Yeni tədris ili başlayır! 06.09.2016
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda yeni 2016/2017-ci tədris ili artıq başlamışdır. Bu il üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planında bir sıra yeniliklər yer almışdır. Beləki,təqvim planına müasir, sübutlu əsaslandırılmış informasiya və təhsil texnologiyalara əsaslanan ixtisasartirma kursları daxil edilmişdir. Yeniliklərdən ən başlıcası odur ki, ilk dəfə olaraq tədris prosesində modul sistemindən istifadə edilir. Bu zaman tədris proqramı hərəsi bir həftəlik müddət üşün nəzərdə tutulmuş modullara bölünmüşdür. Həmin modulları müştərək tətbiq etməklə bütün tədris ili iki həftəlik kursları əhatə edir. Eyni zamanda modullardan əlavə iki həftəlik tematik kurslar da nəzərdə tutulmuşdur. Beləliklə, artıq əvvəlki illərdə olduğu kimi müxtəlif müddətli kursların keçirilməsinə lüzum qalmamışdır. Bu isə həkim-müdavimlərin iş və yaşayış yerlərindən uzun müddətə ayrılmamaqla onlara maraqlı gələn mövzular üzrə kurslara cəlb olunmalarına şərait yaradacaqdır. Proqramlar tərtib edilərkən fənlərarası əlaqələr yaradılmasına xüsusi fikir verilmiş və onların uzlaşması təmin edilmişdir.
2016/2017-ci tədris ilində də distant və səyyari təhsil kurslarına təqvim planında xeyli yer verilmişdir. Eyni zamanda elektron tibbi kursların keçiriləcəyi ixtisasların sayının artırılması da planlaşdırılmışdır. İş yerində ixtisaslaşma keçmək istəyən həkimlər üçün də şərait yaradılmışdır. Belə arzusu olan həkimlərin çalışdıqları müəssisə rəhbərləri məktubla institut rəhbərliyinə müraciət etməlidirlər.
Kurslara qəbulun optimallaşdırılması instituta müraciət edən müdavimlərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaqdır. İnstitut kollektivi Respublika Səhiyyə Nazirliyi tərəfindən verilmiş tapşırıqları qarşıdan gələn tədris ilində layiqincə yerinə yetirmək əzmindədir.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|