2024-cü ildən Azərbaycanda “Tibb tədrisçilərin inkişafı proqramı” çərçivəsində Ə.Əliyev adına ADHTİ-nin pedaqogika kursu ilə səhiyyənin təşkili və menecmenti kafedrasında “Tibb elmlərinin tədrisi” adlı kurslar həyata keçirilir.
12.05.2025-23.05.2025-ci il tarixində növbəti kurs keçirilmişdir.10 gün davam edən kursda institutun nevrologiya və klinik neyrofiziologiya, ümumi və plastik cərrahiyyə, kardiologiya, kliniki laborator diaqnostika kafedralarının 5 əməkdaşı ilə yanaşı, Bakı 1 saylı Tibb Kolecinın 3 nəfər, Gəncə Tibb Kolecinin 2 nəfər əməkdaşalrı da iştirak etmişlər. Keçirilən kursda iştirakçılara tibbi tədris prosesində istifadə edilən müasir üsul və yanaşmalar, tədris planlarının hazırlanması və istifadə edilən vəsaitlər barədə geniş məlumatlar təqdim edilmişdir. Bununla yanaşı iştirakçılar təlim mövzularına dair əldə etdikləri bilik və bacarıqları praktiki məşğələlərdə nümayiş etdirmişlər.
Təlimin son iki günü iştirakçıların tədris planlarının hazırlanmasına həsr edilmişdir. Hər bir iştirakçı üçün, təqdim etdiyi plana uyğun, həyata keçirdiyi dərsin 15 dəqiqəlik videoçəkilişi təşkil edilmişdir. Kursun son günündə bu videoçəkilişlər nümayiş olundu, rəylər səsləndirildi.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.