Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun Gənc Alim və Mütəxəssislər Şurası öz ətrafında gənc alimləri və tədqiqatçıları birləşdirir. Şuranın əsas məqsədi gənclərin elmi potensialının artırılması, onların tibb elminin müxtəlif sahələrində araşdırmalarını, ixtiralarını, kəşflərini, təşəbbüslərini və səmərələşdirici təkliflərini stimullaşdırmaq, layihə və proqramların maliyyələşdirilməsi, elmi kəşflərin və ixtiraların tətbiq olunması ilə əlaqədar dövlət orqanlarına, kommersiya qurumlarına müraciət etmək,respublikada və respublikadan kənarda fəaliyyət göstərən fondların və donor təşkilatların axtarışına yardım etməkdir. Şura təsdiqlənmiş iş planı əsasında fəaliyyət göstərir.


Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun

Gənc Alim və Mütəxəssislər Şurası üzvlərinin


SİYAHISI



S.A.A. Vəzifəsi Əsas iş yeri
1 Əfəndiyev Akif Zahid oğlu Sədr Otorinolarinqologiya kafedrasının dosenti
2 Hüseynova Arzu Ramiz qızı Sədr müavini Rezidentura şöbəsinin müdiri
3 Cəfərova Flora Əkbər qızı Katib Gigiyena kafedrasının laborantı
4 Əhmədbəyli Cavid Ramiz oğlu Üzv Parodontologiya kafedrasının dosenti
5 Quliyev Məzahir Dayandur oğlu Üzv Otorinolarinqologiya kafedrasının assistenti
6 Həsənzadə Lamiyə Yunus qızı Üzv Oftalmologiya kafedrasının baş laborantı
7 Süleymanova Nərgiz Rəhim qızı Üzv Ftiziatriya kafedrasının rezidenti
8 Bayramov Vüqar Əli oğlu Üzv Stomatologiya kafedrasının rezidenti
9 Məmmədli Rahim Elçin oğlu Üzv Otorinolarinqologiya kafedrasının rezidenti



Gənc Alim və Mütəxəssislər Şurasının sədri


T.ü.f.d., dosent Əfəndiyev Akif Zahid oğlu 1984-cü ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. 1988-1991-ci illər ərzində Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu LOR kafedrasında əyani aspiranturada oxumuş və 1991-ci ildə "Состояние внутреннего нервно-мышечного аппарата гортани при миастении" adlı dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsı almışdır. 1991–ci ildən bu günə kimi ADHTİ-nin otorinolarinqologiya kafedrasında əvvəl assistent, sonra isə dosent (2000-ci ildən) kimi çalışır. “Avropa Foniatrlar İttifaqı”, “Türk Qulaq Burun Boğaz və Baş Boyun Cərrahiyyəsi Dərnəyinin”, “Yaxın Avrasiya Afrika Qulaq-burun-boğaz cəmiyyəti”, “Mərkəzi və Qərbi Asiya Qulaq, burun, boğaz və baş boyun cərrahiyyəsi birliyi”nin üzvü, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin həmtəsisçisi və sədr müavini; Ə.Əliyev adına ADHTİ-nun Cərrahiyyə fakültəsinin Elmi Şurasının üzvüdür. 122 elmi işin (31 məqalə, 76 tezis, 1 tədris vəsaiti, 10 metodik tövsiyə, 3 səmərələşdirici təklif, 1 kliniki protokol) müəllifidir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX