Memorandum imzalanmışdır

08.11.2017

Hazırkı dövrdə ən vacib məsələlərdən biri əhaliyə göstərilən tibbi yardımın keyfiyyətini yüksəldərək dünya standartlarına çatdırmaqdır. Dövlətimiz tərəfindən qarşıya qoyulan bu vacib məsələnin həlli yollarından biri də ali tibb kadrlarının hazırlığının səviyyəsinin artırılmasıdır. Belə bir şəraitdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu öz işini müasir tələblərə uyğun qurmağa çalışır. Bununla əlaqədar yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və tibb elminin prioritet istiqamətlərinin inkişafı sahəsində beynəlxalq əməkdaşlıq Ə.Əliyev adına ADHTİ-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Institutun beynəlxalq əlaqələrinin inkişafı strategiyası institutun ali tibb təhsilli həkim və mütəxəsislər üçün diplomdansonrakı müasir, yüksək professional təhsil mərkəzi kimi imicinin möhkəmlənməsinə yönəlmişdir. Artıq ADHTİ ilə Almaniyanın, Türkiyənin, Rusiyanın, Belarusiyanın və digər ölkələrin tanınmış bir sıra təhsil müəssisələri ilə faydalı və sıx əməkdaşlıq mövcuddur ki, bu da tədris, elmi və müalicə prosesinə müasir, qabaqcıl texnologiyaları tətbiq etməyə imkan verir. Beynəlxalq əlaqələrin genişlənməsində institut rəhbərliyinin növbəti addımı 06 noyabr 2017-ci ildə Daşkənt Həkimləri Təkmilləşdirmə İnstitutu ilə memorandum imzalanması olmuşdur. Memorandumda hər iki institut arasında həkim-rezidentlərin rotasiyaları, müxtəlif ixtisaslar üzrə həkimlərin təkmilləşdirmə kurslarında iştirakı təsbit edilmişdir. Daşkənt Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının müdiri professor Elbek Mircurayev memorandumun həmin institutun rektoru professor Xabibulla Akilov tərəfindən imzalanmış nüsxəsini təqdim etdikdən sonra memorandum Ə.Əliyev adına ADHTİ-nun rektoru professor Nazim Qasımov tərəfindən imzalanmış və təsdiqlənmişdir. Memorandum iki ali təhsil ocağı arasında qarşılıqlı əlaqələri daha da inkişaf etdirəcək və səhiyyə mütəxəssislərinin bilik və bacarıqlarıni müasir standartlara çatdırmaq üçün zəmin yaradacaqdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX