Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

28.10.2016

    28 oktyabr 2016-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi.
    İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun dosent elmi adı almış əməkdaşı Samir Mehdiyevə AR Prezidenti yanında AAK-nın diplomunu təqdim edərək onu təbrik etdi. I məsələ üzrə prorektor T.H.Eyvazov çıxış etdi. Məruzənin əsas hissəsi ötən tədris ilində AR Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planının yerinə yetirilməsinə həsr olunmuşdu. Məruzəçi terapiya, cərrahiyyə və tibbi-profilaktika fakültələri üzrə bu istiqamətdə aparılan işlər haqqında məlumat verdi. Keçən tədris ilində zərurət yarandığı üçün təqvim planından əlavə 12 kafedra üzrə 22 ixtisasartırma kursları keçirilmişdir. Həmin kurslara 248 müdavim cəlb edilmişdi. Ötən ildəki kimi açıq seminarların keçirilməsi də davam etdirilmişdir. 7 kafedra üzrə 19 belə seminarda 372 müdavim iştirak etmişdir. Bu ildə də səyyari və distant kursların aparılması davam etdirilmişdir. 9 zona üzrə 8 səyyari-distant kursda116 müdavimə, 24 bölgə üzrə 41 səyyari kursda isə 358 müdavimə dərs keçilmişdir. Sonra prorektor T.Eyvazov ötən tədris ilində pedaqoji yükün yerinə yetirilməsi haqqinda məlumat verdi və o biri illərlə müqayisə apardı. Məruzəçi Ə.Əliyev adına ADHTİ-nin beynəlxalq tədris əlaqələri haqqında danışaraq Rusiya Federasiyası Diplomdansonrakı Təhsil Akademiyasının, İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin, Belarusiya Diplomdansonrakı Tibb Təhsili Akademiyasının səyyari Bakı kurslarında 130 müdavimin təhsil aldığını nəzərə çatdırmışdır. Bundan başqa beynəlxalq təhsil proqramı daxilində Almaniya və Belçikadan olan mütəxəssislərin mühazirə və məşğələlərində 789 dinləyicinin iştirak etməsi haqqinda da məlumat verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 Dövlət Proqramı üzrə təsdiq etdiyi tədbirlər planının icrasında institutun 2015/2016-cı tədris ilində fəaliyyəti haqqında məlumatlar da Elmi Şura üzvlərinin nəzərinə çatdırıldı.
    İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək Ə.Əliyev adına ADHTİ-nin 2015-2016-ci ildə tədris fəaliyyətini qənaətbəxş saydı və qarşıda duran vəzifələrdən danışdı. O qeyd etdı ki, institut Səhiyyə Nazirliyi tərəfindən qarşıya qoyulan tapşırıq və layihələri həmişə yüksək səviyyədə yerinə yetirmış və göstərilən Dövlət Proqramlarının həyata keçməsində də fəal iştirak etmışdir.
    Elmi şuranın gündəliyinin digər məsələləri mamalıq və ginekologiya kafedrasının dissertantı N.Teymurovanın doktorluq dissertasiyasının mövzusunun müzakirəsi və təsdiqi, tədris-metodik sənədlərin müzakirəsi və təsdiqi olmuşdur. Onların müzakirəsindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX