TQDK tərəfindən keçirilən rezidenturaya qəbul imtahanlarının nəticəsində 2011-ci tədris ilində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna 52 həkim-rezident, 2012-ci tədris ilində-41 həkim-rezident, 2013-ci tədris ilində 43 həkim-rezident daxil olmuşdur. Hal-hazırda 126 həkim-rezident rezidenturada təhsil alır.
Rezidentlər ixtisaslar üzrə kafedralarda “Rezidenturaya qəbul olunan həkimlərin hazırlığına cavabdeh olan rəhbər-kuratorların təyin edilməsi haqqında” Səhiyyə Naziri O.K.Şirəliyevin əmri ilə təsdiq edilmiş kuratorun rəhbərliyi altında hazırlıq keçirlər. Rezidentlərə tədris kursuna uyğun öz ixtisasları üzrə mühazirələr oxunur, seminarlar keçirilir, kafedralarda ümumi fənn və ixtisas rotasiyaları aparılır. İş müddəti zamanı rezidentlər ixtisas kafedralarına təhkim olunmuş xəstəxanaların müvafiq şöbələrində kuratorların rəhbərliyi altında həkim - mütəxəssis kimi fəaliyyət göstərirlər, şöbə və xəstəxana üzrə növbətçilik çəkirlər. Kafedraların elmi istiqaməti üzrə elmi-tədqiqat işlərinə cəlb olunurlar. Kafedra əməkdaşları tərəfindən nəşrə hazırlanan məqalələrin yazılmasında, müxtəlif konqreslərdə, simpoziumlarda çıxışların hazırlanmasında rezidentlərin iştiraki nəzərdə tutulur.
Rezidentlərin yuxarıda göstərilən tədris-təlim və elmi işlərdə iştiraklarının vacibliyini vurğulayaraq qeyd etmək istəyirik ki, rezidentlərin ixtisas üzrə hazırlanmasının əsası onların kafedraların bazalarında aparılan praktik müalicə-diaqnostika işi ilə bağlıdır. Bunu nəzərə alaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Rezidentura şöbəsi tərəfindən rezidentlərin fərdi işinin sistemləşdirilməsi üçün “Rezidentin fərdi tədris planı”hazırlanmışdır. “Rezidentin fərdi tədris planı”nda pasport hissə, rotasiyaların siyahısı, dinlənilmiş mühazirələr, seminarlar, nəşrlər, konqres və simpoziumlarda iştirakı və digər bölmələrlə yanaşı rezidentlərin praktik işi öz əksini tapıb.    Rezidentlərin və kuratorların fəaliyyətinə nəzarət Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru və Rezidentura şöbəsinin əməkdaşları tərəfindən aparılır.



ƏZİZ ƏLİYEV ADINA AZƏRBAYCAN DÖVLƏT HƏKİMLƏRİ TƏKMİLLƏŞDİRMƏ İNSTİTUTUNUN

nəzdində ixtisaslar üzrə hazırlıq keçən həkim-rezidentlər üçün klinik bazaların


SİYAHISI


Anesteziologiya-reanimatologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Anesteziologiya və reanimasiya kafedrası -
Akad. M.Mir-Qasımov ad. Respublıka Klinik Xəstəxana (II korpus) tel.: 431-30-40
Akad. M.C.Cavadzadə ad. Respublika Kliniki Uroloji Xəstəxana tel.: 492-24-23
Bakı şəh. Təcili Tibbi Yardımın Mərkəzi Stansiyası, Bakıxanov küç, 42 tel.: 440-42-33
Bakı şəh. Təcili Tibbi YardımınTəlim Bazası.


Ümumi cərrahiyyə
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Cərrahiyyə-1 kafedrası -
3 saylı şəhər klinik xəstəxanası (Sabunçu qəs.) tel.: 450-19-05
Plastik cərrahiyyə - Plastik və rekonstruktiv cərrahiyyə kinikası (Vaqif Qələndər)
Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Cərrahiyyə-2 kafedrası -
Ə.Əliyev ad. Az.DHTİ-nun cərrahiyyə klinikası (Sabunçu qəs.)
tel.: 450-19-05


Otorinolarinqologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Otorinolarinqologiya kafedrası -
Akad. Mir-Qasımov ad. Respublıka Klinik Xəstəxana (II korpus) tel.: 431-61-58


Travmatologiya-ortopediya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Travmatologiya-ortopediya kafedrası -
3 saylı şəhər klinik xəstəxanası (Sabunçu qəs.) tel.: 450-11-68


Urologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Urologiya kafedrası -
Akad. M.C.Cavadzadə ad. Respublika Kliniki Uroloji Xəstəxana tel.: 492-24-23


Mamalıq-ginekologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Mamalıq-ginekologiya kafedrası -
Akad. Mir-Qasımov ad. Respublıka Klinik Xəstəxana (I korpus) tel.: 431-60-68 və 3 saylı şəhər klinik xəstəxanası (Sabunçu qəs.)


Nevrologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Sinir xəstəlikləri kafedrası -
Akad. Mir-Qasımov ad. Respublıka Klinik Xəstəxana (I korpus) tel.: 431-89-48


Kardiologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Kardiologiya kafedrası -
3 saylı şəhər klinik xəstəxanası (Sabunçu qəs.) tel.: 450-14-51


Nefrologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Nefrologiya kafedrası -
Akad. Mir-Qasımov ad. Respublıka Klinik Xəstəxana (I korpus) tel.: 431-49-00


Dermatovenerologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Dermatovenerologiya kafedrası -
Bakı ş. Dəri-zöhrəvi dispanseri (Tolstoy küç. 135) tel.: 494-68-51, 494-35-03


Revmatologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Kardiologiya kafedrası -
3 saylı şəhər klinik xəstəxanası (Sabunçu qəs.) tel.: 450-14-51


Endokrinologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Terapiya kafedrası -
Akad. Mir-Qasımov ad. Respublıka Klinik Xəstəxana (I korpus) tel.: 431-31-40


Narkologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Psixiatriya və Narkologiya kafedrası -
Ruhi-əsəb dispanseri (Nərimanov r. Hidayət-zadə küç. 4) tel.: 566-24-09


Pediatriya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Pediatriya kafedrası -
K.Fərəcova ad. ET Pediatriya İnstitutu, Respublika Uşaq Xəstəxanası, 13 saylı uşaq poliklinikası, tel.: 430-08-93, 431-87-80


Şua diaqnostikası
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Şua diaqnostikası kafedrası -
Akad. Mir-Qasımov ad. Respublıka Klinik Xəstəxana (II korpus), Bakı ş. Tbilisi pros. 3165-ci məhəllə, tel.: 431-40-33


Stomatologiya
Rezidentlərin fəaliyyəti


Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Stomatologiya və Üz-çənə cərrahiyəsi kafedrası -
Akad. Mir-Qasımov ad. Respublıka Klinik Xəstəxana (II korpus)




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.



FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR





ELEKTRON KITABLAR




Copyright © 2017, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu





Saytın hazırlanması: Proqres IPX