23-25 aprel 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Dünya Hemofiliya Federasiyasının təşkilatçılığı ilə “WFH 2025 Comprehensive Care Summit, New developments in bleeding disorders and MSK” adlı hemofiliya və digər qanaxma patologiyaları, onların dayaq-hərəkət sistemi ağırlaşmaları, eləcə də müalicə sahəsində inkişaf yeniliklərinə həsr olunmuş qlobal sammit keçirilmişdir.
Sammitdə dünyanın bir çox ölkəsindən iştirak edən ekspertlər tərəfindən qanaxma xəstəliklərinə yeni yanaşma məsələləri müzakirə edilmiş, innovativ müalicə metodlarından bəhs olunmuşdur. Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının assistenləri t.ü.f.d. Mehparə Kazımova "Treatment of orthopedic complications of hemophilia in Azerbaijan" və t.ü.f.d. Günel Əlizadə “Prophylactic treatment of hemophilia A patients in Azerbaijan” adlı poster-prezentasiyalarla ölkəmizi təmsil etmiş, diskussiyalara qatılmışlar. Həmçinin t.ü.f.d. Mehparə Kazımovanın məqaləsi DHF-nın elmi komitəsi tərəfindən seçilərək “Hemophilia” Journal WILEY elmi əsərlər toplusunda çap olunmuşdur.