“Hamiləlikdə ürək xəstəlikləri” beynəlxalq konfransı keçirilmişdir

19.09.2022

17 sentyabr 2022-ci il tarixində Bakıda “Azərbaycan Kardiologiya Cəmiyyəti”, “Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti”, ”Academy of Nutrition, Dietics and Obesity Prevention” və “Ginekologiya və Perinatalogiyanın İnkişafına Dəstək İştimayi Birliyi”nin birgə təşkilatçılığı ilə “Hamiləlikdə ürək xəstəlikləri” beynalxalq konfransı keçirilmişdir. Konfransın təşkilində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrasının müdiri professor F.Ə.Quliyev və dosenti K.X.Zahidova da iştirak etmişlər. Konfransda İstanbul Sağlık Bilimleri Üniversitesi kardiologiya kafedrasından dosent Gamze Babur Güler “Qapaq xəstəlikləri və hamiləlik”, Acıbadem Atakent xəstəxanasından professor Mehmet Aytac Yüksel “Fetal kardiak patologiyalar”, Caspian İnternational Hospitaldan ginekoloq Aytən Səfərova “Hamiləlik zamanı arterial hipertenziyanın idarə olması” məruzələri ilə çıxış etmişlər. Professor F.Ə. Quliyev “Hamiləlik zamanı düzgün dərman seçiminin edilməsi” mövzusunda aparılmış müzakirələrdə çıxış etmiş, dosent K.X. Zahidova “Hamiləlikdə təngənəfəslik - səbəb və idarəetmə” oturumunun sədri olmuşdur.
Konfransda 300 həkim kardioloq, ginekoloq, reanimatoloq və diyetoloqlar iştirak etmişlər.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX