
Azərbaycan səhiyyəsinin tarixində ilk dəfə Azərbaycan Tibb Universiteti beynəlxalq akkreditasiyadan keçmişdir. Akkreditasiya Dünya Tibb Təhsili Federasiyası tərəfindən 2017-ci ildən etibarən rəsmi tanınan Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR - Independent Agency for Accreditation and Ratıng) tərəfindən aparılmışdır.
Agentliyin baş direktorunun müavini Timur Kanapyanov tərəfindən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımova göndərilmiş məktub əsasında istitutumuzun ümumi və plastik cərrahiyyə kafedrasının dosenti İlahə Əkbərova ATU-nun akreditasiyasında xarici ekspert kimi iştirak etmişdir.
İlahə Kamal qızı Əkbərova IAAR rəhbərliyi tərəfindən IAAR eksperti sertifikatı ilə təltif olunmuşdır.