Ə.Əliyev adına ADHTİ-də EstePerio2016 Beynəlxalq Parodontologiya və
Estetik Stomatologiya Konqresi keçirildi

29.10.2016

    Azərbaycan Respublikasında dövlətimiz tərəfindən göstərilən qaygı nəticəsində parodontologiya və estetik stomatologiya son illərdə sürətlə yayılaraq inkişaf edir. Bu sahənin daha çox inkişaf etməsinə yardım etmək, dövlət və özəl sektorda fəaliyyət göstərən stomatoloqlar arasında maarifləndirmə işi apararaq onların bilik və təcrübələrini təkmilləşdirmək, həmçinin son illər ərzində ölkəmizdə və dünyada bu sahədə həyata keçirilən tədqiqatların nəticələri haqqında məlumatlandırmaq və gələcək elmi-tədqiqat işlərinə istiqamət vermək məqsədilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 28-29 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Parodontologiya Cəmiyyəti, Azərbaycan Estetik Stomatologiya Assosiasiyası və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə əməkdaşlığı ilə EstePerio2016 2-ci Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi keçirilmişdir.
    28 oktyabr 2016-cı ildə saat 9:30-da işinə başlayan konqresi giriş sözü ilə açan konqresin sədri, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov öz çıxışında Azərbaycanda əhalinin sağlamlığının qorunmasında stomatologiya elminin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Dövlətimizin və ölkə başçımızın qaygısı və dəstəyi sayəsində Respublikada son texnologiyalara əsaslanan və müasir standartlara uyğun stomatoloji yardımın təşkil olunması danılmaz faktdır. Bu yardımı göstərən ölkəmizdə və xaricdə təhsil almış mütəxəssislərə bilik və bacarıqlarını təkmilləşdirmək üçün hər cür şərait yaradılmışdır. Onlara bu sahələrdə əldə olunmuş nailiyyətləri çatdirmaq istiqamətində bu günkü tədbirin də bəhrə verəcəyi xüsusi vurğulandı və bu konqresdə parodontologiyanın və estetik stomatologiyanın müasir vəziyyətinə və perspektivlərinə, həmçinin tətbiq edilən ən son metodlara həsr olunmuş məruzələrin dinləniləcəyi və təcrübə mübadiləsi aparılacağı bildirildi.
    Konqresin həmsədri, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, əməkdar elm xadimi, professor Oktay Seyidbəyov ağız boşluğu və diş xəstəliklərinin diaqnostikası və uğurlu müalicəsi üzrə əldə edilən nailiyyətlərdən və bu kimi beynəlxalq tədbirlərin Azərbaycanda təşkil edilməsinin əhəmiyyətindən danışdı. Qeyd olundu ki, tibbin ən həssas sahələrindən olan stomatologiya daim dövlətin diqqət mərkəzindədir.
    Konqresin həmsədri, Azərbaycan Estetik Stomatologiya Assosiasiyasının prezidenti, Azərbaycan Tibb Universitetinin dosenti Ramiz Əhmədbəyli stomatologiya elmində estetikanın əhəmiyyətindən və aktuallığından danışaraq, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin Azərbaycanda da uğurla tədbiq olunmasının əhəmiyyətini qeyd etdi. O, konqresin işinə uğurlar arzulayaraq gələcəkdə estetik stomatologiyanın inkişafı üçün əlamətdar olan belə beynəlxalq tədbirlərin davamlı olaraq kecirilməsinin vacibliyini vurğuladı.
    Konqresin təşkilat komitəsinin sədri, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun assistenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli konqresin proqramı haqqında məlumat verdi. O qeyd etdi ki,bu beynəlxalq tədbirə Böyük Britaniya, Belçika, Türkiyə, Rusiya və diğər ölkələrdən parodontologiya və estetik stomatologiya sahəsində kliniki və elmi qabiliyyətlərinə görə beynəlxalq səviyyədə tanınmış xarici mütəxəssislər dəvət olunublar. Bu mütəxəssislər ilə yanaşı ölkəmizdə və xaricdə təhsil almış çoxsaylı Azərbaycan alimləri və stomatoloqları da konqresdə iştirak edirlər. Həkimlərimizin praktik bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə elmi proqram ilə yanaşı həmin mütəxəssislərin Konqresdə master-klassları da keçiriləcəkdir.
    Sonra Konqres işini sessiyalarda davam etdirdi. Konqresin davamı 29 oktyabr 2016-ci ildə oldu. İki gün ərzində davam edən sessiyalarda aparıcı mütəxəssislərin parodontologiya, implantologiya, endodontiya, üz-çənə cərrahiyyəsi və estetik stomatologiyaya dair məruzələri dinlənilib müzakirələr aparıldı, master klasslar keçirildi. Konqresin sonunda iştirakçılara sertifikatlar verildi.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX