Alma-Ata şəhərində “Nevrologiyanın aktual problemləri” konfransı keçirildi 28.05.2016
20-21 may 2016-cı ildə Qazaxıstanın Alma-Ata şəhərində S.D.Asfendiyarov adına Qazaxıstan Milli Tibb Universiteti və Nevroloqlar Assosiasiyası ictimai birliyinin təşkil etdiyi “Nevrologiyanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda Qazaxıstandan başqa, İspaniya, Özbəkistan, Rusiya, Ukrayna və Azərbaycandan da mütəxəssislər iştirak etmişlər. Konfransda serebrovaskulyar xəstəliklər, neyroinfeksiyalar, sinir sisteminin demielinizasiyaedici xəstəlikləri, epilepsiya, nevrozlar, sinir sisteminin degenerativ xəstəlikləri, neyroreabilitasiya kimi önəmli problemlər müzakirə edilmişdir. Konfransın birinci günü plenar iclasda Azərbaycanı təmsil edən Ə.Əliyev adına ADHTİ-nin sinir xəstəlikləri kafedrasının assistenti, t.ü.f.d. Əliyev Rahim Rafail oğlunun “Proqressivləşən motor afaziya” mövzusunda çıxışı dinlənilmiş və müzakirə edilmişdir. Konfrans iştirakçıları bu sahə üzrə institutun sinir xəstəlikləri kafedrasında aparılan elmi-tədqiqat işlərinin nəticələrini maraqla qarşılamışlar.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|