Doğuşayardım xidmətinin təkmilləşdirilməsi ilə əlaqədar təlim keçiriləcəkdir

02.06.2016

    Xəbər verildiyi kimi Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyevin “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmrinin icrası ilə əlaqədar Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq-ginekologiya və anesteziologiya-reanimatalogiya kafedralarının əməkdaşları regionlara bir neçə dəfə ezamiyyə olunmuş, yerli mütəxəssislərə müvafiq kömək göstərmişlər. Eyni zamanda əməkdaşlarımız yerlərdə həkimlərin fəaliyyətinin təhlilini aparmış və öz hesabatlarında problemləri həll etmək üçün müvafiq təkliflər vermişlər. Təkliflərdən biri də Respublikamızda ana ölümlərini azaltmaq məqsədi ilə qardaş Türkiyə dövlətində tətbiq olunan “Təxirəsalınmaz mamalıq hadisələrində baş verən qanaxmalarda cərrahi müdaxilə layihəsi”ndən nümunə kimi istifadə etmək olmuşdur. Bu layihənin “Anadolu Kuzey Kamu Hastaneler Birligi”ndə tətbiqi nəticəsində Türkiyənin ən yüksək ana ölümü olan Orta Doğu Anadolu bölgəsində peripartum qanaxmalarla bağlı olan ana ölümləri və travmatizmləri əhəmiyyətli dərəcədə azalmışdır. Layihə çərçivəsində çanaq cərrahiyəsində qanamanı dayandıra bilən qadın xəstəlikləri və doğum həkimlərinin sayını artırmaq üçün nəzəri və praktik təlimlər keçirilmişdir. Nəticədə həkim təcrübəsizliyi ilə bağlı olan ana ölümləri 10 dəfədən artıq azalmışdır. Bu layihənin koordinatoru professor Ateş Karateke “Zeynep Kamil Kadın ve Çocuk hastalikları eğitim araşdırma hastanesi”nın baş həkimidir. Həmin layihənın əsasları, iş prinsipləri ilə Respublikamızda çalışan mütəxəssisləri tanış etmək üçün professor Ateş Karateke ölkəmizə dəvət olunmuş və 7 iyun 2016-cı il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təlim keçəcəkdir. Təlimdə Respublikanın doğuşayardım xidmətində çalışan mama-ginekoloqlar iştirak edəcəklər.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX