2016/2017-ci tədris ili üçün təqvim planı hazırlanır 23.05.2016
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 2016/2017-ci tədris ili üçün ixtisasartırma kurslarının təqvim planının tərtib olunması işi başa çatmaq üzrədir. Səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanmasında Ə.Əliyev adına ADHTİ-nin üzərinə böyük vəzifələr düşür. Həmin vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün 2016/2017-ci tədris ili üçün institutda tərtib olunan təqvim planına müasir, sübutlu əsaslandırılmış informasiya və təhsil texnologiyalara əsaslanan ixtisasartirma kursları daxil edilmişdir. Həmin kurslarda müdavimlərə müasir təbabətin aktual məsələləri haqqinda məlumat verməklə yanaşı onların həlli yolları da göstəriləcəkdir. Bu zaman xüsusi simulyator-manekenlərdən, müxtəlif endoskopik aparatlardan, mikroskoplardan və s. müsair tədris vasitələrindən istsfadə etmək nəzərdə tutulur. Proqramlar tərtib edilərkən fənlərarası əlaqələr yaradılmasına xüsusi fikir verilmiş və onların uzlaşması təmin edilmişdir. Bu tədris ilində də distant və səyyari təhsil kurslarına təqvim planında xeyli yer verilmişdir. Yeniliklərdən ən başlıcası odur ki, ilk dəfə olaraq təqvim planının tərtib olunmasında modul sistemindən istifadə edilir. Beləki, tədris proqramı hərəsi bir həftəlik müddət üşün nəzərdə tutulmuş modullara bölünmüşdür. Həmin modulları müştərək tətbiq etməklə bütün tədris ili iki həftəlik kurslara bölünmüşdür. Eyni zamanda modullardan əlavə iki həftəlik tematik kurslar da nəzərdə tutulmuşdur. Beləliklə, artıq əvvəlki illərdə olduğu kimi müxtəlif müddətli (1,2 aylıq və s.) kursların keçirilməsinə lüzum qalmamışdır. Bu isə həkim-müdavimlərin iş və yaşayış yerlərindən uzun müddətə ayrılmamaqla onlara maraqlı gələn mövzular üzrə kurslara cəlb olunmalarına şərait yaradacaqdır.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|