Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları Oqtay Seyidbəyov, Məzahir İsmayilov, Lalə Quliyeva, Cəmil Babayevin "Ağız suyu və tüpürcəyin orqanizm və ağız boşluğu orqanlarına təsiri" və həmin kafedranın dosenti Məzahir İsmayilovun "Adgeziv Stomatologiya – Müasir Stomatologiya" və dərslikləri nəşr edilmişdir. Dərsliklər müasir stomatologiyanın bütün bölmələrini – minimal invaziv stomatologiya, estetik və restovrativ stomatolologiya, kariesologiya, endodontiya, direkt və indirekt ortopedik restovrasiyaları və s. əhatə edir və tələbələr, rezidentlər və praktik stomatoloqlara innovativ materialları, üsul və texnologiyaları sadə dildə açıqlayır.
Dərsliklərin nəzəri və praktik bazası müasir stomatologiyanın tələbləri ilə tamamilə uzlaşır və kliniki protokollarla yanaşı praktik stomatoloqların istifadəsi üçün faydalı olacaqdır.