Beynəlxalq İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyi tətbiqinə dair təlim keçirildi

05.06.2017

    Azərbaycanda, bütün dünyada olduğu kimi, uşaqlar arasında inkişafın ləngiməsi halları artıq geniş yayılmışdır. Bu vəziyyətlərin erkən aşkarlanması, vaxtında müdaxilə olunub müalicə olunması inkişaf problemlərinin və əlilliyin azalmasına gətirə bilər. Belə hallar üçün xüsusi metodların tətbiq edilməsi vaxtında lazımi müdaxilələrin aparılmasına və müalicə proqramlarının həyata keçirilməsinə imkan yaradır. Ankara Universiteti Tibb Məktəbi inkişaf pediatriya kafedrasında tədbiq olunan Beynəlxalq İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyi (İDİR) bu məsələləri həll etməyə imkan verir. Azərbaycanda son iki il ərzində İDİR-in tədbiqi ilə bağlı beynəlxalq əməkdaşlıq davam edir. Hal-hazırda bu rəhbərliyin tədris proqramlarına daxil edilməsi və dinləyicilərə tam şəkildə çatdırılması üçün xüsusi təlimatçıların hazırlanması mühüm hesab edilir.
    2017-ci il may ayında UNİCEF-in dəstəyi ilə Ankara Universiteti Tibb Məktəbi inkişaf pediatriya kafedrasının əməkdaşları tərəfindən Azərbaycanda fəaliyyət göstərən tibb təhsili müəssisələrinin əməkdaşları (ATU, Ə.Əliyev adına ADHTİ, 2 saylı Baza Tibb Kolleci) üçün İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyinin istifadəsini həyata keçirən təlimatçilar üçün təlim təşkil edilmişdir. Təlim iştirakçılarına Ankara Universiteti Tibb Məktəbi inkişaf pediatriya kafedrasında tətbiq olunan İDİR nəzəriyyəsi, fəlsəfə və konsepsiyasına dair biliklər çatdırılmış, onlar Beynəlxalq İDİR-in nəzəri və tədqiqi əsasları ilə tanış edilmiş və klinik təcrübədə İDİR-in istifadəsi üzrə təcrübələr keçilmişdir. Təlim sessiyasında erkən uşaqlıq dövründə inkişaf və davranışa bir çox tibbi, psixi və sosial amillərin təsiri barəsində məlumatlar verilmiş, inkişaf pediatriyasının prinsiplərinə və fənnlərarası yanaşmalara xüsusi yer ayrılmışdır. Bu zaman uşağın inkişafının geri qalmasının və sağlamlıq imkanları məhdud olan uşaqların meydana çıxmasının aradan qaldırılmasının yolları göstərilmiş, erkən aşkarlanma və tədris olunma kimi məsələlərin önəmliyi barədə geniş məlumatlar təqdim edilmişdir.
    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosentləri Zemfira Quliyeva, Fəxrəddin Qarayev, Mətanət Qaraxanova, assistenti Elnarə Zeynalova, nevrologiya kafedrasının əməkdaşı Mehriban Əliyeva və ailə təbabəti kafedrasının əməkdaşı Səidə Əliyeva təlimdə iştirak etmişlər.
    Yeni tədris ilində pediatriya, nevrologiya, ailə təbabəti kafedralarında ixtisasartırma kurslarının proqramlarına İDİR-in daxil edilməsi nəzərdə tutulur.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX