Rezidentimiz Neapol şəhərində İtaliya Üz-çənə Cərrahiyyəsi Cəmiyyətinin 24-cü Konqresində çıxış etmişdir
16.06.2025
11-14 iyun 2025-ci il tarixində İtaliyanın Neapol şəhərində İtaliya Üz-çənə Cərrahiyyəsi Cəmiyyətinin 24-cü Konqresi keçirilmişdir. Konqresin əsas mövzusu “Yeni Texnologiyalar” və son illərdə inkişaf etdirilən bütün mümkün klinik tətbiqlər və təkamüllər olmuşdur. Konqres robototexnikadan naviqasiyaya, süni intellektə qədər müxtəlif sahələrdəki bütün yenilikləri əhatə etmişdir. 3 gün davam edən tədbirin proqramına daxil edilmiş mühazirələr, milli və beynəlxalq qonaqlarla simpoziumlarda ixtisasın aktual problemləri, o cümlədən ortognatik cərrahiyyə və üz-çənə nahiyyəsinin xərçəng xəstəlikləri müzakirə edilmişdir.
Konqresdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının rezidenti Günel Mustafayeva “Reconstruction of Maxillofacial deformity in a Patient with Acromegaly by Orthognathic Surgery: Case Report” mövzusunda çıxış etmişdir. Həmin mövzuda institutun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri dosent Həsən Əsədov və Günel Mustafayevanın birlikdə yazdıqları məqalə konqresin məcmuəsində də çap olunmuşdur.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.