“Sağlam davranış nəzəriyyələri və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda konfrans keçirildi

30.04.2022

Qeyri yoluxucu xəstəliklər(QYX) genetik və ya həyat tərzi faktorlarından irəli gələ bilər. QYX, bir qayda olaraq, ləng proqressivləşən uzun sürən xəstəliklərdir. Bu qrupa 4 növ xəstəliklər aid edilir: ürək-damar xəstəlikləri, xərçəng, diabet, xroniki tənəffüs xəstəlikləri. Hazırda QYX-n yükü bütün dünya ölkələrində artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının qeyri-infeksion xəstəliklərin vəziyyəti üzrə sonuncu hesabatına görə, dünyada 41 milyon insan məhz qeyri-infeksion xəstəliklərdən vəfat edib. Bu, qeydə alınan bütün ölüm hallarının 71 faizi deməkdir. Bu səbəbdən qeyri-infeksion xəstəliklərin qarşısının alınması ilə əhali arasında xəstələnmə və əlillik hallarının azaldılması prioritet istiqamətlərdən biridir.
Qlobal səviyyədə QİX-lə bağlı ölümlərin təxminən dörddə bir hissəsi 60 yaşından cavan insanlar arasında qeyd edilmişdir. QİX-dən ölüm halların 80% aşağı və orta-gəlirli ölkələrdə baş verir və bu xəstəliklərin dərəcəsi artmaqdadır.
Azərbaycanda da QİX-dən cox saylı xəstələnmə və ölüm halları qeyd olunur. Bununla bağlı Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi(İSİM) tərəfindən tibb işçilərinin biliklərinin artırılması məqsədilə mütəmadi təlim, seminar və konfranslar təşkil olunur.
28-29 aprel 2022-ci il tarixdə “Sağlam davranış nəzəriyyələri və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda konfrans keçirildi.Həmin konfransda müxtəlif sahələr üzrə mütəxəssislər QYX dair geniş təqdimatlarla çıxış etdilər.
Konfransda qeyri-infeksion xəstəliklərin qlobal yükü və Azərbaycanda bu istiqamətdə mövcud vəziyyət, sağlamlıq üçün təhlükələr: tütünlə mübarizə və Ümumdünya Səhiyyə Təşkilatının proqram yanaşması, tibbdə yeni informasiya texnologiyalarının tətbiqi və uzunmüddətli rolu, sağlamlığa inanc nəzəriyyəsi və onun ictimai səhiyyədə tətbiqi, səhiyyə kommunikasiyaları və sağlamlığın təşviqində kommunikasiya kanallarının rolu, eləcə də digər mövzular üzrə ətraflı məlumat verildi. Vurğulandı ki, qeyri-infeksion xəstəliklərin qarşısını almaq üçün əhali arasında sağlam davranışın formalaşdırılması və təşviqi ən səmərəli strategiyadır.
Qeyd etmək lazımdır ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun bütün kafedraları tərəfindən QYX-ə dair mövzulara təkmilləşdirmə kurslarında xüsusi yer ayrılır. Adı çəkilən konfransda institutun terapiya, pediatriya, ailə təbabəti, kardiologiya, nevrologiya və klinik neyrofiziologiya kafedraların nümayəndələri iştirak etmişlər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX