Əməkdaşlarımız Ankarada “İnkişaf Pediatriyasına Giriş” adlı təlimdə iştirak etmişlər

14.12.2016

    6-9 dekabr 2016-cı il tarixində UNİCEF-in dəstəyi ilə Ankara Universiteti Tibb Məktəbi inkişaf pediatriya kafedrası tərəfindən beynəlxalq qruplar üçün inkişaf pediatriyası təlim proqramı çərçivəsində “İnkişaf Pediatriyasına Giriş” adlı təlim təşkil olunmuşdur. Təlimdə Türkiyə, Azərbaycan, Qırğızıstan və Türkmənistandan aparıcı mütəxəssislər iştirak etmişlər. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosentləri Zemfira Quliyeva, Fəxrəddin Qarayev və Mətanət Qaraxanova təlimdə Azərbaycanı təmsil etmişlər.
    Ankara Universiteti Tibb Məktəbi İnkişaf Pediatriya kafedrasının (AU İPK) müdiri professor İlgi Ertemin rəhbərliyi və iştirakı ilə kafedranın aparıcı mütəxəssisləri 5 gün müddətində keçirilən təlimdə inkişaf pediatriyasının yaranma tarixi, inkişafı, təşkili və bir çox ölkələrdə bu sahənin vəziyyəti barədə təqdimatlarla çıxış etmişlər. Onlarla yanaşı təlim iştirakçıları da öz ölkələrində pediatriya üzrə (uşağın inkişafı ilə bağlı) həm tibbi yardım, həm də təhsil proqramları barədə təqdimatlar etmişlər.
    Təlimin ikinci günü iştirakçılar ilə Ankara Universitetinin rektoru professor Erkan İbiş görüşmüşdür. Görüşdə bir daha Türkiyə və Azərbaycan arasında sıx əməkdaşlıq barəsində söz acılmış və inkişaf pediatriyası sahəsində də bu əməkdaşlığın davam edəcəyi vurğulanmışdır.
    Təlim sessiyasında erkən uşaqlıq dövründə inkişaf və davranışına bir çox tibbi, psixi və sosial amillərin təsiri barəsində məlumatlar təqdim edilmiş, inkişaf pediatriyasının prinsiplərinə və fənnlərarası yanaşmalara xüsusi yer ayrılmışdır. Bu zaman uşağın inkişafının geri qalmasının və sağlamlıq imkanları məhdud olan uşaqların olmasının aradan qaldırılması üçün bunun qarşısının alınması, erkən aşkarlanma və tədris olunma kimi məsələlərin önəmliyi barədə geniş məlumatlar təqdim edilmişdir.
    Təlimin digər sessiyasında pediatriya üzrə təhsil proqramlarında inkişaf pediatriyası mövzusunun yer almasının zəruri olduğu barədə məlumatlar nümayiş olunmuşdur. Xüsusi olaraq, bu sahənin Türkiyədə inkişafı və tədbiqinə dair məlumatlar nümayiş edilmişdir. Ölkə həkimləri və valideynləri arasında inkişaf pediatriyasınına dair aparılan tədqiqatların nəticələri də nümayiş etdirilmişdir.
    Təlimdə iştirakçıların marağına səbən olan AU İPK tərəfindən hazırlanmış Uşaqların İnkişafının Monitorinqi Qaydalarına dair sorğu olmuşdur. AU İPK mütəxəssisləri tərəfindən təlim iştirakçılarına şöbələrdə xəstələr üzərində bu sorğunu keçirmək imkanı yaradılmışdır. Eyni zamanda Ankara Universiteti Uşaq xəstəxanasında pediatrik tibbi yardım, yenidoğulmuşlara reanimasiya xidmətləri və inkişaf pediatriyası sahəsində göstərilən xidmətləri canlı izləmək məqsədi ilə şöbələri ziyarət etmək imkanı yaradılmışdır. Təlim boyu bütün təqdimatlarla yanaşı video və müxtəlif görüntülər nümayiş etdirilmişdir. Təlimin son günündə iştirakçılar Türkiyədə inkişaf pediatriyasında əldə edilən nailiyyətlərlə tanış oldular. İştirakçılara sertifikatlar təqdim olundu.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX