“Rezidentura təhsili, problemlər, nailiyyətlər və inkişaf prioritetləri” mövzusunda
dəyirmi masa keçirildi

18.05.2016

    18 may 2016-cı il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İntitutunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndələri, institutun rəhbərliyi, rezident kuratorlarının və rezidentlərin birgə iştirakı ilə “Rezidentura təhsili, problemlər, nailiyyətlər və inkişaf prioritetləri” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
    Dəyirmi masada çıxış edən institutun rektoru professor Nazim Qasımov qeyd etdi ki, tibbdə rezidentura təhsil pilləsi Respublikamızda 2011-ci ildən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin əsasını ölkə vətəndaşının maddi rifah halının yüksəldilməsi,onun sağlamlığı üçün bütün təminatların yaradılması təşkil edir. Aparılan islahatlar və qəbul edilən Dövlət Proqramları son nəticədə sağlamlıq üçün qoyulmuş standartlara çatmaq vəzifəsi daşıyırlar.Onların arasında ali tibb təhsilinin davamı kimi rezidenturanın yaradılmasının xüsusi yeri var. Hazırkı dövrdə elmin bütün sahələrində olduğu kimi tibbdə də sürətli inkişaf gedir. Tibbi biliklər 2-3 il ərzində tam yenilənir. Yeni-yeni çox mürəkkəb müayinə və müalicə üsulları işlənib hazırlanaraq tibbi praktikaya tətbiq olunur. Belə bir şəraitdə ali tibbi kadrların yüksək səviyyədə hazırlanmasını, onların müasir peşə standartlarına yiyələnməsini təmin etmək üçün daha uzun müddətli, xüsusi tərib olunmuş ixtisas proqramları əsasında müasir səviyyədə təchiz olunmuş tibbi bazalarda yüksək ixtisaslı mütəxəssislərin professor və müəllimlərin, praktik həkimlərin rəhbərliyi altında hazırlanmasına böyük təlabat yaranmışdı. Buna görə də Dövlətimiz və Səhiyyə Nazirliyi bu məsələyə böyük önəm verərək rezidentura təhsilinin əsaslarını yaratdı və tibb təhsili sisteminə tətbiq etdi. Rezidenturanın yaranmasının ilk illərində bir sıra həllini gözləyən problemlər və məsələlər meydana çıxdı. Bu illərdə məhz Dövlətimizin və xüsusən Səhiyyə Nazirliyinin böyük diqqəti və qayğısı sayəsində bu məsələlər operativ həll olundu. İstər rəhbərlikdə olan, istərsə də rezidentura təhsili ilə bağlı olan mütəxəssislərin hər biri aydın dərk edirdilər ki, səhiyyəmizin gələcəyi, onun harmonik inkişafı, dünyanın inkişaf etmiş ölkələrinin səhiyyəsi səviyyəsinə qaldırılması, son nəticədə isə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi rezidentura təhsilinin düzgün və optimal təşkilindən çox asılıdır.
    Artıq 5 il arxada qalmışdır. Bu illər ərzində biz bu sahədə bir sıra nailiyyətlər əldə etmişik. Bu illər ərzində institutumuzda 212 nəfər rezident təfsil almış və ya onların 172 nəfəri hal-hazırda təhsilini davam etdirir. Son 3 ildə 40 həkim-rezident təhsilini başa vurmuş və həkim adını qazanmışlar. Rezidentura təhsilini beynəlxalq səviyyəyə yüksəldilməsi məqsədilə SəhiyyəNazirliyinin bilavasitə dəstəyi və maddi yardımı ilə 50 rezidentimiz xarici ölkələrdə-Türkiyə, Almaniya, Belarusiya. Rusiyada rotasiya keçmişdir. 92 rezidentimiz institutun təşkil etdiyi ingilis dili kurslarında iştirak edirlər. 15 rezidentimiz ADHTİ və ATU-nin təşkil etdiyi təbabətin müxtəlif aktual məsələlərinə həsr olunmuş konfranslarda çıxış etmiş, onların 40-dan çox məqalələri nəşr edilmişdir.
    Bugünkü dəyirmi masanın məqsədi rezidentura təhsilində keçdiyimiz yolu təhlil etmək, nailiyyətlərlə yanaşı çatmamazlıqlarrı aşkara çıxarmaq, problemlərinhəlli yollarınıı araşdırmaq, təhsilin təkmiilləşdirilməsi üçün tədbirlər planı işləyib hazırlamaq və yeni inkişaf perspektivlərini və prioritetləri müəyyənləşdirməkdir.
    Dəyirmi masada çıxış edən digər mütəxəssislər Respublikamızda rezidentura təhsinə dair yuxarıda qeyd edilən məsələlərin müxtəlif aspektlərini müzakirə etdilər. Qeyd olundu ki, hazırda rezidentura təhsilinə olan ümüdlər özünü tam doğruldur. Bu gün rezidenturanı bitirib praktik peşə fəaliyyətinə qədəm qoyan həkimlərimizin bilik və baçarıq səviyyələri hamını qane edir. Lakin bu nailiyyətlərlə arxayınlaşmaq olmaz və rezidentura təhsili inkişaf etdirilməli və ən yüksək səviyyəyə çatdırılmalıdır.
    Toplantının sonunda Respublikamızda rezidentura təhsilinin təkmilləşdiriməsi, problemlərin aşkarı, həlli yollarının müəyyən edilməsi və sürətli inkişaf etdirilməsini təmin edəcək vacib qərarlar qəbul olundu.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu