Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.
Bizim institut 75 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır.
İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.
İnstitutun inkşafında akademik Zərifə Əliyevanın və 30 ildən çox institutun rektoru olmuş akademik M.C.Cavad-zadənin əvəzolunmaz xidmətləri olmuşdur. Onların rəhbərliyi və Ümummilli Liderimiz Heydər Əliyevin dəstəyi ilə institut yeni inkşaf mərhələsinə qədəm qoymuşdur. Bu müddətdə alim və müəllim kollektivi formalaşır ki, Respublikamızın Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikanın bütün sahələrində, həmçinin səhiyyədə də böyük inkşaf gedir. Yüzlərlə yeni tibb müəssisələri tikilir, əvvəlkilər isə yenidən qurulur. Tibb müəssisələri müasir avadanlıqla dünya səviyyəsinə uyğun olaraq təchiz olunur. Bu şəraitdə tibbi kadrların hazırlanması və yenidənhazırlanması mühüm bir vəzifəyə çevrilir və tamamilə yeni səviyyəyə çıxır. Onlar da hal-hazırda instituta və kafedralara rəhbərlik edirlər.
Bu gün Ə.Əliyev adına ADHTİ milli səhiyyənin müasir tibbi, tədris, mualicəvi və metodiki mərkəzidir ki, burada akademiklər, professorlar, dosentlər, assistentlər fəaliyyət göstərirlər, respublikanın həkimləri öz biliklərini və kvalifikasiyalarını hər il təkmilləşdirirlər, namizədlik və doktorluq dissertasiyaları müdafiə edirlər, milli səhiyyənin prioritet istiqamətlərinə görə və müasir tələblərə cavab verən elmi-tədqiqat işləri aparırlar. Mərkəzdə uroloqların, nefroloqların, oftalmoloqların, onkoloqların, nevroloqların, cərrahların, mama-ginekoloqların və başqalarının elmi məktəbləri formalaşmışdır. Burada bütün iş əsas məsələnin həllinə - əhaliyə müasir tibbi-sosial yardımın göstərilməsi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını və yenidən hazırlanmasını təmin edən keyfiyyətli tibbi təhsilin respublikada yaradılmasına yönəldilmişdir.
Biz institutumuzun gələcəyini elm, təhsil, müalicə proseslərinin birliyində, həmçinin dünya tibb elminə inteqrasiyada və konstruktiv əməkdaşlıqda görürük.
Əminik ki, siz bizim ali təhsil müəssisəmiz haqqında zəruri olan məlumatları bu saytdan əldə edəcəksiniz.

Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX