Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

25.04.2016

    22 aprel 2016-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. Ə.Əliyev adına ADHTİ-də elmi-tədqiqat işlərinin gedişatı haqqında.
                                                               Məruzəçi prorektor M.T.Meybəliyev

2. Distant təhsil proqramının tətbiqi haqqında.

                                                               Məruzəçi prorektor T.H.Eyvazov

3. Nefrologiya kafedrası üzrə t.e.d. F.Z.Sərdarlıya professor elmi adının verilməsi.

4. Terapiya kafedrası üzrə t.e.d. İ.İ.Mustafayevə dosent elmi adının verilməsi.

5. Psixiatriya və narkologiya kafedrası üzrə t.e.d. N.A.Əliyevə dosent elmi adının verilməsi.

6. M ü x t ə l i f m ə s ə l ə l ə r.

    İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institut əməkdaşları ftiziatriya kafedrasının müdiri, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Məmmədbəyov Elcan Nazim oğluna Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Əhmədbəyli Cavid Ramiz oğluna və otorinolorinqologiya kafedrasının dissertantı Quliyev Məzahir Dayandur oğluna tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi diplomlarını təqdim edərək onları təbrik etdi.
    I məsələ üzrə prorektor M.T.Meybəliyev çıxış etdi. O çıxışında qeyd etdi ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları АМЕА-nın Respublika Elmi Tədqiqatlarının Təşkili və Əlaqələndirilməsi Şurası tərəfindən təsdiq olunmuş «Azərbaycanda əhalinin sağlamlığının mövcud durumun öyrənilməsi, risk amilləri, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası» mövzusunda elmi-tədqiqat işini yerinə yetirmək üzərində çalışırlar. Mövzu «Azərbaycanda əhali arasında əsas qeyri-infeksion xəstəliklərinin yayılması, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası» və «Azərbaycanda əhali arasında əsas infeksion xəstəliklərinin yayılması, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası» kimi iki problemin həllinə yönəlmişdir. 2015-ci ildə bu elmi-tədqiqat işinin tərkib hissəsi kimi 4 mövzu tamamlanmış və nəticələri haqqında hesabat qəbul edilmişdir. 2016-ci ildə bu istiqamətdə10 elmi-tədqiqat işi sona çatacaq və yeni mövzular planlaşdırılacaqdır.
    Sonra dosent M.T.Meybəliyev qeyd etdi ki, 2016-ci ilin əvvəlində Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına müvafiq olraq 2016-2020-ci illər üçün qəbul edilmiş Dövlət Proqramlarının icrasına dair Səhiyyə Nazirliyi tərəfindən əmrlər verilibdir. Həmin əmrlərdə bizim instituta da tapşırıqlar vardır. Bu əmrlər Şura üzvlərinin diqqətinə çatdırıldı və bildirildi ki, gələcəkdə planlaşdırılan elmi-tədqiqat işlərinin bu Dövlət Proqramlarına müvafiqliyi təmin edilməlidir:

1. «Azərbaycan Repsublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2016-2020-ci illər üçün Strategiyası»nın həyata keçirilməsi barədə
2. «2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı»nın həyata keçirilməsi barədə
3. «2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə
4. «2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə
5. «2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə
6. «2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə
7. «2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı»nın həyata keçirilməsi barədə.

    İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək qeyd etdi ki, elmi-tədqiqat işlərinin planlaşdırılması zamanı beynəlxalq əməkdaşlığa önəm verilməlidir. Bu zaman institutumuzun beynəlxalq əlaqələrindən geniş istifadə olunmalıdır. Məlumdur ki, Ə.Əliyev adına ADHTİ Rusiya, Türkiyə, Almaniya, Avstriya, Niderland, Belarusiya, Qazaxıstan kimi ölkələrin bir sıra aparıcı universitetləri və elmi-tədqiqat mərkəzləri ilə yaxından əməkdaşlıq edir. Bu əlaqələri daha da dərinləşdirmək lazımdır. Eyni zamanda Səhiyyə Nazirliyi də belə əlaqələri alqışlayır və dəstəkləyir. Bu yaxınlarda Nazirliyin Beynəlxalq əlaqələr şöbəsində keçirilmiş iclasda bu məsələ bir daha qeyd olunmuşdur.
    II məsələ üzrə prorektor T.H.Eyvazov çıxış etdi.O qeyd etdi ki, distant təhsil dünyanın bir çox inkişaf etmiş ölkələrində geniş yayılmışdır. Bu təhsil növünün ölkəmizdə də inkişaf etməsi bu günün tələbidir. Distant təhsilin məzği ondan ibarətdir ki, təhsil almaq hər hansı bir zamandan və məkandan asılı olmur. Dinləyici özünə uyğun zaman və məkan çərçivəsində internet vasitəsilə onlayn təlim imkanı qazanır. Distant təhsilə qoşulmaq üçün qeydiyyatdan keçib baza bilik səviyyəsini təyin etmək üçün test suallarına cavab vermək lazımdır. Müdavimin bilik səviyyəsi təyin edildikdən sonra təkmilləşmək istədiyi mövzunu seçmək ona təklif olunur. Təhsilin müddəti onun yığdığı ballara uyğun təyin edilir. Ball nə qədər yüksəkdirsə müddət də o qədər qısa olur. Təsil müddətində müdavimə onlayn mühazirələr oxunur, tapşırıqlar verilir və sonda test suallarının cavablandırılması aparılır. Cavablar yoxlandıqdan sonra ona kredit balları verilir və uyğun sertifikat təqdim olunur. Çıxışının sonunda dosent T.H.Eyvazov distant təhsil proqramının texniki tərəfləri haqqında məlumat verdi və bildirdi ki, artıq pilot layihənin tətbiq edilməsi üçün kafedralar seçilmişdir və sonralar institutun bütün kafedralarının bu layihəyəyə qoşulması planlaşdırılır.
    İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək bu layihənin önəmli olduğunu qeyd etdi və bildirdi ki, göstərilən məsələləri təmin etmək üçün çox işlər görmək lazımdır. Layihə həyata keçdikdən sonra bu, həkim-dinləyicilərin ixtisasartırma təhsilində irəli atılmış mühüm bir addım olacaqdır.
    III, IV və V məsələlər üzrə institutun elmi katibi dosent L.B.Bəxtiyarova çıxış edib nefrologiya kafedrası üzrə t.e.d. F.Z.Sərdarlıya professor elmi adının, terapiya kafedrası üzrə t.e.d. İ.İ.Mustafayevə dosent elmi adının,psixiatriya və narkologiya kafedrası üzrə t.e.d. N.A.Əliyevə dosent elmi adının verilməsi məsələlərinin gündəlikdə olduğunu nəzərə çatdırdı.Müzakirələrdən sonra elmi adların verilməsi haqqında qərarlar yekdilliklə qəbul olundu.
    İclasın sonunda institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX