”Cərrahiyyədə yeni texnologiyaların tətbiqi” mövzusunda beynəlxalq təhsil günləri keçiriləcəkdir

05.01.2017

    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda tibb elminin son nailiyyətlərini yerli mütəxəssislərə çatdırılması məqsədilə beynəlxalq təhsilə xüsusi önəm verilir. Bu qəbildən olan tədbirlərdən biri də 09.01.2017-10.01.2017-ci il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Birinci Moskva Dövlət Tibb Universiteti əməkdaşlarının ”Cərrahiyyədə yeni texnologiyaların tətbiqi” mövzusunda keçirəcəyi mühazirələr və seminar olacaqdır. Həmin tarixlərdə institutda Rusiya Elmlər Akademiyasının həqiqi üzvü professor A.F.Çernousovun rəhbərliyi ilə peşəkar cərrah mütəxəssislər professor X.M.Qaziyev, professor T.V.Xorobrix cərrahiyyənin aktual məsələlərinə həsr olumuş mühazirələrlə çıxış edəcəklər.
    Mühazirələrə institutumuzda təhsil alan həkim-müdavimlərlə yanaşı Respublikanın müxtəlif tibb idarələrinin cərrahları, rezidentlər, uyğun kafedraların əməkdaşları da dəvət olunurlar.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX