“Əlillik dərəcələrinin təyin edilməsi meyarları” mövzusunda təlimlər başa çatmışdır 17.01.2022
Ölkəmizdə son illər sosial sahədə geniş miqyaslı islahatar həyata keçirilir. Bu islahatlar əlilliyin qiymətləndirilməsi sahəsini də əhatə edir. Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə də xüsusi qayğı və həssaslıqla yanaşılır. Hal-hazırda əlilliyin qiymətləndirilməsi elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirilir. Göndərişin kimə aid olduğu və hansı tibb müəssisəsindən göndərildiyi bilinmədən, həkim-ekspertlər tərəfindən tam obyektiv və şəffaf şəkildə qərarlar qəbul edilir.Səhiyyə müəssisələrində çalışan həkimlərin bu sahədə fəaliyyətlərinin tənzimlənməsi məsələsi də bu günün aktual məsələlərindəndir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin göstərişi ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda əlilliyin qiymətləndirilməsi sahəsində çalışan mütəxəssislər üçün “Əlillik dərəcələrinin təyin edilməsi meyarları” mövzusunda 1 günlük təlimlər təşkil olunmuşdur. Təlimlər 2021-ci ilin dekabr ayını və 2022-ci ilin yanavr ayının ilk on günlüyünü əhatə etməklə institutun pedaqoqika, psixologiya və xarici dil kursu ilə səhiyyənin təşkili və menecmenti kafedrasinda keçirilmişdir. Həmin müddətdə təlimlərdə 213 nəfər Respublikanın müxtəlif xəstəxanalarının direktorları, baş həkimləri,Tibbi Məsləhət Komissiyalarının sədr və üzvləri iştirak etmiş, öz ixtsaslarını artırmışlar. Təlimlərin praktik yönümlü olması müdavimlər tərəfindən böyük razılıqla qarşılanmışdır. Müdavimlərə müvafiq sertifikatlar verilmişdir.
|
|
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|