəhbərlik etmişdir. O, tədris işinin daha da yaxşılaşması, elmi tədqiqatların keyfiyyətinin yüksəlməsi üçün çoxlu güc və enerji sərf etmişdir. Onun səyləri nəticəsində kafedrada ftiziocərrahiyyə şöbəsi təşkil olunmuşdur. 1977-ci ildən 1986-cı ilə qədər kafedraya professor Ş.P. Topçıyev rəhbərlik etmişdir. Görkəmli ftiziatr alim, təcrübəli pedaqoq öz assistentləri - tibb elmləri namizədi Ə.L. Tağıyeva, V.A. Polyanski, S.T. Şarınski, N.A. Starova ilə birlikdə kafedranın işini daha da fəallaşdırdı.
1. Ftiziatriya üzrə ixtisaslaşma
2. Ftiziatriya üzrə ümumi təkmilləşmə
3. Uşaq və yeniyetmə yaşların
4. Tənəffüs orqanlarının vərəmi və onun differensial diaqnostikası
5. Uşaq və yeniyetmələrdə vərəmin ilkin formalarının erkən diaqnostikası və profilaktikası
6. Ftiziopulmonologiya
Tsikllər daim yenilənir. Bundan başqa Azərbaycanın rayonlarında əlavə tematik tsikllər keçirilmişdir. Tsikillərin bu cür keçirilməsini yerli səhiyyə orqanlarının tələbatları diktə etmişdir. Ftiziatriya kafedrası sistematik olaraq qarışıq terapiya və pediatriya kafedrasında məşğələlər keçirir. Belə qarşılıqlı faydalı əlaqələr tədris prosesini xeyli zənginləşdirir. Kafedrada təhsilin öyrədilməsinin müasir metodları tətbiq edilir, proqramlaşdırılmış təlim həyata keçirilir. Kursantların biliklərinin əsas hüdudi və yekun nəzarəti təyin olunur. Vərəmin müxtəlif formaları üzrə həmçinin onun diaqnostikası, differensial diaqnostikası və müalicəsi üzrə test proqramları istifadə olunur. Son illərdə ağciyər vərəmilə xəstələnmənin azalma meylinin qeyd olunmasına baxmayaraq, vərəm mikobakteriyalarının dərmana davamlı formalarının xüsusi çəkisinin vərəmli xəstələrdə yüksək səviyyəsi qalmaqdadır. Bu zaman vərəmin polirezistent formalarını proqressivləşən artımı nəinki xronik xəstələr arasında, həm də ilk dəfə aşkar olunmuş xəstələr arasında qeyd olunur. Bununla bağlı olaraq kafedra ağciyər vərəmini polirezistent formaları olan xəstələrin müalicəsinin effektliyinin yüksəlməsi probleminə həm tədris, həm də elmi planda böyük diqqət ayırır. Qeyd etmək lazımdır ki, kafedrada kursantların müstəqil işinə xüsusi diqqət ayrılır. Onlar dövri mətbuata yanaşmaya və elmi və praktik məsələlərin düzgün işlənməsinə öyrədilir. Mənimsənilmiş vərdişlərin dəyərləndirilməsi müntəzəm keçirilən həkim-dinləyici konfranslarında qiymətləndirilir. Bununla yanaşı, kafedrada fənlərin daha dərindən öyrənilməsini təmin edən seminarların keçirilməsinə böyük diqqət ayrılır: seminar- kollokviumlar, seminar - müzakirələr, klinik təhlillər üzrə seminarlar, yoxlama işlərinin müzakirəsi üzrə seminarlar. Müasir şəraiti nəzərə alaraq kafedra tədris prosesinin planlaşdırılması zamanı ilkin tibb xidmətləri həkimləri üçün tematik tsikillərin və dekadniklərin keçirilməsindən fəal istifadə edir.
Kafedra müdiri, professor, t.e.d. Məmmədbəyov Elcan Nazim oğlu 1987-ci ildən kafedraya rəhbərlik edir. Hal-hazırda kafedrada tibb elmləri doktoru Y.Ş. Şıxəliyev və aparıcı elmi işçi, t.e.n. L.H.Kazımova fəaliyyət göstərirlər. Kafedranın əməkdaşları aspiranturanı Moskvada ET Vərəm İnstitutunda bitirmişlər və elə orada da namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişlər. Hal-hazırda kafedra Rusiyanın, Türkiyənin və Kazaxstanın Elmi-Tədqiqat İnstitutları və elmi mərkəzlərilə sıx əlaqələri qoruyur. E.N. Məmmədbəyovun rəhbərliyi altında ümumi təkmilləşdirmə və ixtisaslaşma silsilələrilə yanaşı pediatrlar üçün «Uşaq və yeniyetmə yaşında vərəm» və «Uşaq və yeniyetmələrdə vərəmin ilkin formalarının erkən diaqnostikası və profilaktikası» mövzularında tematik kurslar keçirilir.
Kafedranın elmi istiqaməti
İxtisaslaşma və ümumi təkmilləşmə tsiklləri ilə yanaşı ağ ciyər vərəminin tənəffüs orqanlarının digər xəstəlikləri ilə rentgen diaqnostikası üzrə, vərəmli xəstələrin müalicəsi üzrə, vərəmin vərəmsiz xəstələrlə differensial diaqnostikası üzrə tematik təkmilləşmə kurslar da aparılmağa başladı. Digər kafedralarla əməkdaşlıq gücləndirildi. Dərslərin aparılmasına səhiyyənin təşkili, dermotovenerologiya, oftalmologiya, urologiya və cərrahi nefrologiya, travmatologiya, ortopediya kafedralarının əməkdaşları da cəlb olundular. Kafedra institutda unifikasiya edilmiş proqramla işləməyə başlayan birincilərdən olmuş, təhsildə test üsulunu tətbiq etmişdir. Kafedranın elmi potensialı xeyli artmış oldu. Burada limfoterapiyanın effektivliyi, süni pnevmotoraks, vərəm zamanı maddələr mübadiləsi, vərəmin müxtəlif formalarında ürək-damar və tənəffüs sisteminin funksional dəyişilmələri, vərəmin ağciyərin qeyri spesifik xəstəliklərlə birgə mövcudluğu, reabilitasiya və residivlər, ağciyər vərəmi, ağciyər vərəminin və plevritlərin cərrahi müalicə məsələləri hərtərəfli öyrənilmişdir. 1987-ci ildən kafedra müdiri tibb elmləri doktoru E.N. Məmmədbəyovdur. Hal-hazırda kafedrada tibb elmləri doktoru Y.Ş. Şıxəliyev, tibb elmləri namizədi, böyük elmi işçi L.Q. Kazımova çalışır. Kafedranın bütün əməkdaşları Moskva Elmi Tədqiqat Vərəm İnstitutunda aspirantura bitirmiş doktorluq və namizədlik dissertasiyaları müdafiə etmişlər. Hal-hazırda kafedra Rusiya, Türkiyə və Qazaxıstanın elmi tədqiqat institutları və elmi mərkəzləri ilə sıx əlaqə saxlayır. E.N. Məmmədbəyovun rəhbərliyi altında kafedrada ümumi təkmilləşmə və ixtisaslaşma kursları ilə yanaşı, «Uşaq və yeniyetmə yaşlarda vərəm», «Uşaqlarda və yeniyetmələrdə vərəmin birincili formalarının erkən diaqnostikası və profilaktikası» mövzuları üzrə pediatrlar üçün tematik kurslar da aparılır. Son illərdə tədris istehsalat planında tematik təkmilləşmə tsiklləri getdikcə daha çox yer alır. 2000-ci ildən kafedrada terapevtlər və pulmonoqlar üçün yeni tematik kurslar təşkil olunmuşdur: Ftiziopulmonologiya», «Tənəffüs orqanlarının vərəmi və onun differensial diaqnostikası». Son 40 ildə 4 mindən artıq kursant kafedrada təlim prosesindən keçmişlər. Məşğələlər zamanı kafedranın əməkdaşları təkcə vərəm haqqında deyil, tənəffüs orqanlarının digər zədələnmələri barədə də hərtərəfli məlumatlar verirlər. Vərəm patologiyası ilə digər orqan və sistemlərin birgə zədələnmələrinə xüsusi diqqət ayrılır.
Kafedranın müalicə fəaliyyəti
Müalicə və konsultasiya işinə böyük diqqət ayrılır. Kafedranın klinik bazası 1 saylı Mərkəzi Şəhər Vərəm Əleyhinə Dispanserdə ( MŞVƏD) yerləşir. (Alatava küçəsi 2). Dispanserdə ambulator şöbə ilə yanaşı 160 çarpayılıq stasionar şöbə mövcuddur. Kafedra ftizioterapevtik profilli 40 çarpayıya xidmət edir. Xəstələrin müayinəsi üçün rentgen müayinə, KT müayinə, klinik məlumatlar, bakteroloji, biokimyəvi immunoloji laboratoriyalardan, həm də endobronxial müayinədən istifadə edilir. Kafedrada ftiziopulmonologiya üzrə konsultativ mərkəz təşkil edilmişdir. Kafedranın əməkdaşları stasionar və ambulator şöbə tərəfindən təqdim olunan bütün mürəkkəb xəstələrin konsultasiyasını aparır, sahə ftiziatrlarına kuratorluq edirlər, dispanser müşahidələrin doğruluğunu periodik olaraq yoxlayırlar. ADHTİ-nin qarışıq kafedraları, Səhiyyə Nazirliyi müəssisələri və başqa tabeçilikdə olan xəstəxanalar tərəfindən göndərilən tənəffüs orqanları patologiyalı xəstələrin konsulatasiyasını aparırlar. Kafedranın əməkdaşları bütün ilkin aşkar olunmuş xəstələrin diaqnozunun dəqiqləşdirilməsi və müalicəsinin korreksiyası üzrə Mərkəzi HMK – in tərkibinə daxildir; dispanserin patoloqoanatomik konfranslarında iştirak edirlər. Kafedranın bütün işçiləri şəhər ftiziatriya cəmiyyətinin üzvüdürlər. Cəmiyyətin işində iştirak aktivdir. Hər kəs il ərzində cəmiyyətin iclasında 1-2 məruzə edir, həmməruzəçi kimi çıxış edir, təcrübədə rast gələn ən maraqlı hadisələri nümayiş etdirir. Beləliklə, səhiyyə orqanlarına konsultativ yardım mümkün olan maksimal həcmdə göstərilir. Kafedrada təlim prosesində səyyari tsikillərdən və dekadniklərdən bundan sonra da daha aktiv istifadə etmək, ümumi müalicə şəbəkəsi həkimləri üçün metodik tövsiyələrin hazırlanması və nəşri planlaşdırılır.
Kafedranın əməkdaşları
T.e.ü.f.d., assistent Kazımova Leyla Hacağa qızı 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitunun müalicə - profilaktika fakültəsini fərqlənmə ilə bitirmişdir. 5 il sahə terapevti və 3 il Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun vərəm kafedrasında ftiziatr işlədikdən sonra 1983-cü ildə SSRİ Səhiyyə Nazirliyinin Moskva şəhərində Mərkəzi ET Vərəm İnstitutunfa aspiranturaya daxil olmuşdur və 1986-cı ildə onu müvəffəqiyyətlə bitirmişdir. Yüksək ixtisaslı bir ftiziatr kimi "Ağciyər vərəminin vərəm mikobakteriyalarının L - transfomasiyasından asılı olaraq klinik və morfoloji xüsusiyyətləri" kimi aktual bir mövzuda dissertasiya üzərində tez və fəal bir şəkildə işə qoşuldu. 1986-cı ildən başlayaraq L.Q. Kazımova özünün elmi və praktik fəaliyyətini Azərbaycan Səhiyyə Nazirliyinin ET Ftiziatriya və pulmonologiya institutunda böyük elmi işçi vəzifəsində davam etdirdi. 1988-ci ildən İnstitutun elmi katibi işləmişdir. 1990-cı ildən Azərbaycan Səhiyyə Nazirliyinin Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitunda ftiziatriya kafedrasında əməkdaşdır. Öz fəaliyyəti dövründə o, özünü yüksək ixtisaslı tədqiqatçı, erudist həkim kimi göstərmişdir. Onun elmi işləri aktual ftiziatriya məsələlərinə həsr olunmuş və ciddi elmi yeniliklərə malikdir. Elmi tədqiqatları müvəffəqiyyətlə təcrübədə həyata keçmişdir. Kazımova L.Q. 80-ə yaxın dərc olunmuş elmi işin, ixtiranın müəllifidir. Dəfələrlə respublika və beynəlxalq səhiyyə konfransların, qurultayların işində iştirak etmişdir. L.Q. Kazımova öz elmi fəaliyyəti ilə yanaşı böyük praktik iş yerinə yetirir. Ağciyərin vərəmi və digər ağ ciyər - bronx xəstəlikləri olan xəstələrə müalicəvi və konsultativ yardım göstərir.
Əməkdar həkim, t.e.d, professor, Elm və Təhsil üzrə Beynəlxalq Elmlər akademiyasının Azərbaycan bölməsinin həqiqi üzvü Şıxəliyev Yavər Şıxəli oğlu Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakultəsini 1972-ci ildə bitirmişdir. Moskva şəhərində Mərkəzi Elmi Tədqiqat Vərəm İnstitutunda 1984-cü ildə “Ucqar dağ kəndlərində vərəmin erkən aşkarı və müalicəsinin təkmilləşdirilməsi”, 2001-ci ildə “vərəm residivlərinin erkən aşkarı və müalicəsinin təkmilləşdirilməsi” mövzusunda namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişdir. Yerli və xarici tibb ədəbiyyatlarında 200-ə yaxın elmi məqalələri dərc olunmuşdur. Təşkilatçı – ftiziatr vəzifəsində 1973-cü ildən çalışmışam və Bakı şəhərinin Mərkəzi Vərəm Dispanserinin baş həkimidir. Fəaliyyəti dövründə respublikada Vərəm Əleyhinə tədbirlərin həyata keçirilməsində və bu sahədə bir sıra problemlərin həlli istiqamətində elmi-praktiki işlər görmüşdür. Belə ki:
- ilk dəfə respublikada vərəmin erkən aşkarı istiqamətində profilaktik flüoroqrafiyanın təşkilinin xüsusiyyətlərini öyrənərək praktik ftiziatriyaya tətbiq edərək və müvafiq tövsiyyələr vermişdir;
- ilk dəfə olaraq respublikada vərəmin epidemiologiyasını gərginləşdirən vərəm residivlərinin qarşısının alınması məqsədi ilə A.Valdın ardıcıl riyazi statistik proqnozlaşdırma metodundan istifadə edərək vərəm əleyhinə müəssisələr üçün risk qruplarının xarakteristikasını vermişdir;
- ilk dəfə olaraq vərəmin passiv aşkarlanmanı effektliyinin yüksəldilməsi istiqamətində yoluxucu vərəm xəstələrinin, xüsusən spesifik dərmanlara davamlı formaların erkən aşkarı üçün risk qruplarını təyin etmişdir;
- ilk dəfə olaraq respublikada vərəmin epidemiologiyasının klimatik, coğrafi, ekoloji amillərdən asılılığını göstərərək xəstəliyin yayılmasının coğrafi xəritəsini tərtib etmişdir;
- ilk dəfə olaraq ölkədə vərəmin epidemioloji vəziyyətinə qiymət vermək üçün hesabat forması və epidemioloji göstəricilərin təyini metodlarını hazırlamışdır.
Bu tədbirləri həyata keçirmək üçün yazdığı bir sıra metodik tövsiyyələr Azərbaycan Səhiyyə Nazirliyinin elmi-tibbi şurası tərəfindən təsdiq edilmiş və dərc olunmuşdur ki, bunlara: “ucqar dağ kəndlərində flüoroqrafiya müayinə metodunun təşkili”; “vərəm xəstəliyinə aid hesabatın tətbiqi”; “vərəm residivlərinin ardıcıl riyazi proqnozlaşdırma metodu ilə erkən aşkarı”; “vərəm xəstəliyinin epidemiologiyasını xarakterizə edən əsas göstəricilər və onların təyin metodları”; “vərəm xəstəliyinin erkən aşkarında bakterioloji müayinə metodunun təşkili”; tuberkulin diaqnostikasının təşkili və interpritasiyası; bakterioloji müayinənin təşkili; fərdi tuberkulin diaqnostikasının təşkili və interpritasiyası; “vərəm mənşəlli meninqoensefalit və mielitlərin müasir diaq¬nostikası”, “Vərəm əleyhinə dərmanlar və onların əlavə təsirlərinin aradan qaldırılması yolları” və s. aiddir. Ftiziatrlar, ftiziopediatrlar, həkim rent¬ge¬no¬loqlar və gigiyena-epidemiologiya mərkəzinin əməkdaşları üçün mühüm elmi-praktiki əhəmiyyətə malik olan dərc edilmiş üç monoqrafiya, bir dərs və¬saiti və bir dərsliyin müəllifidir ki, bunlara:
- “müasir şəraitdə ağ ciyərin destruktiv vərəminin erkən diaqnostikasının və profilaktikasının istiqamətləri” (monoqrafiya);
- “vərəmin erkən və gecikmiş residivləri” (monoqrafiya);
- “vərəm xəstəliyinin epidemiologiyası gərgin olan regionlarda və¬rəm əleyhinə tədbirlərin intensiv şəkildə aparma metodları” (monoqrafiya);br>
- “vərəmli xəstələrin erkən aşkarı, müalicəsi və müşahidəsi” (dərs vəsaiti);
- “Vərəm xəsətəlikləri’’ dərsliyi aiddir. Dərs vəsaiti və dərslik Azərbaycan Təhsil Nazirliyinin icazəsi ilə dərc edilmiş və bu dərslik Tibb Universitetinin tələbələri və Həkimləri Təkmilləşdirmə İnstitutunun dinləyiciləri tərəfindən istifadə olunur.
Praktik ftiziatriya üçün “Vərəm xəstəliyinin aşkarlanması”, “Vərəm xəstəliyinin kimyəvi terapiyası”, “Vərəm xəstəliyinin cərrahi müalicəsi”, “Vərəm xəstəliyinin profilaktikası”, “Ağ ciyərdən kənar üzvlərin vərəminin diaqnostikası və müalicəsi” və s. kliniki protokollar mənim rəyindən sonra Azərbaycan Səhiyyə Nazirliyinin elmi tibbi şurası tərəfindən təsdiq edilmiş və kollegiyanın qərarı ilə dərc edilmişdir. Azərbaycan Tibb Universitetinin tələbələri üçün dərc edilmiş bir sıra dərslik və dərs vəsaitlərinə rəyçi olmuşdur ki, bunlara F.M.İsmayılov və N.Ə.Abbasovun “Vərəm” dərsliyi, F.Ş.Quliyevin “Sümük oynaq sisteminin vərəmi” dərsliyi, F.M.İsmayılov və N.Ə.Abbasovun “Vərəm xəstəliyinə dair suallar” dərsliyi, F.Ş.Quliyevin “Ftiziatriya” dərsliyi, N.Ə.Abbasov, R.İ.Bayramov, C.M.İsmayılzadə və başqalarının hazırladıqları “Ftiziatriyadan Testlər” dərs vəsaiti, E.N.Məmmədbəyov, V.Q.Verdiyev, N.R.İbrahimov tərəfindən yazılmış “Vərəm spondiliti” monoqrafiyası, E.N.Məmmədbəyov və s. aiddir.
Elmi-pedoqoji fəaliyyətə 1972-ci ildə Heyran xanım adına Naxçıvan tibb məktəbində başlamış, Azərbaycan Səhiyyə Nazirliyinin Elmi –Tədqiqat Ağ ciyər Xəstəlikləri İnstitutunda elmi-təşkilat şöbəsinin müdiri, Azərbaycan Təfəkkür Universitetində tibb fakultəsinin professoru kimi elmi-pedoqoji fəaliyyətini davam etdirmişdir. Tibb üzrə fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcəsi alan 20-dən çox alimin rəsmi opponenti olmuşdur. Onun rəhbərliyi altında bir neçə tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alanlar var və bu gün də bu fəaliyyətini davam etdirir. Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun “Ftiziatriya” kafedrasının müəllimi olmaqla yanaşı Azərbaycan prezidenti yanında AAK-nın tibb üzrə ekspert şurasının üzvü kimi fəaliyyət göstərir.
O, ictimai fəaliyyətinə Azərbaycanın baş ftiziatrı, Mərkəzi Həkim Məsləhət Komissiyasının sədri, ftiziatriya ixtisası üzrə sertifikasiya komissiyasının sədri, respublika üzrə spesifik dərmanlara davamlı xəstələrin müalicəsinə nəzarət komissiyasının sədri və s vəzifələr daxildir. İşlədiyi müddətdə respublikada, o cümlədən Bakı şəhərində vərəmin epidemik stabilliyi istiqamətində gördüyü işlərə və qüsursuz fəaliyyətinə görə dəfələrlə Azərbaycan, Naxçıvan Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşdur. Azərbaycan Respublika prezidentinin fərmanı ilə Azərbaycanın “Əməkdar həkim”-i adına laiq görülmüşdür.
Kafedranın ünvanı
1 saylı Vərəm əleyhinə Dispanser, tel.: 431-00-51
Gigiyena kafedrası
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Gigiyena kafedrası 1964-cü ildə Respublika SES-nin bazasında təşkil olunmuşdur. Kafedra yaranan gündən rəhbərlik Respublika SES-nin baş həkimi Z.K.Abbasova həvalə olunmuşdur. 1965-ci ildə kafedraya t.e.d. professor R.Q.Əmirov başçılıq etmişdir.
Professor R.Q.Əmirov doktoranturanı Leninqrad şəhərində məhşur toksikoloq H.V.Lazarevin rəhbərliyi altında bitirmişdir. Rəhbərlik etdiyi kafedrada "Əmək gigiyenası" və peşə xəstəliklərinin elmi tərəfdən araşdırmalar aparırdı. Assistent E.B.Abdulova, baş laborant B.Ə.Ələkbərova, aspirantlar B.Q.Quliyeva, L.P.Həsənli, A.A.Xudaverdiyev, Z.P. Cəfərov və P.İ.Məmmədova tərəfindən sənaye tullantılarından əmələ gəlmiş zəhərlərin insan orqanizminə göstərdiyi mənfi təsiri öyrənmək məqsədi ilə heyvanlar üzərində tədqiqatlar aparmışlar. Dəniz sənayesində neftçilərin əmək şəraitini öyrənmək üçün 1968-ci ildə R.Q.Əmirov tərəfindən kafedranın nəzdində bu problemlə əlaqədar laboratoriya təşkil olunur. Laboratoriyada aparılan tədqiqatlara, eləcə də əmək gigiyenasına və ətraf mühitin qorunması ilə əlaqədar yaranan məsələlərə, sənaye toksikologiyasının, həmçinin peşə xəstəlilklərinin yaratdığı problemlərin öyrənilməsinə çox böyük diqqət yetirilirdi. İlk dəfə olaraq professor R.Q.Əmirov və onun əməkdaşları tərəfindən Bakı, Sumqayıt və Kirovabad şəhərlərinin atmosfer havasının gəmilər və liman müəssisələri tərəfindən çirklənməsinin, həmçinin Xəzər dənizinin sularının və sahillərinin, eləcə də Abşeron yarımadasının və Naxçıvan MR su təchizatlarının sxemini yaratmışlar. Məişətdən axan su tullantıları ilə əkin sahələrinin suvarılması, Azərbaycanın bəzi regionlarından profilaktik və müalicəvi cəhətdən istifadəsi təsdiq olunmuşdur.
Kafedranın elmi istiqaməti
Kafedranın əməkdaşları
T.e.ü.f.d., dosent Meybəliyev Məmmədəli Tələt oglu 1974-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sanitar-gigiyena fakültəsinə qəbul olunub, 1980-cı ildə bitirmişdir. İnstitutu bitirdikdən sonra İmişli rayonunda uşaq və yeniyetmələrin gigiyenası üzrə həkim vəzifəsinə təyin edilmişdir. 1984-cü ilin oktyabr ayında MLO HTİ-nin uşaq və yeniyetmələrin gigiyenası kafedrasında məqsədli aspiranturaya daxil olmuşdur. 1987-ci ildə aspiranturanı bitirib, Ə.Əliyev adına ADHTİ-nin "İctimai sağlamlıq və səhiyyənin təşkili, gigiyena kafedrasına assistent vəzifəsinə qəbul olunmuşdur. 1988-ci ildə Moskva şəhərində "Гигиеническое обоснование физического воспитания с активным развитием функций, значимых для трудового обучения школьников" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1990–cı ildə kafedranın dosenti vəzifəsinə keçirilmişdir. Həmçinin 1991-ci ildə əvəzçilik üzrə institutun elmi katibi vəzifəsində çalışmışdır. 2009-cu ildən Gigiyena kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2006-cı ildən institutun elmi işlər üzrə prorektoru vəzifəsində çalışır.
Baş müəllim, t.e.ü.f.d. İsmayılova Natiqə Cəbrayıl qızı, gigiyena elmləri üzrə fəlsəfə doktoru, 1978-ci ildə N.Nərimanov adına ATİ-nin "Sanitariya-gigiyena" fakültəsini bitirmişdir. İnstitutu bitirəndən sonar Sumqayıt şəhər SES-də "Evakuasiya və sonuncu dezinfeksiya" bölməsinin müdiri işləmiş, sonra isə AR Səhiyyə Nazirliyinin Sumqayıtda yerləşən "Əmək gigiyenası və peşə xəstəlikləri Elmi-Tədqiqat İnstitutu" -nda 2 il ərzində klinik ordinaturada oxumuş. 1986-1989-cu illər ərzində Moskva şəhərində məqsədli aspiranturada oxumuş və müvəffəqiyyətlə bitirmişdir. 16 oktyabr 1989-cu ildə "Сочетанное влияние продуктов горения полимерных материалов и высокой температуры окружающей среды (экспериментальное исследование продуктов горения пенополиуретана)" adlı dissertasiya işini müdafiə etmişdir. 1989-cu ilin dekabr ayında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Gigiyena" kafedrasında assistent kimi fəaliyyətə başlamış, hal hazırda baş müəllim vəzifəsində çalışırr. O, 10 elmi məqalələrin müəllifidir.
Kafedranın ünvanı
Bakı şəhəri, Tbilisi pros. 3165-ci məhəllə, tel.: 431-40-33
Avtoreferatlar
Мейбалиев Мамедали Талят оглы
Формирование психо-физиологических функций у детей школьного возраста под воздействием средств физического воспитания. 14.00.07- гигиена.
Диссертация на соискание ученой степени кандидата медицинских наук. Баку-1987.
Исмаилова Натига Джабраил кызы
Сочетанное влияние продуктов горения полимерных материалов и высокой температуры окружающей среды (экспериментальное исследование продуктов горения пенополиуретана)". 14.00.07- гигиена. Диссертация на соискание ученой степени кандидата медицинских наук. Баку-1989.
Yoluxucu xəstəliklər kafedrası
Kafedra haqqında
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Yoluxucu xəstəliklər kafedrası 1945-ci ildə yaradılmışdır.
Təşkil olunandan indiyənədək kafedra 3 saylı ŞKX-nın nəzdində fəaliyyət göstərir. Kafedranın ilk müdiri Azərbaycanın əməkdar elm xadimi, t.e.d., prof. Ş.S.Xalfen olmuşdur. O zaman kafedrada t.e.n., dos. E.A.Ştivel, assistentlər H.D.Mehdiyev, A.T.Qulibekova çalışmış və elmin inkişafı ilə yanaşı, tədrisin keyfiyyətinin artırılması üçün səy göstərmişlər.
İlk addımlardan kafedra həkimlərin ixtisasının artırılması ilə yanaşı, elmi tədqiqatlarla da məşğul olub.
Kafedranın ilk aspirantı (1946-1949-cu il) M.M.Quliyev olub. Sonrakı illərdə aspirantlar M.Ə.Quliyev (1956-1959-cu illər), N.B.Tağıyeva (1957-1960), Vinoqradova-Rəhmanova A.H. (1961-1964), Məmmədova-Mirişli N.M. (1962-1965), Əsildarova A.İ. (1964-1967), Vəliyev Ə.H. (1968-1971), Səmədova-Hüseynova N.H. (1969-1972), Fərzəliyev F.Ə. (1986-1989), Məcidova E.Q. (1985-1988), Süleymanov V.Q. (1987-1990), həmçinin klinik ordinatorlar Simberova R.M., Babayeva-Abdullayeva O.Ə., İbrahimov Ə.Ə. olmuşdur.
Ənənəvi olaraq kafedranın ilk elmi istiqaməti kəskin və xroniki bağırsaq patologiyası, daha sonralar isə virus hepatitləri olmuşdur. Kafedrada indiyənədək 13 dissertasiya işi yerinə yetirilib və müvəffəqiyyətlə müdafiə olunub. Kafedrada aparılmış elmi-tədqiqatların çoxu praktiki əhəmiyyətli olub, belə ki, Azərbaycanda birinci olaraq 1946-cı ildə Quliyev M.M. tərəfindən o vaxtlar üçün geniş yayılmış və yüksək insan təlafatına səbəb olan qarın yatalağının müalicəsində sintomisin preparatı tətbiq olunub və bununla xəstəliyin tam sağalmasına və fəsadların profilaktikasına nail olunmuşdur. Sonrakı illərdə Quliyev M.M. qarın yatalağına tutulmuş xəstələrdə immunoloji dəyişiklikləri öyrənmiş və onların korreksiyasını təklif və tətbiq etmişdir.
1961-64-cü illərdə Vinoqradova A.H. uşaqlarda və böyüklərdə virus hepatitlərinin silinmiş və sarılıqsız formalarını öyrənmış və onların aşkarı metodunu işləyib hazırlamışdır. Hazırki dövrdə qaraciyərspesfik fermentlərin qan zərdabında təyini virus hepatitlərinin bütün formalarının ilkin diaqnostikasında öz əhəmiyyətini itirməyib. O, həmçinin fulminant virus hepatitlərinin bəzi aktual aspektlərini öyrənib və onun tövsiyyə etdiyi müalicə üsulları indiyə kimi tətbiq olunur.
1962-ci ildə Azərbaycanda ilk dəfə Mirişli N.M. tərəfindən kəskin və xroniki kolitlət zamanı bağırsaq mikroflorası öyrənilib və onun korreksiyası metodu tətbiq olunub, bu üsullar indi də öz aktuallığını itirməyib. Sonrakı illərdə Mirişli N.M. xroniki B virus hepatitinin Bakı şəhərinin iri sənaye müəssisələrində yayılması yollarını öyrənib və infeksiyanın profilaktikasının kompleks tədbirlər sistemini hazırlayaraq tətbiq edib.
1964-cü ildə kafedrada aspirant Əsildarova Ə.İ. tərəfindən aparılmış tədqiqatlarda şigellyoz bakteriya gəzdiricilərinin dərin müayinəsi sübut etmişdir ki, bu xəstələrin hamısı xroniki xəstələrdir, onlar müalicə olunmalıdır. Dekretləşmiş qruplara daxil olanlar isə işdən kənarlaşdırılmalıdırlar.
İlk illərdə kafedrada eyni vaxtda təkmilləşdirmə kurslarında təhsil alan həkimlərin sayı 7-10 nəfər olub, hazırda 12-15 nəfərdir. Son illərdə kafedrada yoluxucu xəstəliklər ixtisası üzrə ümumi təkmilləşmə, bağirsaq infeksiyaları və invaziyaları, müxtəlif aktual infeksiyalara, o cümlədən malyariya, virus hepatitləri, Qazanılmış immunçatmamazlıq sindromuna həsr olunmuş 1 aylıq tematik təkmilləşmə kursları keçirilir və bu kurslara infeksionistlərlə yanaşı, sahə və ailə həkimləri də cəlb olunurlar. Bu kurslarda həkim müdavimlər tibb elminin son nailiyyətləri haqqında məlumatlandırılır. Müdavimlər həftə ərzində professorun və dosentin keçirdiyi baxışlarda iştirak edir, sonra mürəkkəb, ağır xəstələri birgə təhlil edirlər, həmçinin həm yoluxucu, həm də digər şöbələrdə keçirilən konsultasiya və konsiliumlarda iştirak edirlər. Onların aktiv iştirakı ilə mütəmadi olaraq aktual mövzulara dair konfrans və seminarlar keçirilir. Kursların sonunda müdavimlərin nəzəri bilikləri və praktik vərdişləri obyektiv qiymətləndirilir.
Prof. Xalfen Ş.S. 1968-ci ilədək kafedraya rəhbərlik etmişdir. Bağırsaq infeksiyalarının dərindən öyrənilməsində onun böyük əməyi vardır. Onun tərəfindən 2 monoqrafiya, infeksion və parazitar xəstəliklərə həsr olunmuş bölmə, metodik tövsiyələr, 100-ə qədər elmi məqalə nəşr olunmuşdur. Onun üç aspirantı Quliyev M.M., Rəhmanova A.H., Mirişli N.M. sonrakı illərdə doktorluq dissertasiyalarını müdafiə etmiş və professor adına layiq görülmüşlər. 1968-75-ci illərdə kafedraya Quliyev M.M. rəhbərlik edib. O, kafedranın ənənələrinə sadiq olaraq elmi tədqiqat işlərini davam etdirib. Onun rəhbərliyi ilə Hüseynova N.H. namizədlik dissertasiyasını müdafiə edib. Sonralar isə t.e.d. və professor adına layiq görülüb. Həmçinin bu dövrdə bir doktorluq (Quliyev M.M.) və iki namizədlik dissertasiyaları (Əsildarova A.İ., 1969, Vəliyev Ə.N., 1973) müdafiə olunub.
1975-ci ildən 2011-ci ilədək kafedraya respublikanın əməkdar həkimi, t.e.d., prof. Mirişli Nisəxanım Məmməd qızı rəhbərlik etmişdir. O, 1990-cı ildə Sankt-Peterburq şəhərində "B virus hepatiti iri sənaye şəhərində" mövzuda doktorluq dissertasiyasını müdafiə etmişdir. Bu müddətdə kafedrada 6 namizədlik dissertasiyası müdafiə olunub (Fərzəliyev F.Ə.-1987, Məcidova E.Q.- 1988, Süleymanov V.Q.-1990, Məhərrəmov A.A.-1996, Eyvazov T.H.-1997, Əhmədova L.-1998). Prof. Mirişli N.M. tərəfindən 12 metodik vəsait, metodik tövsiyələr, 100-dən çox elmi məqalə nəşr olunub. Kafedra əməkdaşları mütəmadi olaraq respublikanın müxtəlif regionlarında aktual yoluxucu xəstəliklərə həsr olunmuş səyyar kurslar təşkil edir və əhaliyə eyni zamanda konsultativ yardım göstərirlər. Kafedra əməkdaşları bir sıra xarıcı ölkələrdə və respublikamızda keçirilmiş konfranslarda iştirak edərək məruzələrlə çıxış etmişlər. Bunlardan Avrasiya qastroenteroloqlarının 1-ci konqresini (Bakı, 1997), Avropa Qaraciyər Tədqiqi Assosiasiyasının müxtəlif toplantıları (Vyana 2010, Berlin 2012, Amsterdam 2013, sankt-Peterburq 2013 ) və b. göstərmək olar.
Kafedra uzun illər Sankt-Peterburq Diplomdansonrakı Təhsil Akademiyasının Yoluxucu xəstəliklər kafedrası ilə sıx əlaqə saxlamışdır. Kafedranın keçmış əməkdaşı A.H. Rəhmanova uzun illər həmin kafedranın müdiri olmuş və hal-hazırda Sankt-Peterburq şəhərinin baş infeksionistidir. Digər əməkdaşımız t.e.d. N.H. Hüseynova Azərbaycan Tibb Universitetinin uşaq yoluxucu xəstəliklər kafedrasının professoru və müdiri, t.e.n. Ə.Ə. Vəliyev isə yoluxucu xəstəliklər kafedrasının dosenti, kafedranın klinik ordinatoru olmuş O.S. Abdullayeva isə assistenti vəzifəsində çalışır.
Son illər kafedrada virus hepatitlərinin öyrənilməsinə daha çox diqqət yetirilir. Kafedranın dissertantı olmuş Eyvazov Təyyar Haşım oğlu 1989-cu ildən kafedrada çalışır, 2000-ci ildən kafedra dosenti vəzifəsinə irəli sürülüb.Onun namizədlik dissertasiyasının mövzusu «HbsAg pozitiv müxtəlif əhali qruplarında xroniki B və D virus hepatitlərinin klinik, biokimyəvi və immunoloji xüsusiyyətləri»-dir.Bu elmi-tədqiqat işində dos. Eyvazov T.H. xroniki B və D virus hepatitlərinin müxtəlif aktivlikli formalarının xüsusiyyətlərini öyrənmış və onların erkən aşkarı metodlarını hazırlayaraq praktikaya tətbiq etməsi nəticəsində xəstəliyin proqnozunu xeyli yaxşılaşdırmışdır. O, 50-a yaxın elmi nəşrin müəllifidir, onlardan 5-i metodik tövsiyədir. T.ü.f.d. T.H.Eyvazov 2011-ci ildən indiyənədək kafedraya rəhbərlik edir.
Kafedra assistenti Paşabəyli Sevinc Elmiyə virus hepatitlərinin müalicəsində interferonların tətbiqinə həsr olunmuş namizədlik dissertasiyası üzərində çalışır.
1994-cü ildən Bağırova Leyla Şərif qızı kafedrada assistent vəzifəsində çalışır. Onun namizədlik dissertasiyasının mövzusu «Kəskin bakterial meningitlərin etioloji diaqnostikası» adlanır. O, 30-dək elmi işin müəllifidir.
2010-cu ildən isə Nəcəfova Aytən Məsim qızı assistent vəzifəsinə qəbul edilib. Hal-hazırda o, "ARVİ-terapiya alan HİV-infeksiyalı xəstələrdə B və C virus hepatitlərinin kliniko-biokimyəvi və immunoloji xüsusiyyətləri" mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını yerinə yetirir. Elə həmin ildən eyni vəzifədə Şeydayeva Sevinc Rafik qızı çalışır və kafedranın elmi-tədqiqat işlərində yaxından iştirak edir.
Kafedranın elmi istiqaməti
Kafedranın elmi istiqaməti Parenteral yoluxma mexanizmli virus hepatitləridir. Kafedranın bütün əməkdaşları bu istiqamətdə çalışırlar. Yerinə yetirilən son mövzu ARVİ-terapiya alan HİV-infeksiyalı xəstələrdə B və C virus hepatitlərinin xüsusiyyətlərini öyrənilməsidir.
Kafedranın müalicə fəaliyyəti
Kafedra 3 saylı şəhər kliniki xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin nəzdində fəaliyyət göstərir. Şöbə 30 çarpayıdan ibarət olub virus hepatitli və kəskin bağırsaq infeksiyalı xəstələr üçün nəzərdə tutulmuşdur. Bundan başqa kafedra əməkdaşları xəstəxananın bütün şöbələrində həmçinin 1,5,7 saylı uşaq yoluxucu xəstəxanalarında konsultativ kömək göstərirlər.
Kafedranın əməkdaşları
1989-cu ildən t.ü.f.d., dosent Eyvazov Təyyar Haşım oğlu kafedrada işləyir. Hal-hazırda virus hepatitlərinə dair elmi tədqiqatlarını davam etdirir. 1997-ci ildə "HbsAq pozitiv əhali qruplarında müxtəlif aktivlikli xroniki B və D virus hepatitlərinin klinik, biokimyəvi və immunioloji xüsusiyyətləri" mövzusunda tibb üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir. O, 2000-ci ildən 2011-ci ilədək kafedra dosenti vəzifəsində çalışmışdır. 50-yə yaxın elmi işlərin müəllifi, 45 elmi məqalə, 5 metodik vəsaitdir. 2011-ci ildən kafedraya rəhbərlik edir.
1994-cü ildən Bağırova Leyla Şərif qızı kafedrada assistent vəzifəsində çalışır. Onun namizədlik dissertasiyasının mövzusu «Kəskin bakterial meningitlərin etioloji diaqnostikası» adlanır. O, 30-dək elmi işin müəllifidir.
2010-cu ildən assistent Nəcəfova Aytən Məsim qızı kafedra assistenti vəzifəsinə qəbul edilib. Hal-hazırda o," ARVİ-terapiya alan HİV-infeksiyalı xəstələrdə B və C virus hepatitlərinin klinik-biokimyəvi və immunoloji xüsusiyyətləri" mövzulu fəlsəfə doktorluğu dissertasiyası üzərində çalışır.
Assistent Şeydayeva Sevinc Rafiq qızı, 1967-ci il Bakı şəhərində anadan olub. 1984-ci ildə 91 № li orta məktəbi bitirib. 1984-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olub. 1991-ci ildə bitirib. 1997-ci ildən 2010-cu ilə kimi Bakı Qarnizon Hərbi qospitalında həkim infeksionist vəzifəsində çalışıb. 2010-ci ilin oktyabr ayından Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun yoluxucu xəstəliklər kafedrasında assistent vəzifəsində çalışır.
Kafedranın ünvanı
Bakı şəhəri, Sabunçu qəs., 3 saylı klinik xəstəxanası
Tel.: (+012 994) 450-18-88
Avtoreferatlar
Eyvazov Təyyar Haşım oğlu
HBs Ag pozitiv əhali qruplarında hepatit B və D virus infeksiyalarının müxtəlif aktivlikli xronik formalarının klinik, biokimyəvi və immunoloji xüsusiyyətləri. 14.00.05 - daxili xəstəliklər, 14.00.10 - infeksion xəstəliklər. Tibb elmləri namizədi alimlik dərəcəsini almaq üçün təqdim edilən dissertasiya. Bakı - 1997.
Kliniki Laborator Diaqnostika kafedrası
Kafedra haqqında
1940-cı ildə Kliniki parazitologiya üzrə müalicə profilaktika həkimləri (terapevtlər, pediatrlar, infeksionistlər, sahə həkimləri) hazırlayan Malyariya və tibbi-parazitologiya kafedrası yaradılmışdır. Kafedranın ilk müdiri professor İ.B.Axundov olmuşdur.
Böyük Vətən müharibəsi başlayanda kafedra bağlanmış və 1945-ci ildə yenidən Malyariya və Tibbi-Parazitologiya İnstitutunun bazasında açılmışdır. 1946-cı ildə dosent Nəzirov M.R. kafedranın müdiri seçilmişdir. Kafedra yarandığı gündən sanepidemstansiyaların həkim-parazitoloqları ilə hazırlıq işləri aparmış, peşə ixtisasları üzrə onlara köməklik göstərmişdir. 1947-ci ildən 1969-cu ilə qədər - sərbəst Kliniki laborator diaqnostika kafedrası təşkil edilənə qədər kliniki laborator diaqnostika üzrə həkim – laborantlarla iş aparır, tibb elminin bu sahəsi üzrə ixtisaslı kadrlar hazırlayırdı. 1960-cı ildə kafedra akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının terapiya şöbəsinə köçürülmüşdür.
Kafedra 1960-cı ildən laborator-diaqnostika üzrə mütəxəssislər – həkim-laborantlar hazırlamağa başlamışdır. Bununla əlaqədar kafedranın adı dəyişdirilərək Kliniki laborator diaqnostika və parazitologiya adlandırılmış və 1979-cu ilə qədər kafedraya əməkdar elm xadimi, akademik Nəzirov M.R. rəhbərlik etmişdir.
1975-ci ildə tədrisin səviyyəsini artırmaq və onu klinikaya daha da yaxınlaşdırmaq üçün Kliniki laborator diaqnostika kafedrası yenidən Kliniki parazotologiya kafedrası ilə birləşdirilmişdir. Kafedrada kliniki laborator diaqnostika üzrə ixtisaslaşma və təkmilləşmə kursları, kliniki parazitologiya və parazitar xəstəliklərin laborator diaqnostikası, həmçinin kliniki biokimya üzrə tematik təkmilləşmə kursları keçirirdi.
1979-cu ildən kafedraya dosent Babayev C.Y. rəhbərlik etmişdir. Həmin illərdə kafedrada Əhmədbəyli B.N., Qalaşkina T.P., Bəkirzadə G.M., Cəbrayılbəyli N.S. və s. yüksək ixtisaslı mütəxəssislər işləmişlər. Kafedra yaradıldığı vaxtdan onun əməkdaşları Azərbaycanın ərazi patologiyası olan malyariya, leyşmanyoz, brusselyoz, teniidoz və s. xəstəliklərin öyrənilməsi ilə məşğul olmuşlar.
1986-cı ildən kafedraya tibb elmləri doktoru Bəkirzadə Gülnaz Məmməd qızı rəhbərlik etmişdir, və 2006-cı ildən kafedra müdürü vəzifəsinə təyin olmuşdur.
Kafedranın əməkdaşlarının yeniləşməsi ilə əlaqədar olaraq elmi tədqiqatlar aşağıdakı bölmələr üzrə aparılırdı: kliniki biokimya, hemotologiya, parazitologiya, ümumkliniki tədqiqat üsulları. 2019-cu ildən kafedranın müdiri vəzifəsində biologiya elmləri doktoru E.Rəsulov calışmışdir. 2021-ci ilin may ayından Laboratoriya işi kafedrası Mərkəzi Elmi-Tədqiqat Laboratoriyası ilə birləşdirilmişdir, və rəhbərliyi b.e.d., R.K.Tağızadəyə həvalə edilmişdir. Həmin ilin iyun ayından kafedranın adı dəyişdirilərək “Kliniki laborator diaqnostika olmuşdur”. Kafedrada müdavimlər və stajerlar ücün yeni proqrammlar, geniş təcrübə planı işlənib hazırlanmışdir. 2022-ci ildən kafedra həkim-rezidentlərə “laboratoriya işi ixtisasına” dair mühazirələrin, seminarların və təcrübi dərslərin aparılmasına başlamışdır. Kafedranın bütün kollektivi kvalifikasiya (sertifikasiya imtahanları ücün) teslərinin və suallarının hazırlanmasında və yenilənməsində mütəmadi iştirak edir. Kafedranın işciləri yerli və beynəlxalq elmi konqreslərdə, simpoziumlarda, konfranslarda iştirak edirlər və çıxışlar hazırlayırlar. Hal hazırda kafedrada 1 professor, 3 assistent və 1 baş laborant çalışır.
Kafedranın elmi istiqaməti
Virus hepatitlərinin diaqnostikasının təkmilləşdirilməsi.
Kafedranın müdiri
Reyhan Kamal qızı Tağızadə 1980-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir və həmin ildən ET Mikrobiologiya, Epidemiologiya və Gigiyena İnstitutunda immunologiya şöbəsində kiçik elmi işci vəzifəsində, 1988-ci ildən böyuk elmi işci vəzifəsində çalışmışdı. 1988-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir və biologiya elmləri namizədi alimlik dərəcəsi adı almışdır. 1990-cı ildən ET Hematologiya və Qanköcürmə institutunda radionuklid laboratoriyasının rəhbəri, 1992-ci ildə biokimya laboratoriyasının müdiri, 1993-cü ildən immunologiya şöbəsinin rəhbəri vəzifələrində çalışmışdır. 2010-cu ildə “Eritrositlərin grupp antigenləri və hemotransmissiv virus infeksiyaları ilə səciyyələnən postransfuziya fəsadlarının profilaktikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2020-ci ildən ADHTİ Laboratoriya işi kafedrasında professor vəzifəsində, 2021-ci ildən Kliniki Laborator Diaqnostika kafedrası və Mərkəzi Elmi Tədqiqat Laboratoriyasına rəhbər vəzifəsinə təyin edilmişdir. 2022-ci ildən etibarən Səhiyyə Nazirliyinin immunologiya üzrə mütəxəssis-eksperti, Azərbaycan Respublikası Elmlər Akademiyasının FD 1.37 Dissertasiya Şurasının, ADHTİ elmi şurasının və bir necə beynəlxalq cəmiyyətlərin üzvüdür: European Federation of clinical chemistry and laboratory medicine, Association for Diagnostics & Laboratory Medicine (ABŞ), Федерация Лабораторной Медицины (Rusiya) və s. R.K.Tağızadə 1 ixtiranın müəllif şəhadətnaməsi, 180 məqalə və tezislərin, 5 monoqrafiya, 6 metodik tövsiyə və 1 dərs vəsaitinin həmmüəllifidir.
Kafedranın əməkdaşları
B.ü.f.d., assistent Dilarə Əhməd Paşa qızı Nəcəfova 1988-ci ildən Kliniki laborator diaqnostika kafedrasında baş laborant, 1992-ci ildən assistent vəzifəsində çalışır. 1996-cı ildə “İnfeksion proses fonunda şişə qarşı rezistentliyin dəyişməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 35 elmi işin, 3 metodik tövsiyənin müəllifidir və hal-hazırda kafedrada mühazirələr, seminarlar, layihələr, müdavimlərlə və rezidentlərlə praktik məşğələlər, imtahan və sertifikasiya testlərinin hazırlanmasında və onlayn konsultasiyaların keçirilməsində iştirak edir.
T.ü.f.d. Fidan Mustafa qızı Axundova 2006-cı ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirərək 2007-ci ildə B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda internatura keçmişdir. 2007-2012-ci illərdə Moskva şəhərində Rusiya Tibb Elmləri Akademiyasının Hematologiya Elmi Mərkəzində yüksək dozalı kimyaterapiya və sümük iliyinin transplantasiyası şöbəsində kliniki ordinatura keçmiş və sonra isə əyani aspiranturada təhsil almışdır. 2012-2013-cü illərdə Milli Onkologiya Mərkəzində həkim-hematoloq vəzifəsində çalışmış, 2014-2019-cu illərdə akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında hematologiya şöbəsində həkim-hematoloq kimi işləmişdir. 2017-ci ildə Rusiya Tibb Elmlər Akademiyasının Hematologiya Elmi Mərkəzində “Autoloji kök hüceyrələrin transplantasiyasından əvvəl və sonra çoxsaylı mielomada plazmatik hüceyrələrin immunofenotipik xüsusiyyətləri” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmişdir. 2019-2021-ci illərdə Ə.Əliyev adına ADHTİ-nun hematologiya kafedrasında baş laborant vəzifəsində çalışmış, 2022-ci ildə tibbi profilaktika fakültəsinin dekanı vəzifəsinə təyin edilmişdir. 2021-ci ildən institutun Kliniki laborator diaqnostika kafedrasında assistent vəzifəsində calışır.
T.ü.f.d. Sevinc Əlisəttar qızı Əlifəttahzadə 1993-cü ildə ATU-nun pediatriya fakültəsini bitirib. 1997-ci ilin aprel ayından 3№-li Uşaq Poliklinikasında sahə həkimi vəzifəsində işləyib. 2003-cü ildən bu günə kimi Respublika Uşaq Kkiniki Xəstəxanasında həkim-hematoloq vəzifəsində çalışır. 2015-ci ildə "Azərbaycanda yaşayan talassemiyalı xəstələrində hepatit B və C virusları ilə törədilən infeksiyalar" mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmişdir. 2023-cü ildən institutun Kliniki laborator diaqnostika kafedrasında işləyir (saathesabı).
Assistent Fatma Vaqif qızı Qılıncova 1987-ci ildə BDU-nun biologiya fakultəsinə daxil olmuşdur. 1992-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir. 1994-cü ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Pediatriya” kafedrasına baş laborant, 2017-ci ildə “Laboratoriya işi” kafedrasına baş laborant, 2018-ci ildən həmin kafedrada assistent vəzifəsində çalışır. 2019-cu ildə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təsdiq olunmuş, “Bakı şəhərində uşaqlar arasında mono və mikst astrovirus infeksiyasının seroepidemioloji xüsusiyyətləri” haqqında işi tamamlanmaq üzrədir.
Kafedranın ünvanı
Bakı şəhəri, Tbilisi pros. 3165-ci məhəllə
Mob.: (+99477) 3180435
Avtoreferatlar
Reyhan Kamal qızı Tağı-zadə
Eritrositlərin qrup antigenləri və hemotransmissif virus infeksiyaları ilə səciyyələnən posttransfuziya fəsadlarının profilaktikası. 14.00.30 – Epidemiologiya. 14.00.36 – Allerqologiya və İmmunologiya. Biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün
təqdim edilmiş dissertasiya. Bakı-2009.
Fidan Mustafa qızı Axundova
Autoloji kök hüceyrələrin transplantasiyasından əvvəl və sonra çoxsaylı mielomada plazmatik hüceyrələrin immunofenotipik xüsusiyyətləri. Moskva-2017.
Dilarə Əhməd Paşa qızı Nəcəfova
İnfeksion proses fonunda şişə qarşı rezistentliyin dəyişməsi. Bakı-1996.
Sevinc Əlisəttar qızı Əlifəttahzadə
Azərbaycanda yaşayan talassemiyalı xəstələrində hepatit B və C virusları ilə törədilən infeksiyalar. Bakı-2015.
Əczaçılıq kafedrası
Kafedra haqqında
Kafedra 1987-ci ilin yanvar ayında ADHTİ-də yaradılmışdır. Yarandığı gündən 2007-cı ilədək kafedraya əczaçılıq elmləri namizədi dos. N.Ə.Mirzəzadə rəhbərlik etmişdir. Kafedranın ilk əməkdaşları İ.R.Dobkina və İ.K.Tağızadə olmuşlar. Provizorların ilk təkmilləşdirmə kursu "Əczaçılıq işinin təşkili və iqtisadiyyatının aktual məsələləri" mövzusuna həsr olunmuşdur və 25 nəfər müdavimdən ibarət idi. Kafedranın ilk elmi işi "Əczaçılıq işinin təşkili və iqtisadiyyatının elmi əsasları" mövzusuna həsr olunmuşdur. 1990-cı ildə kafedranın müəllim heyəti təzələnir və kafedraya iki yeni assistentlər-Nadirova N.Ç. və Marinçenko Y.V. qəbul olunur. Kafedranın fəaliyyəti dövründə 79 kurs keçirilib və onlarda 1180 müdavim iştirak edərək ixtisaslarını artırıblar. Son dövrdə kafedrada 10 tsikl ixtisaslaşma (3 aylıq), 23 növ tematik təkmilləşdirmə (1-1,5-2 aylıq) və 16 növ ümumı təkmilləşdirmə (2 aylıq) və yenidən hazırlanma (2 aylıq) kursları keçirilib. 1998-ci ildə kafedrada çalışan assistent Marinçenko Y.V. dissertasiya müdafiə edərək əczaçılıq elmləri namizədi adı almışdır. Təkmilləşdirmə kurslarındakı tədris nəticəsində müdavimlər tam həcmdə yeniləşdirilmiş bilik və ixtisas üzrə lazımi vərdiş əldə edirlər. Əczaçılıq sektorunun müasir inkişafı mərhələsində kafedra yaxından iştirak edir və aptek müəssisələrinin fəaliyyətini nəzəri cəhətdən istiqamətləndirir. Tədris prosesində kafedra əməkdaşları tərəfindən hazırlanmış metodiki tövsiyələrdən istifadə olunur. Provizorların professional vəziyyətlərinin hazırlıq dərəcəsini müəyyən etmək üçün nəzərdə tutulmuş kvalifikasiya testləri işlənmə prosesindədirlər. Kafedranın əməkdaşları tərəfindən ümumiləşdirilmiş "Əczaçılıq" proqramı tərtib edilmişdir.
2007-ci ildə kafedra müdiri səlahiyyətlərinin icrasına Ağayev Elsevər Məmməd oğlu başladı. Ağayev Elsevər Məmməd oğlu, əczaçılıq elmləri üzrə fəlsəfə doktoru, 1988-ci ildə N.Nərimanov adına ATİ-nin "Əczaçılıq" fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra "Dərman texnologiyası" kafedrasında baş laborant işləmişdir. 1993-cü ildə Leninqrad Kimya Əczaçılıq İnstitutunun aspiranturasını bitirmişdir. 1994-1996-cı illərdə Səhiyyə Nazirliyinin "Farmakologiya və Xalq təbabəti" Elm İstehsalat Birliyində baş mütəxəssis, şöbə müdiri, daha sonra həmin birliyin baş direktoru vəzifəsinə təyin edilmişdir. Yüksək təşkilatçılıq bacarığı və işgüzar xüsusiyyətləri nəzərə alınaraq o, 1997-1999-cu illərdə Səhiyyə Nazirliyinin "Azərfarmsənaye", "Əczaçılıq və Tibb Sənayesi", "Dərman və Tibb Texnikası" EİB-nin baş direktoru vəzifəsində çalışmışdır. 1999-cu ildən Səhiyyə Nazirinin müavini vəzifəsində çalışır. 2007-ci ildə Ə.Əliyev adına ADHTİ-nin "Əczaçılıq" kafedrasının müdiri təyin edilmişdir. 1993-cü ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində "Разработка технологии декурсинола-препарата кумаринового ряда из корней жабрицы крупноканальцевой (Seseli Grandivittatum)" mövzusunda dissertasiya işini müdafiə etmişdir. O, 65 elmi əsərin, 3 monoqrafiyanın, 5 patentin (Russiyada təsdiq olunan) 3 metodiki tədris vəsaitinin müəllifidir.
Kafedranın elmi istiqaməti
1994-1998-cı illərdə "Səhiyyənin təşkili, ictimai və ümumi gigiyena" kafedrası ilə müştərək olaraq "Azərbaycanın sənaye şəhərlərində əhalinin ayrıca sosial qrupu üzrə", 1999-cu ildə "Onkoloji xəstələrin dərman vasitələri ilə təchizatının təşkili və müalicənin texnoloji əsasları", 2000-2002-ci illərdə "I Terapiya və funksional diaqnostika" kafedrası ilə birlikdə "Şəkərli diabet fonunda ---- olan xəstələrdə ritm pozulmalarının diaqnostikası, müalicəsi və profilaktikası" mövzusunda elmi tədqiqat işi aparılmışdır. 2003-cü ildən bu günə qədər "Kardiologiya" kafedrası ilə birlikdə "Şəkərli diabetli xəstələrdə qan dövranı çatışmamazlığının müalicəsi və profilaktikası" mövzusunda elmi iş aparılır. 1987-2010-cu illərdə kafedranın əməkdaşları müntəzəm olaraq tibbi və əczaçı mətbuatda elmi məqalələrlə çıxış etmişlər. Hazırda kafedra əməkdaşlarının məqalələri "Azərbaycanda tibb elmi və praktik səhiyyənin müasir nailiyyətləri" toplusunda çap olunur.
Kafedranın əməkdaşları
Baş müəllim Marinçenko Yelena Viktorovna, əczaçılıq elmləri üzrə fəlsəfə doktoru, 1987- ci ildə N.Nərimanov adına ATİ-nin "Əczaçılıq" fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra "Əczaçılıq kimyası" kafedrasında baş laborant işləmişdir. 1991-ci ilin noyabrında Ə.Əliyev adına ADHTİ-nin "Əczaçılığın təşkili və iqtisadiyyatı" kafedrasında assistent kimi fəaliyyətə başlamış, hal-hazırda kafedrada baş müəllim vəzifəsində çalışır. 1998-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində "Коцептуальный анализ фармакоэпидемиологии и моделирование потребности в противотуберкулезных средствах в Азербайджане" adlı dissertasiya işini müdafiə etmişdir. O, 35 elmi məqalənin müəllifidir.
Assistent Nadirova Nazdı Çərkəz qızı "Əczaçılıq" kafedrasının assistenti, 1988-ci ildə N.Nərimanov adına ATİ-nin "Əczaçılıq" fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra Baş Aptek İdarəsi nəzdində Mərkəzi Nəzarət Analitik Laboratoriyasında provizor-analitik işləmişdir. 1991-ci ildən Ə.Əliyev adına AzDHTİ-nin "Əczaçılıq" kafedrasında assistent kimi fəaliyyət göstərir. Elmi işlərinin ümumi sayı -16.
Kafedranın ünvanı
Bakı şəhəri, Tbilisi pros. 3165-ci məhəllə, tel.: 431-40-33
Avtoreferatlar
Агаев Эльсевар Мамед оглы
Разработка технологии декурсинола – препарата кумаринового ряда из корней жабрицы крупноканальцевой (Seseli Grandivittatum). 15.00.01–технология лекарств и организации фармацевтического дела. Дисс. на соискание ученой степени кандидата фармацевтических наук. Санкт- Петербург – 1993.
Маринченко Елена Викторовна
Коцептуальный анализ фармакоэпидемиологии и моделирование потребности в противотуберкулезных средствах в Азербайджане. 15.00.01–технология лекарств и организации фармацевтического дела. Дисс. на соискание ученой степени кандидата фармацевтических наук. Mocква – 1998.
Mikrobiologiya və epidemiologiya kafedrası
Kafedra haqqında
Mikrobiologiya və epidemiologiya kafedrası 1948-ci ildən Mikrobiologiya və Gigiyena ETİ bazasında yerləşmişdir. Kafedraya tibb elmləri doktoru M.İ.Lurye başçılıq etmişdir. 1970-1990-cı illərdə kafedraya Azərbaycan Respublikasının əməkdar həkimi tibb elmləri doktoru, professor B.Q.Məhərrəmov rəhbərlik etmişdir. 1991-ci ildən etibarən bu vəzifəni müvəffəqiyyətlə tibb elmləri doktoru, professor F.Ə.Sadıxova yerinə yetirir. Kafedranın ilk aspirantları – L.E. Dadaşova, Z.G. Qaraqaşlı olmuşdur. İlk elmi işlərin istiqaməti – bağırsaq mikroblarının törətdiyi xəstəliklərin epidemiologiyası, törədicilərin xüsusiyyətləri və immunitetin müxtəlif aspektləri olmuşdur. Bunlardan başqa kafedrada işləmiş mütəxəssislərdən aşağıdakıları göstərmək olar: tibb elmləri doktoru N.N.Sterxova, tibb elmləri namizədləri X.Q.Hüseynova-Məlikova, N.Şərifova, B.Y.Xain, S.L.Tovarov, İ.A.Danilov, O.A.Babayeva, T.G.Hüseynov, İ.Seidov, G.G.Kərimova, L.Bağırova, L.T.Əlixanova, N.H.Ryabtseva. Kafedrada epidemioloqlar, mikrobioloqlar, parazitoloqlar ixtisaslaşdırma, ümumi təkmilləşdirmə və tematik təkmilləşdirmə kursları üzrə öz peşə səviyyəsini artırırlar. Kafedra Virusologiya, Mikrobiologiya və Gigiyena Elmi-Tədqiqat İnstitutuna köçəndən sonra imkanlar genişləndiyindən kadr potensialı zənginləşdiyindən müdavimlərin sayı da artmışdır. Belə ki, hər il 4 ümumi təkmilləşdirmə və 4 tematik təkmilləşdirmə kurslarının hər birində 9-12 mütəxəssis öz ixtisasını artırır. Bundan başqa plandan əlavə olaraq vaxtaşırı əlavə kurslar təşkil olunur və respublikanın müxtəlif praktiki müəssisələrindən öz təcrübəsi ilə bölüşmək məqsədilə aparıcı mütəxəssislər tədris prosesinə cəlb olunur. Bu kurslarda da hər dəfə 10-14 müdavim hazırlanır. 2005-ci ildən kafedra Gigiyena və Epidemiologiya Respublika Mərkəzinin bazasında yerləşir. Kafedrada ildə 80-100 mütəxəssis öz peşə səviyyələrini artırır. Hazırda «Epidemiologiya» və «Bakteriologiya» üzrə ixtisaslaşdırma, ümumi təkmilləşdirmə kursları aşağıdakı mövzuları əhatə edir: «Epidemiologiyanın seçilmiş məsələləri», «Tənəffüs yollarının infeksiyalarının epidemiologiyası və profilaktikası», «Bağırsaq infeksiyalarının epidemiologiyası və profilaktikası», «Peyvənd işinin təşkili», «Bakteriologiyanın seçilmiş məsələləri», «Kəskin bağırsaq xəstəliklərin mikrobioloji diaqnostikası», «Yoluxucu xəstəliklərin mikrobioloji diaqnostikası», «Hava-damcı infeksiyalarının mikrobioloji diaqnostikası» və s. Plandan əlavə olaraq «Parazitologiyanın seçilmiş məsələləri», «Entomologiya», «Virusologiya» və s. mövzularda tematik təkmilləşdirmə kursları təşkil olunur. 1990-cı ildən etibarən müdavimlər Azərbaycan Respublikasının müxtəlif şəhərlərində də keçirilir (Lənkəran, Gəncə, Yevlax, Mingəçevir və s.). Kafedranın əməkdaşları tədris prosesi ilə yanaşı elmi-tədqiqat işləri də aparırlar. Elmi işlər epidemiologiya və mikrobiologiyanın regionar problemlərinə həsr olunmuşdur. 1990-cı ildən aparılan elmi-tədqiqatlar bir sıra aktual tibbi problemləri əhatə edir, yəni qrip və digər respirator infeksiyaların epidemiologiyasının spesifikliyinin öyrənilməsi problemi, poliomielitin qlobal ləğvi problemi, eyni zamanda kəskin süst ifliclərin (KSİ) monitorinqi və konteynment məsələləri. Azərbaycanda aparılmış tədqiqatların nəticəsində, Avropa regionu tərkibində, poliomielit ləğv olunmuşdur. Hazırda poliomielitin ləğvindən sonrakı dövrdə virusoloji poliomielit laboratoriyası ilə birlikdə kafedra müdiri tibb elmləri doktoru, professor. F.Ə.Sadıxovanın rəhbərliyi ilə KSİ üzərində nəzarət və konteynment üzrə elmi-tədqiqatlar ÜST-nin proqramlarına müvafiq olaraq davam etdirilir. Bü işlərin görülməsi üçün kafedra bir sıra elmi və praktiki müəssisələrlə qarşılıqlı əlaqələr saxlamaqdadır (ÜST, Moskva poliomielit və virus ensefalitləri institutu, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsi, Azərbaycan Pediatriya İnstitutu). Kafedrada 4 doktorluq, 28 namizədlik dissertasiyası müdafiə edilmiş, elmi- tədqiqatların nəticələri 225 elmi məqalədə öz əksini tapmışdır, eyni zamanda monoqrafiya, 12 metodik tövsiyələr, tədris vəsaiti dərc olunmuşdur. Kafedranın əməkdaşları ÜST-nin tərəfindən aparılan Genişləndirilmiş İmmunlaşdırma Proqramı (ÇİP) çərçivəsində Milli İmmunlaşdırma günlərində, treyninqlərdə və monitorinqlərdə iştirak edirlər. Beləliklə, kafedra aktiv elmi-praktiki fəaliyyətlə məşğulldur. Kafedrada 4 doktorluq, 28 namizədlik dissertasiyası müdafiə olunmuşdur, 300-dən artıq məqalə, metodik tövsiyələr çap olunmuşdur. Hazırda kafedrada 1 elmlər doktoru - professor, 1 elmlər namizədi, 1 assistant, 1 baş laborant çalışır.
Kafedranın elmi istiqaməti
Elmi istiqamət, kafedranın mövzusu: Virus-bakterial infeksiyaların epidemioloji aspektlərin öyrənilməsi:
1. Qrip və digər kəskinrespirator virus infeksiyaların epidemiologiyasıbr
2. Poliomielit və enterovirus infeksiyaların epidemioloji-virusoloji xarakteristikası
3. Respublika ərazisində kəskin süst ifliclərin monitorinqi
4. Обучение и совершенствование теоретико-практических знаний врачей – слушателей эпидемиологов, микробиологов, энтомологов, дезинфекционистов, паразитологов.
Bakı ş. Çirkab sularının tədqiqi əsasında əhali arasında sirkulyasiya edən mikroorqanizmlərin (virusbakterialflora) spektrinin öyrənilməsi və onların indikasiya metodlarının təkmilləşdirilməsi. 2010-2013. Bakterial mikroorqanizmlərin dəyişkənliyi məsələlərinə dair 2013-2016.
Kafedranın müdiri:
Mütəlibova Nigar Faiq qızı, 1996-cı ildə Azərbaycan Tibb Universitetini fərqlənmə ilə bitirmişdir. 1996-cı ildən 2013-cü ilədək V.Avundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika institutunda müxtəlif vaxtlarda baş laborant, elmi işçi və laboratoriya müdiri vəzifəsində çalışmışdır.
2010-cu ildə tibb üzrə fəlsəfə dokrtoru elmi dərəcəni almaq üçün “Amöbiazın kompleks terapiyasında maqnit sahəsinin tətbiqinin eksperimental əsaslandırılması” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 2012-ci ildə AAK-nın qərarı ilə N.F.Mütəlibovaya “Mikrobiologiya” sahəsində tibb üzrə fəlsəfə doktoru elmi dərəcə verilmişdir.
2014-cü ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun mikrobiologiya və epidemiologiya kafedrasında assistent vəzifəsində çalışmışdır. 2017-ci ildən kafedranın dosenti, 2018-ci ilin may ayından kafedra müdiri vəzifəsində çalışır.
2015-2017-ci illərdə ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin təşkil etdiyi Cənubi Qafqaz üzrə Səyyar Epidemiologiya və Laboratoriya təlimi proqramında rezident kimi iştirak etmişdir və 2017-ci ildə həmin proqramı bitirmişdir.
N.F.Mütəlibova 29 elmi məqalə və tezislərin müəllifidir. 2014-cü ildə nəşr edilən “Malyariyanın parazitoloji və immunoloji diaqnostikası” adlı monoqrafiyanın həmmüəllifidir.
Kafedranın əməkdaşları
Assistent Dadaşov Emin Əliheydər oğlu, 1977-ci ildə Bakı şəhərində doğulmuşdur. 2002-ci ildə Azərbaycan Tibb Universitetini ilə bitirmişdir. 2002-ci ildən 2003-cü ilə qədər Bakı şəhəri Gigiyena və Epidemiologiya Mərkəzində internatura kursu keçmişdir. 2005-ci ildən 2010-cu ilədək Nizami rayonnu Gigiyena və Epidemiologiya Mərkəzində həkim epidemioloq vəzifəsində çalışmışdır.
2010-cu ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun mikrobiologiya və epidemiologiya kafedrasında assistent vəzifəsində çalışır.
2016-2018-ci illərdə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin təşkil etdiyi Cənubi Qafqaz üzrə Səyyar Epidemiologiya və Laboratoriya təlimi proqramında rezident kimi iştirak etmişdir və 2018-ci ildə həmin proqramı bitirmişdir.
E.Ə. Dadaşov 10 elmi nəşrin müəllifidir.
Kərimov Sahib Gümüş oglu, 2003-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. 2003-2004-cü illərdə Su Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzində internaturanı keçmiş, 2004-cü ildən 2006-cı ilədək Su Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzində həkim epidemioloq vəzifəsində çalışmışdır.
2007-2009-cu illərdə Rusiya Federasiyasının Moskva şəhərində İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında ixtisasdəyişmə fakultəsini və ümumi cərrahiyyə üzrə internaturanı bitirmişdir.
2014-cü ildən 2016-cı ilədək Respublika Gigiyena və Epidemiologiya Mərkəzində həkim epidemioloq vəzifəsində çalışmışdır.
2014-2016-cı illərdə ÜST-ün Azərbaycanda, Türkiyədə, Bolqarıstanda, İsveçdə, Danimarkada təşkil etdiyi İmmunizasiya üzrə seminarlarda və konfranslarda iştirak etmişdir.
2015-2017-ci illərdə ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin təşkil etdiyi Cənubi Qafqaz üzrə Səyyar Epidemiologiya və Laboratoriya təlimi proqramında rezident kimi iştirak etmişdir və 2017-ci ildə həmin proqramı bitirmişdir.
2016-cı ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun Mikrobiologiya və Epidemiologiya kadefrasında baş laborant vəzifəsində çalışır.
S.G.Kərimov 2 elmi məqalənin həmmüəllifidir.
Kafedranın ünvanı
Respublika Gigiyena və Epidemiologiya mərkəzi, Azər Manaflı küç. 22
Avtoreferatlar
Алиев Ризван Теймур оглы
Особенности эпидемиологии и пути ограничения гнойно-септических заболеваний в крупном промышленном городе.
14.00.30-эпидемиология
Автореферат диссертации на соискание ученой степени кандидата медицинских наук
Баку 1985
Керимова Джамиля
Эпидемиология и профилактика бруцеллоза в Азербайджане
14.00.30-эпидемиология
Автореферат диссертации на соискание ученой степени кандидата медицинских наук
Баку 1985
Шихалиева Шейда Талят кызы
ЭПИДЕМИОЛОГИЧЕСКИЙ НАДЗОР ЗА ГРИППОЗНОЙ ИНФЕКЦИЕЙ В УСЛОВИЯХ г.БАКУ В ПЕРИОД 1993-1997 гг.
14.00.30-эпидемиология
Автореферат диссертации на соискание ученой степени кандидата биологических наук
Баку 2004
Patoloji anatomiya və məhkəmə tibbi-ekspertiza kafedrası
Kafedra haqqında
Respublikamızın məhkəmə-tibb ekspertləri və patoloq anatomlarının diplomdan sonrakı təhsilləri əvəllər Moskva, Kiyev, Xarkov şəhərlərində və Baltikyanı ölkələrdə keçirilirdi. Bununla əlaqədar elmi, təhsil və tədris proqram və sənədlərin, həmçinin praktik fəaliyyətə aid elmi-metodoloji və digər normativ sənədlərin işlənib hazırlanması Moskva şəhərində Ümumittifaq həkimləri Təkmilləşdirmə İnstitutunun müvafiq kafedralarında – məhkəmə təbabəti və patoloji anatomiya kafedralarında həyata keçirilirdi. Keçmiş sovetlər ittifaqı dağıldıqdan sonra isə bir neçə il respublikanın məhkəmə-tibb ekspertləri və patoloqanatomları ixtisaslaşma və təkmilləşmə kurslarını keçə bilmirdilər. Yaranmış bu vəziyyətdən çıxış yolu kimi 1994-cü ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun (AzDHTİ) Klinik-laborator diaqnostika kafedrasının nəzdində müvəqqəti olaraq "Məhkəmə təbabəti və patoloji anatomiya" kursu yaradıldı. 5 il müddətində fəaliyyət göstərən bu kursa əvəzçilik üzrə tibb elmləri namizədi, Səhiyyə Nazirliyi "Məhkəmə-tibb ekspertizası və Patoloji anatomiya" Birliyinin Baş direktorunun müavini Musayev Şakir Məzlum oğlu rəhbərlik edirdi. Yarandığı gündən bu kurs öz gücü və məhz səlahiyyətləri daxilində çalışmış, hər təqvim ilində ya məhkəmə təbabəti, ya da patoloji anatomiya ixtisasları üzrə ən azı bir kurs təşkil edə bilmişdir. Mövcüd olduğu bu müddət ərzində respublikanın onlarla məhkəmə-tibb eksperti və patoloqanatomu bu kursdan keçmişdir. Kursun əməkdaşları tərəfindən çoxlu sayda elmi əsərlər yazılıb çap edilmişdir. Lakin təbabət elminin və praktik səhiyyənin 2 böyük sahəsi olan məhkəmə təbabətinin və patoloji anatomiyanın diplomdansonrakı təhsillərinin başqa profilli bir kafedranın nəzdində, özü də sadəcə bir kurs şəklində fəaliyyəti, təbii ki, çox davam edə bilməzdi. Ona görə də 1998-ci ildə "Məhkəmə təbabəti və patoloji anatomiya, hüququn əsasları kursu ilə" kafedrası yaradıldı. Kafedranın ilk müdiri vəzifəsinə ictimai əsaslarla tibb elmləri doktoru, Səhiyyə Nazirliyi "Məhkəmə-tibb ekspertizası və patoloji anatomiya" ETT Birliyinin Baş direktoru, Səhiyyə Nazirliyi Baş məhkəmə-tibb eksperti Ş.M.Musayev seçilmişdi. Kafedranın maddi-texniki və tədris bazasını bu kafedranın, hətta kursun yarandığı vaxtdan etibarən Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" ETT Birliyinin bütün şöbə və bölmələri, meyitxana, ambulatoriya və laboratoriyaları təşkil edir. Birliyin şöbələrində kafedranın əməkdaşları və müdavimlərinə nəzəri və praktik dərslər üçün hər bir şərait yaradılmışdır. Əksər hallarda dərslər, xüsusi ilə də mühazirə və seminarlar Birliyin Patoloji Anatomiya Bürosunda, büronun mühazirə zalında keçirilir. Kafedrada Birliyin müxtəlif şəhər, rayon və laborator şöbələrinin, Müdafiə Nazirliyi "Mərkəzi Məhkəmə-tibbi ekspertiza laboratoriyası"nın, eləcə də Azərbaycan Tibb Universitetinin patoloji anatomiya və məhkəmə təbabəti kafedralarının əməkdaşları vaxtaşırı ümumi təkmilləşmə və tematik təkmilləşmə kursları keçirlər. Yarandığı vaxtdan bu günə qədər kafedrada yüzlərlə müdavim ixtisaslaşma, ümumi təkmilləşmə, tematik təkmilləşmə və s. kurslar keçmişlər. Bu kurslarda məhkəmə-tibb ekspertləri və patoloqanatomlar nəzəri və praktik məhkəmə təbabəti və patoloji anatomiya elmlərinin müasir tələblərinə cavab verə biləcək səviyyədə öz biliklərini təkmilləşdirməyə nail olmuşlar. Həkimlər diplomdansonrakı təhsil kurslarında məhkəmə təbabəti ixtisası üzrə 11, patoloji anatomiya ixtisası üzrə isə 8 kursda 1, 1,5, 2, 3, 4 və 5 aylıq tsikillərlə öz ixtisaslarını artırmışlar. Bu illər ərzində kafedrada məhkəmə təbabəti və patoloji anatomiya ixtisasları üzrə hər il mütəmadi olaraq diplomdansonrakı çoxsaylı ixtisaslaşma, ümumi təkmilləşmə və tematik təkmilləşmə kurslarının keçirilmələri ilə yanaşı, böyük intensivlikdə elmi fəaliyyət də göstərmiş, çoxşaxəli elmi-tədqiqat işləri həyata keçirilmişdir. Proqramlaşdırılmış və icrasına başlanılmış elmi-tədqiqat işlərinin əsas məqsədi şəxsiyyətin məhkəmə-tibbi identifikasiyası sahəsində indiyə qədər istifadə olunan diaqnostik (xüsusi ilə osteoloji) parametrlərin elmin və texnikanın son nailiyyətlərindən istifadə etməklə istifadə etməklə daha müasir üsullarla təyini, yeni diaqnostik kriteriyaların işlənib hazırlanması və daha da təkmilləşdirilməsi, sümük qalıqlarına əsasən yaşın, cinsin, irqi və müəyyən coğrafi mənsubiyyətliklərin təyinidir. Mövzu üzrə kafedrada artıq 1 doktorluq disseratasiyası işlənib başa çatdırılmış və müvəffəqiyyətlə müdafiə olunmuşdur. (Ş.M.Musayev: "Qafqaz əhalisinin məhkəmə-tibbi identefikasiyasında kraniometrik tədqiqatların imkanları"). Kafedrada aparılan elmi tədqiqatların nəticəsi olaraq aspirant İbrahimov A.Ş. tərəfindən bu ümumi elmi istiqamətə müvafiq olaraq "İnsan kəlləsinin kraniometrik ölçülərinə görə insanın bədəninin uzunluğunun təyininin imkanları və onun məhkəmə-tibbi əhəmiyyəti" mövzusunda, aspirant Hüseynov V.K. tərəfindən isə "Dişlərin sürtünmə dərəcəsinə görə, eləcə də sifətin xarici görünüş əlamətləri toplusuna əsasən yaşın təyini" mövzusunda disseratasiya işləri müdafiə edilmişdir. Tədqiqatçı Mahmudov E.Y. tərəfindən isə "Defektləri olan kəllələrdə çatışmayan ölçülərin riyazi üsullarla müəyyən edilməsi" mövzusunda elmi tədqiqat işləri aparılır. Kafedranın professor-müəllim heyəti 5 nəfərdən ibarətdir. Kafedranın əməkdaşları tərəfindən indiyə qədər çoxlu sayda dərslik və monoqrafiyalar, metodik tövsiyələr və digər tədris vasitələri, elmi məqalələr çap olunmuşdur. Ş.M.Musayevin 1999-cu ildə "Məhkəmə təbabəti" dərsliyinin birinci nəşri, 2001-ci ildə isə bu dərsliyin ikinci nəşri çap olunmuşdur. Bundan başqa kafedranın əməkdaşları tərəfindən 12 monoqrafiya (hamısı prof. Ş.Musayevin müəllifliyi ilə): V.Y.Berinq. "Судебно-медицинское построение портрета", "Современная диагностика возраста и пола по черепу", "Судебно-медицинская краниологическая диагностика основных антропологических типов" və başqaları, 30 metodik vəsait, 100-dən çox elmi məqalə və tezislər çap olunmuşdur. Kafedranın professor-müəllim heyəti tərəfindən 2001-ci ildə həm məhkəmə təbabəti, həm də patoloji anatomiya ixtisasları üzrə həkimlərin diplomdansonrakı təhsil proqramları (ixtisaslaşma, ümumi təkmilləşmə və tematik təkmilləşmə kursları) işlənib hazırlanmış, institutun Elmi Şurasında və Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasında təsdiq edilmişdir. Ölkədə məhkəmə-tibbi və patoloji anatomiya xidmətlərinin iş fəaliyyətlərini nizamlayan əsasnamələr, qaydalar, təlimatlar və ümumilikdə digər 18 adda normativ sənədlərin hazırlanmasında, onların hüquq-mühafizə orqanları tərəfindən razılaşdırılmasında kafedranın əməkdaşlarının xüsusi əməkləri olmuşdur. Kafedrada institutun başqa kafedra və laboratoriyaları ilə yanaşı, respublikanın digər elmi-tədqiqat institutları, idarə və təşkilatları, müvafiq qurumları ilə də elmi-təcrübi əlaqələrin təməli qoyulmuş, bu əlaqələr fasiləsiz olaraq daha da inkişaf etdirilmişdir. O cümlədən də yaxın və uzaq xarici ölkələrin uyğun profilli təşkilat və qurumları, assosiasiya və cəmiyyətləri ilə sıx elmi, praktik və metodoloji təcrübi mübadilələr formasında qarşılıqlı işlər həyata keçirilir. Kafedra əməkdaşları tərəfindən həyata keçirilmiş elmi-tədqiqat işlərinin nəticələri Azərbaycanda və dünyanın müxtəlif ölkələrində keçirilən konfrans və elmi cəmiyyətlərdə məruzə edilmiş, məqalə ya tezislər şəklində bu konfransların elmi əsərlər toplularında çap olunmuşlar. Kafedranın müdiri, professor Ş.M.Musayev 1999-cu ildə II Nikolayın və onun ailə üzvlərinin sümük qalıqlarının məhkəmə-tibbi müayinəsi məqsədilə Rusiya Federasiyasının hökuməti tərəfindən təşkil edilmiş Beynəlxalq Komissiyanın tərkibində iştirak etmişdir. Kafedra əməkdaşlarının elmi məqalələri ABŞ, Türkiyə, Böyük Britaniya, Finlandiya, Slovakiya, Rusiya, İran və s. yaxın və uzaq xarici ölkələrin elmi jurnal və məcmuələrində çap olunmuşdur.
Kafedra respublikanın bütün məhkəmə-tibb ekspertləri və patoloqanatomları üçün nəzəri və praktik təkmilləşmə məktəbi olmaqla yanaşı, eyni zamanda metodoloji mərkəz və məhsuldar elm ocağıdır.
Kafedranın müdiri, tibb elmləri doktoru, professor Ş.M.Musayev kafedraya müdir seçilməmişdən əvvəl 1994–1998-ci illərdə "Məhkəmə təbabəti və patoloji anatomiya" kursunun rəhbəri olmuşdur. 1998-ci ildən hal-hazıra qədər isə institutun "Məhkəmə təbabəti və patoloji anatomiya, hüququn əsasları kursu ilə" kafedrasına rəhbərlik edir.
Kafedranın əvəzçilik üzrə assistenti, t.e.d., dosent V.K.Hüseynov Səhiyyə Nazirliyi "Məhkəmə-tibb ekspertizası və Patoloji anatomiya" ETT Birliyinin məhkəmə-tibb eksperti vəzifəsində çalışır. C.Yusifov və G.Budaqova kafedranın rezidentləridir.
Kafedranın elmi istiqaməti
Kafedrada elmi tədqiqat işləri və tədris proseslərində Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya" ETT Birliyinin bazasından, avadanlıq və inventarlarından, reaktiv və dərman preparatlarından istifadə edilir. Kafedranın əməkdaşları və müdavimləri Birliyin bütün şöbə və laboratoriyalarında həyata keçirilən meyit müayinələrində, ekspertiza və tədqiqatlarda, biopsiya və digər mikroskopik müayinələrdə nəinki iştirak edir, həm də özləri bu ekspertiza və müayinələri sərbəst şəkildə icra edirlər. Kafedranın ümumi elmi istiqaməti olan "Şəxsiyyətin məhkəmə-tibbi identifikasiyası" və digər mövzular üzrə kafedra əməkdaşları tərəfindən geniş sperktrlərə malik elmi-tədqiqat işləri həyata keçirilir.
Kafedranın əməkdaşları
Kafedranın ünvanı
Şərifzadə küç., 212, «MTE və PA» ETT Birliyinin Patoloji Anatomiya Bürosu,
tel.: 431-13-13, 495-21-25
|
|
Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.
Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır.
İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|