Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

30.12.2016

    25 noyabr 2016-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:
    1. Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsinə dair hazırlıq haqqında.
    Məruzəçi: professor N.A.Qasımov
    2. İnstitutun 2016-ci ildə elmi-tədqiqat işlərinin gedişatı haqqında.
    Məruzəçi dosent M.T.Meybəliyev
    3. Göz xəstəlikləri kafedrasının assistenti t.ü.f.d. Vəfa Aslanovanın «Quru göz sindromunun Azərbaycanda yayılması və onun patogenetik istiqamətlənmiş müalicəsinin optimallaşdırılması» «3219.01 - göz xəstəlikləri» ixtisası üzrə tibb elmləri doktoru alimlik dərəcəsini almaq üçün planlaşdırılmış dissertasiyasının mövzusunun müzakirəsi və təsdiq olunması.
    4. Sinir xəstəlikləri kafedrasının müdiri vəzifəsinə seçkilər
    5. Dəri və zöhrəvi xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçkilər
    6. Ftiziatriya kafedrası üzrə t.e.d. Y.Şixəliyevə dosent elmi adının verilməsi
    7. Laborator işi kafedrası üzrə t.ü.f.d. K.Kərimovaya dosent elmi adının verilməsi
    8. Mamalıq və ginekologiya kafedrası üzrə t.ü.f.d. M.Həmzəyevə dosent elmi adının verilməsi
    9. M ü x t ə l i f m ə s ə l ə l ə r.

    İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun tibb üzrə alimlik dərəcələri almış əməkdaşlarına müvafiq diplomları təqdim edərək onları təbrik etdi.
    I məsələ üzrə institutun rektoru professor N.A.Qasımov çıxış edərək bildirdi ki, görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120-ci ili tamam olur. Onun milli tibb kadrları və səhiyyə işçilərinin hazırlanmasında çoxşaxəli fəaliyyəti və müstəsna xidmətləri xüsusilə vurğulanmalıdır. Əziz Əliyev dərin elmi düşüncəsi olan təbib-alim və klinisist kimi öz qarşısında dəqiq məqsədlər qoyaraq onları praktiki səhiyyədə yerinə yetirmək təcrübəsinə malik idi. Digər tərəfdən onun həkimlik, elmi və pedaqoji fəaliyyəti səhiyyənin inkişafında zəngin təşkilatçı fəaliyyəti ilə əlaqələndirilirdi. Hansı bir vəzifə olursa-olsun Ə.Əliyev dərin zəkası və təşkilatçılıq məharəti ilə özünə xüsusi münasibət qazanırdı və bu səbəbdən Azərbaycanın yaradıcı ziyalılarının daim diqqət mərkəzində olurdu. Ə.Əliyevin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inkişafında və beynəlxalq aləmdə tanıdılmasında müstəsna rolu olmuşdur. Onun şərəfli ömrünün bir hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olmuşdur. Beləki, o həmin institutun rektoru vəzifəsində çalışmış və hal-hazırda institutumuz onun adını daşıyır. İnstitut tarixinin bir çox şərəfli səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. O dövrdə institut öz fəaliyyətini genişləndirib tək Azərbaycanın yox bütün Sovet respublikalarının, Monqolustanın, Bolqarıstanın həkimlərinin hazırlanmasında iştirak etmişdir. Yeni-yeni kafedralar yaradılmışdır, elmi-pedaqoji kadrların hazırlığı maksimum dərəcədə yaxşılaşdırılmış, onun redaktor kimi rəhbərliyi altında institut əməkdaşlarının elmi əsərlərinin bir neçə məcmuəsi nəşr olunmuş,həkim-dinləyicilərin qabiliyyəti, bacarığı dərinləşdirilmiş və ixtisas dərəcələri möhkəmləndirilmişdir. İnstitutun kadr bazasında yüksək ixtisaslı mütəxəssislər hazırlanmış, tibb sahəsində yüksək kateqoriyalı elm adamları yetişdirilmişdir. Milli kadrların - adlı-sanlı alim-həkimlərimizin yetişdirilməsi məhz institut rəhbərliyinin məqsədyönlü xidmətinin təsdiqidir. Azərbaycan həkimləri kütləvi şəkildə ixtisasartırmaya cəlb olundular. İnstituda həkimlərin və əczaçıların internatura, yenidən ixtisaslaşma, ordinatura, aspirantura və doktoranturada hazırlanması təmin edildi. İnstitutun əsas kafedralarının Bakının iri xəstəxanalarında və müalicə ocaqlarında yerlaşdirilməsi ilə elmlə praktikanın vəhdəti təmin edildi. İnstitut Respublikamızda əhəmiyyətli bir elmi-tibbi mərkəzə çevrildi.
    Ə.Əliyevin elmi fəaliyyəti də geniş olmuşdur. Beləki, o 1929-cu ildə aspiranturanı bitirərək müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmiş və sonradan Azərbaycan Tibb İnstiutunun terapiya kafedrasında həm assistent, həm də dosent vəzifəsində çalışarkən Respublikamız üçün vacib problemlər üzərində həvəslə və məharətlə işləmişdir. Həmin dövrdə Azərbaycan dilində həkimlərin və tələbələrin kliniki hazırlığı üçün zəruri olan ilk «Klinik analizlər» dərsliyini Ə.M.Əliyev nəşr etdirdi. 1937-ci ildə Əziz Əliyev «Eksperimental nefrit» doktroluq dissrtasiyasını müdafiə edir. Bu iş Azərbaycan təbibləri tərəfindən müdafiə olunmuş ilk doktorluq dissertasiyalarından biri idi. Kəskin nefritin patogenezində allergik nəzəriyyənin əsaslandırılması xəstəliyin müalicəsində spesifik və qeyri-spesifik terapiyanın seçilməsinə imkan verirdi. Elmi əsər SSRİ Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. Əziz Əliyev 87 elmi əsərin müəllifidir, onlardan 70-i təbabətin ayrı-ayrı sahələrinə, 17-si isə tarixi və siyasi problemlərə aiddir.
    Əziz Əliyevin siyasi xadim kimi fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. O,istər Azərbaycanda, istər Dağıstanda və istərsə də Moskvada yüksək dövlət vəzifələrində çalışarkən özünü uzaqgörən,səriştəli və bacarıqlı dövlət xadimi kimi göstərə bildi.
    1962-ci ilin 27 sentyabr tarixində institutun professor-müəllim heyətinin vəsatəti əsasında Nazirlər Sovetinin 773 saylı qərarı ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna professor Əziz Məmməkərim oğlu Əliyevin adı verilmişdir. Bu hadisə institutun əməkdaşları tərəfindən Əziz Əliyevin böyük xidmətlərinin qiymətləndirilməsi kimi dərin minnətdarlıq hissi ilə qarşılandı.
    Qeyd etmək lazımdır ki, Ə.Əliyevin qoyduğu ənənələr bu gün də davam etdirilir, institut durmadan yeniləşdirilir. Bütün sahələrdə irəliləyişlər var. Elmi-pedaqoji, müalicə və elmi kadrların yetişdirilməsi məsələləri institut rəhbərliyinin daimi diqqət mərkəzində dayanır.
    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kollektivi bu tədbirlərdə yaxından iştirak edəcəkdir. Həmin tədbirlərdən birincisi - Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans 2016-ci ilin dekabrın 27-də Quba şəhərində keçirilmişdir. Eyni zamanda 2017-ci ilin yanvarın əvvəlindəLənkəranda oxşar konfransın keçirilməsi və yanvar ayının axırında institutda Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş böyük elmi-praktik konfransın keçirilməsi planlaşdırılır. Həmin konfransda institut əməkdaşları ilə yanaşı Respublikanın tanınmış səhiyyə təşkilatlarının nümayəndələri də iştirak edəcəklər. Konfransın materialları məcmuə şəklində çap olunacaqdır. Bundan başqa institutda çap olunan “Tibb və Elm” Ə.Əliyev adına elmi-praktik jurnalının yubileyə həsr olunmuş xüsusi buraxılışı da planlaşdırılır.
    II məsələ üzrə prorektor dosent M.T.Meybəliyev çıxış edərək bildirdi ki, institutun strukturunda rektorluq, 3 fakultə, 28 kafedra, Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası, Mərkəzi Elmi Tətqiqat Laboratoriyası, Elmi Tibbi Məlumat Şöbəsi, Elmi Kitabxana fəaliyyət göstərir.
    - Əməkdaşların sayı – 740
    - Professor müəllim heyyəti – 175
    - Akademik – 1
    - EA Müxbir üzvü-1
    - Tibb elmləri doktoru – 44
    - Fəlsəfə doktorları – 96
    - Dosent – 62
    - Əməkdar elm xadimi – 10
    - Əməkdar həkim – 12
    - Əməkdar müəllim – 5
    İnstitutun əməkdaşları АМЕА Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası tərəfindən təsdiq olunmuş elmi plana uyğun bir istiqamətdə elmi-tədqiqat işlərini aparır:
    «Azərbaycanda əhalinin sağlamlığının mövcud durumun öyrənilməsi, risk amilləri, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası»
    Bu istiqamətlərə uyğun 2 Problem araşdırılır:
    1. Problem: «Azərbaycanda əhali arasında əsas qeyri-infeksion xəstəliklərinin yayılması, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası»
    2. Problem: «Azərbaycanda əhali arasında əsas infeksion xəstəliklərinin yayılması, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası»
    25 mövzu üzrə ETİ aparılır, bunlardan 10 patent qabiliyyətlidir. 2016-ci ildə elmi-tədqiqat 8 işi başa çatdırılıb, qalanları isə davam etdirilir.
    Dərc olunmuş elmi işlər
    - Monoqrafiyalar - 4
    - Dərsliklər - 6
    - Dərs vəsaiti - 6
    - Metodik ədəbiyyat - 5
    - Məqalələr - 399
    Qeyd etmək lazımdır ki, 2015-ci illə müqayisə etdikdə dərslik və dərs vəsaitləri 2 dəfə artmışdır.
    2015-ci ildə institutun tarixində ilk dəfə olaraq institut öz jurnalının təsisçisi oldu. Bu Əziz Əliyev adına «Tibb və Elm» elmi-praktiki jurnalıdır. Jurnal Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, ildə dörd dəfə nəşri çıxır və biz əminik ki, jurnal Ali Attestasiya Komissiyasının siyahısına daxil olacaqdır.
    2016-ci ilin əvvəlində Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olraq Səhiyyə Nazirliyi tərəfindən 2016-2020-ci illər üçün Dövlət proqramlarına dair əmrlər verilib. Bu əmrlərin icrasına dair aşağıdaki dövlət proqramlarına dair institutda ETİ-i aparılır:
    1. Azərbaycan Repsublikasında qeyri-infeksion xəstəliklərləmübarizəyə dair 2016-2020-ci illər üçün Strategiya»nın həyata keçirilməsi barədə – terapiya və kardiologiya kafedralalrı
    2. 2016-2020-ci illər üçün Şəkərli Diabet xəstəliyi üzrə Dövlət proqramı»nın həyata keçirilməsi barədə – terapiya, kardiologiya və nefrologiya kafedraları
    3. 2016-2020-ci illər üçün Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə – ftiziatriya kafedrası
    4. 2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə - hematologiya kafedrası
    5. 2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə
    6. 2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə
    7. 2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə – yolixicu xəstəliklər kafedrası
    Qrant lahiyyələri və proqramlar üzrə aparilan işlər
    1. Layihənin adı:Heliogeofiziki şəraitin variasiyaları və onların texnoloji-bioloji sistemlərə təsiri: AMEA Fiziologiya İnstitutu, Ə.Əliyev ad. ADHTİ, Bolqarıstan Elmlər Akademiyası və İzrail Kosmik Mərkəzi.
    Ə.Əliyev adına ADHTİ üzrə 2016-ci ildə elmi kadr hazırlanmasına dair:
    - Dissertanturada – 45 nəfər (davam edir)
    - Qəbul olunub – 20 nəfər
    İnstitutun əməkdaşları və iddiaçıları tərəfindən
    Fəlsəfə doktoru elmi dərəcəsini
    Almaq üçün dissertasiya müdafiə olunub-7 nəfər
    Almaq üçün dissertasiya tamamlanıb və ilkin müzakirədən keçib -6 nəfər
    Tibb üzrə elmlər doktoru
    Elmi dərəcəsini almaq üçün dissertasiya müdafiə edib-2 nəfər

    Keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqinda məlumat:
    2016-cı il institutn təşkil etdiyi bir sıra elmi və praktik tədbirlərlə yadda qaldı:
    1. Ənənəvi olaraq İnstitut hər il yanvar ayında akademik Əziz Əliyevin anadan olması ilə bağlı elmi-praktik konfranslar keçirilmişdir.
    2. Akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir;
    3. Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar
    “Gənc alimlərin və rezidentlərin elmi-praktiki konfransı” keçirilmişdir;
    4. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2012-ci il tarixli, 2542 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı”nın icrası ilə bağlı dəyirmi masa keçirilmişdir.
    5. Respublikamızda narkoloji xidmətin müasir vəziyyətinə həsr olunmuş dəyirmi masa keçirilmişdir;
    6. ”Radiologiyada keyfiyyətin artırılması” mövzusunda beynəlxalq masterklass-seminar keçirilmişdir;
    7. Doğuşayardım xidmətinin təkmilləşdirilməsi ilə əlaqədar beynəlxalq təlim keçirilmişdir;
    8. EstePerio2016 Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya konqresi keçirilmişdir;
    9. Belarusiya Diplomdansonrakı Tibb təhsili Akademiyası ilə əməkdaşlığın davamı kimi hər iki ali tibb təhsili müəssisəsinin rəhbərlikləri arasında “Diplomdansonrakı tibb təhsilinin aktual məsələləri” mövzusunda dəyirmi masa formatında telekörpü keçirilib;
    10. Rezidenturanı bitirmiş həkim-mütəxəssislərlə Səhiyyə Nazirliyinin və tibb müəssisələrinin rəhbərlərinin görüşü keçirilmişdir.
    İnstitutun əməkdaşlarından 54 nəfəri 19 ölkədə xarici elmi-praktiki konfranslarda iştirak edib və onlardan 17 nəfərin çıxışı olubdur.
    Patentlər, ixtiralar və səmərələşdirici təkliflər:
    Patentlər:
    – dərc olunub – 1
    – ərizə verilib – 1
    FD 03.041Dissertasiya şurasının fəaliyyəti:
    Cəmi 7 dissertasiya müdafiə olunub, onlardan:
    3212.01 «səhiyyə və onun təşkili» ixtisası üzrə - 6
    3222.01 «dermatovenerologiya» -1
    Elmi şuranın gündəliyinin digər məsələləri seçki və dosent elmi adının verilməsiolmuşdur. Onların müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX