Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasında davamlı tibbi təhsil sistemi müzakirə olunmuşdur

06.07.2017

    04 iyul 2017-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasında həkimlərin davamlı tibbi təhsilinə həsr olunmuş iclas keçirilmişdir.
    Toplantıda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor N.A.Qasımov Səhiyyə Nazirinin 20.06.2017-ci il tarixli 45 nömrəli əmri ilə təsdiq edilmiş "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar"la tənzimlənən praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil prosesi barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, həmin əmrə əsasən Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinə və Elmi-Tibbi Şurasına səhiyyə, elm və təhsil müəssisələri, peşəkar cəmiyyətlər və digər müəssisə və təşkilatlar tərəfindən keçirilən elmi və tədris tədbirlərinin Elmi-Tibbi Şurası olunması barədə bir ay müddətində təkliflərin hazırlanması, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə davamlı tibbi təhsil sistemi üzrə yeni tədris ilinədək elektron proqramın hazırlanması və istifadəyə verilməsinin təmin edilməsi tapşırılmışdır. Bildirilmişdir ki, bu əmrin 1-ci bəndinə əlavə olunan müvəqqəti qaydalarda göstərilən aşağıdakı tədbirlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunmalıdır:

    1. Səhiyyə, elm və təhsil müəssisələri, peşəkar cəmiyyətlər və digər müəssisə və təşkilatlar tərəfindən keçirilən elmi və tədris tədbirləri;
    2. Milli distant tibb təhsili proqramları.
    Səhiyyə, elm və təhsil müəssisələri, peşəkar cəmiyyətlər və digər müəssisə və təşkilatlar tərəfindən keçirilən elmi və tədris tədbirlərinin (konqres, konfrans, simpozium, seminar, treninq və s. ) davamlı tibbi təhsil üzrə akkreditə olunması üçün aşağıdakı tələblər irəli sürülür:
    a) Elmi və təhsil tədbirini keçirən müəssisənin əlavə tibb təhsilini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada verilmiş lisenziyasının olması;
    b) Elmi və təhsil tədbirinin proqramlarının Səhiyyə Nazirliyinin təsdiq etdiyi müxtəlif ixtisaslar üzrə ali tibb kadrlarının əlavə təhsil proqramlarına müvafiqliyi;
    c) Elmi və tədris tədbirlərinin keçiriləcəyi bazaların maddi-texniki təchizatının müasir standartlara uyğun olması və bu barədə Elmi-Tibbi Şuranın inspeksion qərarı;
    d) Təhsil tədbirinin aparılması məqsədilə cəlb olunmuş tibb mütəxəssislərinin əlavə tibb təhsili pilləsində pedaqoji fəaliyyət göstərməsinin mümkünlüyü.

    Elmi-Tibbi Şura dövlət büdcəsindən maliyyələşməyən səhiyyə, elm və təhsil müəssisələri, peşəkar cəmiyyətlər və digər müəssisə və təşkilatlar tərəfindən keçiriləcək davamlı tibbi təhsil tədbirlərinin akkreditasiya olunması üçün onların müraciətləri əsasında fəaliyyətə başlayır. Bu məqsədlə müraciət etmiş qurum Səhiyyə Nazirliyinin hesabına müəyyən edilmiş miqdarda rüsum ödəməlidir. Tədris və elmi tədbirlərin akkreditasiya olunması üçün bütün müraciətlər yazılı formada ən geçi təqvim ilinin bitməsinə 2 ay qalmış təqdim olunmalıdır. Bu müddətdən sonra daxil olmuş müraciətlərə baxılmır. Müvafiq müraciətlərə 1 ay müddətində cavab verilməlidir.
    Elmi-Tibbi Şura akkreditə etdiyi müxtəlif davamlı tibbi təhsil tədbirlərinin siyahısını öz elektron resusrsunda yerləşdirməlidir.

    2. Milli distant tibb təhsili proqramlarının akkreditasiya olunması:
    Elmi-Tibbi Şura milli distant təhsil proqramlarında yerləşdirilmiş mövzuların davamlı tibbi təhsil proqramlarına uyğunluğunu,istinad mənbələrini, aktuallığını, müasirlyini, beynəlxalq standartlara uyğunluğunu,sübutluq səviyyələrini, burada yerləşdirilmiş testlərin yararlılıq dərəcəsini ixtisaslar üzrə müxtəlif tanınmış mütəxəssislərin ekspert rəyləri əsasında müəyyənləşdirir. Milli distant tibb təhsili proqramlarının akkreditasiyası ildə bir dəfə aparılmalıdır.
    Elmi-Tibbi Şura həmçinin aşağıdakı məsələləri həll edir:

    1. Müxtəlif beynəlxalq müəssisələr və təşkilatlar tərəfindən bilavasitə, yaxud onların təşkilatçılığı ilə Azerbaycan Respublikasında, yaxud xarici dövlətdə keçirilən konqres, konfrans, simpozium, seminar, treninq, elmi və tədris tədbirlərinin davamlı tibbi təhsil üzrə akkreditasiya olunmasının həqiqiliyinin müəyyən edilməsi, bu tədbirlərdə əldə edilmiş təhsil kreditlərinin yüxarıda qeyd olunan əmrin 3 saylı əlavəsində göstərilən kredit miqdarlarına müvafiqliyinin müəyyən olunması;
    2. Beynəlxalq səviyyədə davamlı tibbi təhsil üzrə akkreditə olunmuş distant təhsil proqramlarının tanınması.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX