Laboratoriya haqqında

Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının tarixi 1972-ci ilin fevral ayında Azərbaycanda hemofiliyanın tədqiq edilməsi üzrə problem laboratoriyasının yaranması ilə bağlıdır. Professor H.M.Abdullayevin rəhbərlik etdiyi laboratoriyanın əməkdaşları - baş elmi işçi A.H.Allahverdiyeva, M.C.Fəttayev, kiçik elmi işçilər, M.Mugalinskaya, N.Bağırov, R.Rüstamov, N.Əfəndiyeva, D.Baytayeva hemofiliyanın etiologiya və patogenezinin aktual məsələlərini öyrənərək, yeni profilaktik üsullarının və ağırlaşmalarının müalicə protokolunu işləyib-hazırlamışdırlar. 1977-ci ildə akademik M.C.Cavadzadənin təşəbbüsü ilə Operativ nefrologiya və urologiya kafedrasının nəzdində böyrək xəstəlikləri zamanı metabolizmin vəziyyətinin öyrənilməsi məqsədi ilə problem laboratoriyası təşkil edilmişdir. Laboratoriyanın əsas elmi istiqaməti – Azərbaycanda urolitiazın etiologiyası və yayılmasının tibbi-genetik tədqiqatı idi. Laboratoriyaya t.e.n. Z.K.Həmzəyeva rəhbərlik edirdi. 1983-cü ildə problem laboratoriyasının əsasında Ə.Əliyev adına ADHTİ-nin əsas binasında Mərkəzi Elmi-Tədqiqat Laboratoriyası (METL) yaranmışdır. METL-də üç şöbə təşkil olunmuşdur: İmmunologiya şöbəsinə b.e.n., baş elmi işçi L.M.Əhmədova, biokimya şöbəsinə b.e.n., baş elmi işçi N.V.Nəsirova və sitogenetika şöbəsinə b.e.n., baş elmi işçi M.C.Fəttayev rəhbərlik etmişdilər.
1987-ci ilə qədər biokomya şöbəsinə baş elmi işçi S.V.Qluşenko rəhbərlik etmişdir. 1987-2010-cu illər ərzində baş elmi işçi N.V.Nəsirova biokomya şöbəsinə rəhbərlik edib. İmmunologiya şöbəsinə 1986-2007-ci illər ərzində baş elmi işçi, assistent L.F.Linyova rəhbərlik etmişdir. Daha sonra baş elmi işçi L.M.Əhmədova rəhbərliyə davam etmişdir. Sitogenetika şöbəsinə 1986-1999-cu illərdə P.B.Rüstəmova rəhbərlik etmişdir. Laboratoriyada aparılmış tədqiqatlar nəticəsində 1992-ci ildə M.C.Fəttayev biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1993-cü ildə METL bazasında Tibbi genetika və immunologiyanın əsasları kafedrası təşkil edilmişdir. Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının ilk müdiri b.e.d. M.C. Fəttayev təyin edilmişdir və onun rəhbərliyi altında t.ü.f.d. - Zeynallı E., Mollazadə A., Abdullayev A. k.e.i - Qədimova Z., Hacıyeva G.H., Məmmədov N.A., Süleymanova S., Cabbarov Ş., Əliyev C., Rəhimova A., Mustafayeva M., baş laborant - Qulyakova N., Şahverdiyeva V., Məmmədova S., Cəfərova M., Qasımova A., Hüseynova Z., İsmayılova V., Əliyeva E. çalışmışlar.
Həkim-laborantların təkmilləşdirilməsi zəruriyyətini nəzərə alaraq, 1996-cı ildə Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının İmmunologiyanın əsasları ilə kliniki biokimya adlandırılmışdır. Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasında mərhum b.e.d. M.C.Fəttayevdən sonra tibb elmləri namizədi, dosent X.M. Umudov rəhbərlik etmişdir. METL-in fəaliyyəti dövründə "Kliniki biokimya" üzrə həkim-laborantlar üçün tematik təkmilləşdirmə və İmmunologiyanın əsasları üzrə institutun bütün Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının həkim-müdavimləri üçün kurslar keçirirdi. Mərkəzi Elmi-Tədqiqat Laboratoriyanın elmi araşdırmaları, əsasən, biokimya və immunologiyanın problemlərinə həsr olunmuşdur. Laboratoriyada t.e.d. M.C.Fattayev, dos. X.M. Umudovun rəhbərliyi altında və asisstent L.F.Linyovanın pedaqoji fəaliyyəti dövründə 2 monoqrafiya, 8 metodik tövsiyə və dərs vəsaiti, 120-yə qədər elmi məqalə nəşr etdirilmiş və 3 ixtiranın müəllif şəhadətnaməsi alınmışdır. 2000-ci ildən METL nəzdində akad. M.C.Cavadzadənin rəhbərlik etdiyi hemodializ laboratoriyası fəaliyyət göstərir. Laboratoriyanın müdiri tibb elmləri doktoru, baş elmi işçi İlham M.Həmidovdur. 2009-cu ildən 2021-ci ilə qədər Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasında biologiya üzrə fəlsəfə doktoru, dos. R.V.Sadıqov rəhbərlik edib.
2021-ci ilin may ayından Kliniki laborator diaqnostika kafedrası Mərkəzi Elmi-Tədqiqat Laboratoriyası ilə birləşdirilmişdir, və rəhbərliyi prof., b.e.d. R.K.Tağızadəyə həvalə edilmişdir.

Reyhan Kamal qızı Tağızadə 1980-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir və həmin ildən ET Mikrobiologiya, Epidemiologiya və Gigiyena İnstitutunda immunologiya şöbəsində kiçik elmi işci vəzifəsində, 1988-ci ildən böyuk elmi işci vəzifəsində çalışıb. 1988-ci ildə namizədlik dissertasiyasını müdafiə edib və biologiya elmləri namizədi alimlik dərəcəsi adı alıb. 1990-cı ildən ET Hematologiya və Qanköcürmə institutunda radionuklid laboratoriyasının rəhbəri, 1992-ci ildə biokimya laboratoriyasının müdiri, 1993-cü ildən immunologiya şöbəsinin rəhbəri vəzifələrində calışıb. 2010-cu ildə "Eritrositlərin grupp antigenləri və hemotransmissiv virus infeksiyaları ilə səciyyələnən postransfuziya fəsadlarının profilaktikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2020-ci ildən ADHTİ Laboratoriya işi kafedrasında professor vəzifəsində, 2021-ci ildən Kliniki Laborator Diaqnostika kafedrası və Mərkəzi Elmi Tədqiqat Laboratoriyasına rəhbər vəzifəsinə təyin edilmişdir. 2022-ci ildən etibarən Səhiyyə Nazirliyinin immunoloqiya üzrə mütəxəssis-eksperti, Azərbaycan Respublikası Elmlər Akademiyasının FD 1.37 Dissertasiya Şurasının, ADHTİ elmi şurasının və bir necə beynalxalq cəmiyyətlərin üzvüdür: European Federation of clinikal chemistry and laboratory medicine, Association for Diagnostics & Laboratory Medicine(ABŞ), Федерация Лабораторной Медицины (Rusiya) və s. R.K.Tağızadə 1 ixtiranın müəllif şəhadətnaməsi, 180 məqalə və tezislərin, 5 monoqrafiya, 6 metodik tövsiyə və 1 dərs vəsaitinin həmmüəllifidir.



Laboratoriyanın elmi fəaliyyəti

Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının elmi fəaliyyəti dövründə "Kliniki biokimya" üzrə həkim-laborantlar üçün tematik təkmilləşdirmə və İmmunologiyanın əsasları üzrə institutun bütün Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının həkim-müdavimləri üçün kurslar keçirirdi. Mərkəzi Elmi-Tədqiqat Laboratoriyanın elmi araşdırmaları, əsasən, biokimya və immunologi-yanın problemlərinə həsr olunmuşdur. Mərkəzi Elmi-Tədqiqat Laboratoriyada t.e.d. M.C. Fattayev, dos. X.M. Umudovun rəhbərliyi altında və asisstent L.F. Lınyovanın pedaqoji fəaliyyəti dövründə 2 monoqrafiya, 8 metodik tövsiyə və dərs vəsaiti, 120-yə qədər elmi məqalə nəşr etdirilmiş və 3 ixtiranın müəllif şəhadətnaməsi alınmışdır.


Laboratoriyanın əməkdaşları


Mərkəzi Elmi Tədqiqat Laboratoriyasının, hemodializ laboratoriyasının müdiri İlham Məhərrəm oğlu Həmidov 1977-ci ildən Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında Hemodializ və Böyrək köçürmə şöbəsində həkim-ordinator, 1990-cı ildən isə həmin xəstəxananın nəzdnində Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun METL-nın Hemodializ laboratoriyasının müdiri vəzifəsində çalışır. Tibb elmləri doktoru, Avropa Nefroloqlar Konqresinin daimi iştirakçısı, 40-dan çox elmi məqalənin, 2 monoqrafiyanın, 1 elmi ixtiranın müəllifidirir.




Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının baş elmi işçisi Rafail Vəli oğlu Sadıqov 1987-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun əczaçılıq fakültəsinə daxil olmuşdur. R.V. Sadıqov 1992-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra həmin institutda Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasında baş laborant, 1995-ci ildə kiçik elmi işçi vəzifələrində çalışmışdır. R.V. Sadıqov 1998-ci ildə "Yeni neyrotrop vasitə - nikomorfolinin tətbiqinin farmokoloji və biofarmasevtik aspektləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir və biologiya elmləri namizədi alimlik dərəcəsi adı almışdır. R.V. Sadıqov 1999-cu ildə ATU-da, METL-in baş elmi işçi vəzifəsinə seçilmişdir. 2020-ci ildə dosent vəzifəsinə keçmişdir. R.V. Sadıqov 2009-cu ildən 2021-ci ilə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunda Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Elmlər Akademiyasının FD 1.37 Dissertasiya Şurasının üzvüdüir. Rafael Sadıqov 100-dən artıq elmi məqalə və tezislərin müəllifidir.




Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının baş elmi işçisi Gülüstan Kamil qızı Hacıyeva 28 sentyabr 1962-ci ildə Bakıda anadan olmuşdur.
1982-1988-ci illərdə S.M.Kirov ad. Azərbaycan Dövlət Universitetində təhsil almışdır. Ə.Əliyev adına Az.DHTİ-da 1980-ci ildən çalışır.
1980-ci ildə laborant, 1988-ci ildə baş laborant, 1989-cu ildə kiçik elmi işçi, 2009-cu ildən isə baş elmi işçi vəzifələrində çalışır.
Hacıyeva G.K. 2005-ci ildə "Bronxial astması olan xəstələrdə immun status və dermatoqlifika" mövzusunda 14.00.36-allerqologiya və immunologiya şifri üzrə dissertasiya müdafiə etmişdir və biologiya üzrə fəlsəfə doktoru adı almışdır (EN №04000, 2006). 2023-cü ildən Azərbaycan Respublikası Elmlər Akademiyasının FD 1.37 Dissertasiya Şurasının üzvüdür. G.K.Hacıyeva 103 elmi məqalə və tezislərin müəllifidir.




Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının baş elmi işçisi b.e.n. Leyli Məmməd qızı Əhmədova 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakultəsini bitirmişdir və biologiya və kimya müəllimi ixtisasını almışdır. 1981-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasına (METL) baş laborant vəzifəsinə işə qəbul olunmuşdur. 1984-cü ildə METL-a kiçik elmi işçi vəzifəsinə keçmişdir. 1998-ci ildə METL-in baş elmi işci adını almışdır və indiyə qədər bu vəzifədə çalışır. 1998-ci ildə İmmunologiya üzrə biologiya elmləri namizədi adını almışdır. METL-da işlədiyi müddətdə tədris işinin bütün mərhələlərində iştirak edib, praktiki və seminar məşğələləri aparmışdır. 100-dən artıq elmi məqaləsi çap olunub. 2023-cü ildən Azərbaycan Respublikası Elmlər Akademiyasının FD 1.37 Dissertasiya Şurasının üzvüdür.





Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının kiçik elmi içşisi Şəlalə Daməd qızı Rəhimova 1991-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin biologiya fakultəsini bitirmişdir. Ə.Əliyev adına Az.DHTİ-də 1977-ci ildən işləyir. Həmin ildə döş qəfəsinin cərrahiyyə klinikasının kafedrasında preparator, 1979-cu ildə funksional və endoskopik laboratoriyasında preparator işləmişdir. 1980-1981-ci illərdə Terapiya ІІ kafedrasında laborant, 1991-ci ildə isə Mərkəzi Elmi-Tədqiqat laboratoriyasında (METL) baş laborant işləmişdir.
Rəhimova Ş.D. 1997-ci ildən METL-də kiçik elmi işci vəzifəsində çalışır. 1995-ci ildə "Müxtəlif xəstəliklər zamanı əsas tibbi-genetik və immunoloji tədqiqat metodlarının işlənməsi" kursu üzrə 2 aylıq ixtisaslaşma, 2003-cü ildə "Kliniki laboratoriya diaqnostikası" kursu üzrə 3 aylıq ixtisaslaşma, 2004-cü ildə "Kliniki biokimya" üzrə 2 ay tematik təkmilləşmə, 2009-cu ildə "Kliniki laborator diaqnostika" üzrə 3 ay ümumi təkmilləşmə kurslarını bitirmişdir. Ş.D.Rəhimova müxtəlif konfranslarda, treninq-seminarlarda iştirak etmişdir və sertifikatlar almışdır. Ş.D.Rəhimova 6 məqalə, 17 tezis müəllifidir.




Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının kicik elmi işçisi Rəfiqə Sudef qızı Məmmədova 1984-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakultəsini bitirmişdir. 01.08.1984-30.06.1985-ci ildə Ana və Uşaq Sağlamlığının Qorunması ETİ-də pediatriya ixtisası üzrə internatura keçmişdir. 01.10.1988-14.09.1990-cı il tarixində Polşa Respublikasında həkim-pediatr vəzifəsində çalışmışdır.
02.01.1995-ci ildə Ə.Əliyev adina AzDHTİ–nin Sinir xəstəlikləri və Fizioterapiya kafedrasına baş laborant vəzifəsinə qəbul olunmuşdur.
15.09.1997-ci ildə həmin kafedranın assistenti vəzifəsinə keçirilmişdir. 2005-ci ilin yanvarın 1-dən yaranmış Fizioterapiya və Tibbi Bərpa kafedrasında assistent vəzifəsində işini davam etdirmişdir. Kafedrada işlədiyi müddətdə tədris işinin bütün mərhələlərində iştirak etmişdir, praktiki və seminar məşğələləri aparmışdır, səyyari kursların təşkilində və aparılmasında fəal iştirak etmişdir. 2011-ci ildə Məmmədova R.S. AzDHTİ-nin Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasına kiçik elmi işçi vəzifəsinə keçirilmişdir və hal-hazırda da burada çalışır. Məmmədova R.S müxtəlif konfranslarda, trenninq-seminarlarda iştirak etmişdir və sertifikatlar almışdır. Məmmədova R.S. 18 məqalənin və 9 tezisin müəllifidir.




Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının kiçik elmi işçisi Şəlalə Mövludpaşa qızı Nuşiyeva 2002-ci ildə "Odlar Yurdu" Universitetinin Tibbi Biologiya fakultəsini bitirmişdir. 2002-2003-cü ildə Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda "Fizioterapiya" ixtisası üzrə internatura keçmiş, həkim-fizioterapevt ixtisası almışdır. 2003-2006 illərdə "İnam" Tibb Mərkəzində həkim-fizioterapevt vəzifəsində çalışmışdır. 2006-cı il Ə.Əliyev ad. ADHTİ "Fizioterapiya və Tibbi Bərpa" kafedrasında "Fizioterapiya" üzrə ümumi təkmilləşmə kursu keçmişdir. 2006-2008-ci illərdə Ə.Əliyev ad. ADHTİ "Fizioterapiya və Tibbi Bərpa" kafedrasında "Fizioterapiya və Tibbi Bərpa" üzrə Klinik Ordinatura keçmişdir. 2009-2012-ci illərdə Ə.Əliyev ad. ADHTİ "Fizioterapiya və tibbi bərpa kafedrasında assistent vəzifəsində çalışmışdır. 2010-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində "Fizioterapiya" üzrə ümumi təkmilləşmə kursu keçmişdir. Nuşiyeva Ş.M. 2012-ci ildən AzDHTİ-nin Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışır. İşlədiyi müddət ərzində bir çox elmi konfranslarda və treninq-seminarlarda iştirak etmişdir, sertifikatlar almışdır. 4 elmi məqalənin, 8 tezisin müəllifidir.




Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının kiçik elmi işçisi Mehriban Kamal qızı Əliyeva 2007-ci ildə N.Nərimanov adina Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakultəsini bitirmişdir. 2008-ci ildə 5№-li klinik xəstəxanada qastroenterologiya ixtisası üzrə internatura keçmişdir. 01.11.2009-cu ildə Ə.Əliyev adina AzDHTİ-nin Mərkəzi Elmi-Tədqiqat laboratoriyasına kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur. 2009-2019-cu illər ərzində "Ailə təbabəti" kafedrasında fəaliyyət göstərmişdir. 2019-cu ildən bu günə qədər Mərkəzi Elmi-Tədqiqat laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışır. İşlədiyi müddət ərzində bir çox elmi konfranslarda və treninq-seminarlarda iştirak etmişdir, sertifikatlar almışdır. 5 elmi məqalənin və 12 tezisin müəllifidir.




Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının baş laborantı Xəyalə Vaqif qızı Əmənullayeva 2000-ci idə Odlar Yurdu Universiteti Orta ixtisas Təsilli Kollecinin Tibb bacısı fakultəsini bitirib. 2001-2006-cı ildə ATU-nin Tibbi biologiya fakultəsini bitirib. 2006-2007-ci ildə Sabunçu rayon 3nömrəli Xəstəxanasında İnternatura keçmişdir. 2007-2008-ci ildə Diasis Tibb mərkəzində Həkim-laborant. 2008-2009-cu ildə Faqma Tibb mərkəzində Həkim laborant. 2009-2010-cu ildə Memorial Tibb mərkəzində Həkim laborant. 2010-2012-ci ildə Medikus Tibb mərkəzində Həkim-laborant. 2012-ci ildən isə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunda Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasında baş laborant vəzifəsində çalışır.



Laboratoriyanın ünvanı

Bakı şəhəri, AZ1122, A.Şərifzadə küçəsi, 212
Mob.: (+99477) 3180435


Avtoreferatlar

Reyhan Kamal qızı Tağı-zadə
Eritrositlərin qrup antigenləri və hemotransmissif virus infeksiyaları ilə səciyyələnən posttransfuziya fəsadlarının profilaktikası. 14.00.30 – Epidemiologiya. 14.00.36 – Allerqologiya və İmmunologiya. Biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı-2009.

Рафаил Вели оглы Садыгов
Фармакологические и биофармацевтические аспекты внедрения нового нейротропного средства никоморфолина. 14.00.25 - Фармакология. Диссертации на соискание ученой степени кандидата биологических наук. Баку-1998 г.

Лейли Мамед кызы Ахмедова
Иммунные нарушения и их взаимосвязь с процессами перекисного окисления липидов у больных вирусным гепатитом В. 14.00.36 - аллергология и иммунология. Диссертации на соискание ученой степени кандидата биологических наук. Баку-1997г.

Gülüstan Kamil qızı Hacıyeva
Bronxial astması olan xəstələrdə immun status və dermatoqlifika. 14.00.36 – allerqologiya və immunologiya. Biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı-2005.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX