Kitabxana cəmiyyətin yüksək səviyyəli informasiyalaşmasında misli-bərabəri olmayan bir məkandır (mərkəzdir). Ə.Əliyev adına Az.DHTİ-nun kitabxanası tədris və elmi işlərin həyata keçirilməsinə kömək edən elmi-informasiya və ideoloji bölmədir. Kitabxana öz fəaliyyətində Azərbaycan Respublikasının konstitutsiyasına, qanunlarına, rəhbər orqanlarının qərar və göstərişlərinə habelə kitabxana işi haqqında mövcud təlimatlara və digər rəhbər materiallara əsaslanır. Kitabxana institutumuzun elmi-tibbi və mədəni maarif ocagı olaraq, professor-müəllim heyətinə, elmi işcilərə, həkimlərə, aspirantlara, orta ixtisas təhsilli tibb işcilərinə, dinləyici müdavimlərə xidmət edir. Biz oxuculara kitab, jurnal və başqa dövrü nəşrlərlə xidmət edirik. Hər il yeni jurnal və qəzetlərə abunə yazılırıq. Kitabxana fondunun komplektləşdirilməsi əsasən itirilmiş kitabların əvəzinə götürülən, həm də müəllif təşkilatlar tərəfindən bagışlanılmış kitabların əsasında həyata kecirilir. Müəyyən müəllifin hansı əsəsrləri olduguna cavab verən, kitabxanada hansı adda kitab, qəzet və jurnal, aftoreferat, dissertatsiyalar oldugunu açan, oxucuların hərtərəfli sorgularını ödəməyə imkan verən soraq aparatı yaradılıb. Bu soraq aparatının özəyi ilk növbədə kataloq və kartotekalar sistemidir. Kataloqlar xüsusi qaydada tərtib olunmuş oxucu formulyarlarından ibarətdir. Biz də kitabxana sistemində qeniş istifadə olunan əlifba və sistemli kataloqdan istifadə edirik. SK-da (sorğu kataloqu) iki təsnifat sistemi istifadə edilir:
1. Universal onluq təsnifatı
2. Kitabxana - biblioqrafiya təshifatı
Hazırda bütün dünya kitabxanasında qeniş tətbiq olunan təsnifat universal onluq təsnifatıdır. Bu səbəbdən də ona beynəlxalq təsnifat da deyilir. Kitabxananın kütləvi işi haqqında onu deyə bilərəm ki, hər il yubileylərlə əlaqədar sərgi və fotomontajlar təşkil olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Elmi-Tibbi kitabxanası, Azərbaycan Dövlət Tibb Universitetinin tibbi kitabxanası, Bakı Dövlət Universitetinin kitabxanası, Trav¬matologiya İnstitutunun kitabxanası, M.Mir-Qasımov adına Mərkəzi Klinik Xəstəxanasının kitabxanası ilə sıx əməkdaşlıq edirik. Kitabxanalar istənilən mənbədən olan müxtəlıf mənşəli informasiyanın axtarılması, toplanması, emalı, mühafizəsi və ictimai istifadəsinin təşkili ilə birbaşa məşgul olan təşkilatdır, bu səbəbdən də kitabxana proseslərin avtomatlaşdırılmasına xüsusi yer ayrılır. Kitabxanamız 2010-cu ildən EBSCO-nun üzvüdür.
EBSCO HOST (bura daxildir: 7000-dən artıq ictimai, humanitar, komputer, tibb, biologiya, fizika, kimya, riyaziyyat və s. sahələri əhatə edən jurnalların yerləşdiyi verilənlər bazası və onların seçilmiş sayına CD/DVD formatında təminatı və 2500-dən artıq tam mətnli kitab və broşurlar).
Hazırda Azərbaycan kitabxanalarında ən qeniş tətbiq olunan proqram İRBİS-dir. Yaxın qələcəkdə bizim institutumuz da bu proqramı əldə edəcəyinə əminik və kitabxananin müasir tələblərə üygun inkişafı ücün bütün imkanlardan istifadə etməyə çalışırıq.
Tarix əsrlər boyu bəşəriyyətə belə bir ibrət dərsi verir ki, yalnız açıq mədəni və informasiya məkanına malik cəmiyyət yaşamaga qabildir və onun gələcəyi vardır.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX