Rezidentlər Türkiyə Cümhuriyyətində təhsil aldılar

22.06.2016

    Xəbər verildiyi kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə beynəlxalq tədrisin formalarından biri kimi istitutumuzun rezidentlərinin bir sıra xarici ölkələrin nüfuzlu ali tibbi təhsili ocaqlarında rotasiya kursları keçmək üçün göndərilməsindən geniş istifadə edilir. Rezidentlər həmin müəssisələrdə təbabətin aktual məsələləri haqqında geniş məlumat alır, müasir diaqnostika və müalıcə metodlarına yiyələnirlər. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun qastroentrologiya, pediatriya, narkologiya, cərrahiyə, mamalıq və ginekologiya, anesteziologiya və reanimatologiya kafedralarınn 6 həkim-rezidenti də proqrama uyğun olaraq 20.05.16-25.06.16-cı il tarixində ixtisasları üzrə Türkiyə Cümhuriyyəti İstanbul Universiteti Cərrahpaşa Tibb Fakultəsində 1 aylıq rotasiyalarını davam etdirmış və müvəffəqiyətlə bitirib Vətənə geri dönmüşlər. Onlar gördükləri işlər haqqında institutun rezidentura şöbəsində hesabat vermiş, yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX