Rezidenturanı bitirmiş həkim-mütəxəssislərlə tibb müəssisələrinin rəhbərlərinin görüşü keçirildi

10.11.2016

    08 noyabr 2016-cı il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin göstərişi ilə rezidenturanı bitirmiş həkim-mütəxəssislərlə tibb müəssisələrinin rəhbərlərinin görüşü keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi aparatının mütəxəssisləri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Tibb Universiteti rəhbərliyinin nümayəndələri, bir çöx şəhər və rayon xəstəxanalarının baş həkimləri və Respublika üzrə rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislər iştirak edirdilər.
    Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi aparatının rəhbəri Zəkiyyə Mustafayeva öz çıxışında son illərdə ölkə səhiyyəsində əldə olunmuş mühüm nailiyyətlərdən danışaraq regionlarda tibbi yardımın keyfiyyətinin yaxşılaşmasını xüsusi qeyd etdi. O bildirdi ki, bütün ölkəni əhatə edən müasir standarlara üyğun müalicə-diaqnostik mərkəzlər və xəstəxanalar inşa edilmiş və onlar lazımı avadanlıqla təmin edilmişlər. Həmin şəraitdə çalışacaq yüksək ixtisaslı və müasir tibbi biliklərə yiyələnmiş mütəxəssilərə ehtiyac olduğundan danışan Z.Mustafayeva bu günkü görüşün də həmin məqsəd daşıdığını nəzərə çatdırdı. Regionlarda fəaliyyət göstərən tibb müssisələrinin rəhbərləri ilə təhsilini bitirmiş rezidentlərin canlı görüşü onların iş yeri seçiminə müsbət təsir edəcəkdir.
    Respublikanın baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova “Doğuşayardım xidmətinin kadr təminatının təkmilləşdirilməsi” mövzusunda çıxış edərək əldə olan nailiyyətlərdən və qarşıya çıxan problemlərdən danışdı. O ən böyük problem kimi yerlərdə müasir texnologiyaları mənimsəmiş kadrların kifayət qədər olmamasını göstərdi.Ona görə də bu il təhsilini bitirən rezidentlərin regionlara işləməyə getməsi bu problemin müəyyən qədər həll olmasına səbəb olar.
    Sonra şəhər və rayobnlarda həkim-mütəxəssislərə olan ehtiyaclar, tibb xidmətlərinin göstərilməsi üçün yaradılmış şərait və gənc kadrlara göstərilən dəstək haqqında Gəncə 2 nömrəli şəhər xəstəxanasının baş həkimi Qafarova Roza, Göygöl RMX-nın baş həkimi Hamlet Ömərov, Füzuli RMX-nın baş həkimi Natiq Şükürov, Qəbələ RMX-nın baş həkimi Sabir Bayramov, Quba RMX-nın baş həkimi İsmayıl Mirzəyev, Cəlilabad RMX-nın baş həkimi İlham Əliyev, Ucar RMX-nın baş həkimi Zeynal Bayramlı, Ağstafa RMX-nın baş həkimi İlham Mustafayev, Biləsuvar RMX-nın baş həkimi Rövşən Pənayev, Qobustan RMX-nın baş həkimi Emin Hüseynov çıxış etdilər.
    Görüş həkim-mütəxəssislərin suallarının cavablandırılması ilə başa çatdı.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX