Bayramlarınız mübarək!

31.12.2021

Hörmətli həmkarlar!
Hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibətilə ürəkdən təbrik edirəm. Qoy yeni il sizə yalnız gözəl, sevincli günlər gətirsin. Süfrəniz həmişə bərəkətli olsun.
2021-ci il arxada qalır. Bu il xalqımız 2020-ci ildə qazanılmış böyük zəfərin daha da möhkəmlənməsi üşün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işlərinə dəstək olmuş, ölkəmizin inkişafı üçün çox işlər görmüşdür.
İnstitutumuzun kollektivi də bu ildə bir çox nailiyyətlər qazanmışdır. Beləki, onlarla yeni kurslar təşkil edilmiş, tədris prosesində innovasion metodlardan geniş istifadə olunmuş, bütün kafedralarda davamlı tibb təhsili sistemi prinsipləri bərqərar olmuşdur. İnstitutumuzun əməkdaşları səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının effektliliyini təmin edə bilən tibbi kadrlar hazırlığı prosesini müvəffəqiyyətlə davam etdirmişlər.
Yeni koronavirus (COVID 19) pandemiyası ilə əlaqədar hal-hazırki karantin dövründə tədris prosesində boşluq əmələ gəlməməsi üçün ixtisasartırma kurslarının tədrisi daha da təkmilləşdirilmiş, genişləndirilmişdir. Distant təhsilin bütün formalarının istifadə imkanlarının həkimlər üçün əlçatanlığı təmin edilmiş və bu iş mütəmadi olaraq aparılaraq pandemiya dövründə institut qarşısında qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsinə və ən əsası Davamlı Tibbi Təhsilin fasiləsizliyinə nail olunmuşdur. Eyni zamanda ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərdə institutumuzun əməkdaşları da aktiv iştirak etmişlər.
Institutumuzun kollektivi ölkə səhiyyəsində gedən dəyişikliklərdə də yaxından fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə qəbul olunmuş müxtəlif xəstəliklər üzrə Dövlət Proqramlarının yerinə yetirilməsində, iş yerlərində və bölgələrdə vətəndaşlara tibbi yardımın göstərilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.
Üzümüzə gələn 2022-ci ildə bizi daha böyük işlər gözləyir, əminliklə demək olar ki, dövlətimiz tərəfindən qarşıya qoyulan vəzifələri uğurla və layiqincə yerinə yetirəcəyik.
Bir daha sizi bu gözəl bayramlar münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik, ailə səadəti arzulayıram.

Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Qasımov



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX