Autizmlə Ümumdünya mübarizə ayı başa çatdı

05.04.2016

    Hər ilin 2 aprel günü BMT tərəfindən Ümumdünya Autizm Günü kimi təsdiq edilmişdir. Bir neçə ildir ki, tanınmış “Autism speaks” cəmiyyəti bu günlə əlaqədar “Light it up Blue” (“Mavi işıqla işıqlandır”) layihəsini həyata keçirir. Həmin gün dünyanın müxtəlif ölkələrində binalar autizmi simvolizə edən mavi rənglə işıqlandırılaraq 2 Aprel tarixinin Ümumdünya Autizm Günü olduğunu insanlara çatdırır. Məqsəd əhali arasında autizmlə əlaqədar maarifləndirilməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. 2010-cu ildə ABŞ-da həyata keçirilən “Mavi işıqla işıqlandır” layihəsi hazırda 6 qitə, 136 ölkə və 600 şəhəri əhatə edir.Azərbaycan bu layihəyə Heydər Əliyev Fondu və BMT-in Uşaq Fondunun (UNİCEF) dəstəyi ilə 2012-ci ildə Ümumdünya Autizm Günündə qoşulubdur. Aprel ayının 2-də Bakıda “Alov qüllələri”, Qız Qalası, Bakı Kristal Zalı və digər binalar mavi rənglə işıqlandırıldılar.
    Ümumdünya Səhiyyə Təşkilatının 19-24 may 2014-cü ildə 194 ölkənin iştirakı ilə keçirilən 67-ci Assambleyasında autistik spektrli psixi pozuntularla mübarizə planı təsdiq edilmiş,tibb işçiləri və valideynlər üçün nəzərdə tutulan bir sıra tövsiyələr hazırlanmışdır. 2016-cı ildə Azərbaycanda bu günün qeyd olunması bir çox dövlət təşkilatları, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai İslahatlar Mərkəzi,"Birgə və Sağlam" İctimai Birliyi və digər QHT-lə birgə əməkdaşlıq çərçivəsində beynəlxalq mütəxəssislərin iştirakı ilə geniş tədbirlər (mütəxəssislər üçün seminar və təlimlər, əhalinin maarifləndirilməsi üçün fleşmob və s.) həyata keçirilmişdir. Bununla bağlı Ə.Əliyev adına ADHTİ-nun pediatriya kafedrasında da pediatr- müdavimlərə autizmin erkən aşkarlanması və vaxtında müdaxilə olunması barədə seminar keçirilmişdir. Bundan başqa Bakı şəhərində aprel ayının 9-u və 27-də keçirilmiş "1-ci Azərbaycan Autizm Paneli" və “II Azərbaycan Beynəlxalq Autizm Seminarı" adlı tədbirlərdə kafedranın əməkdaşları, həkim-stajorları və rezidentləri də iştirak etmişlər. Təşkil olunan seminarda "Autism Speaks" cəmiyyətinin vitse-prezidenti Andy Shih və İstanbul Universitetinin psixiatriya fakültəsinin professoru, uşaq və yeniyetmə psixiatrı professor Nahit Motavalli iştirak edərək geniş məlumatlar təqdim etmişlər. Qeyd etmək lazımdır ki,"Autism Speaks" cəmiyyəti dünyada autizm üzrə tədqiqat və araşdırmalar aparan, reabilitasiya metodları hazırlayan, autizm sindromu haqqında məlumatlandırıcı layihələr həyata keçirən tanınmış bir cəmiyyətdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX