«Tibbi kosmetologiya» kursunda praktiki vərdişlərə xüsusi önəm verilir

21.11.2021

Xəbər verildiyi kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Rusiya Həkimlərin Fasiləsiz Təhsili Tibb Akademiyası birgə Respublika Diaqnostika Mərkəzinin bazasında Azərbaycanda ilk dəfə olaraq keçirdikləri «Tibbi kosmetologiya» ixtisası üzrə 6 aylıq yenidən hazırlıq kursu müvəffəqiyyətlə davam edir. Kursun məqsədi «Tibbi kosmetologiya» ixtisası üzrə fəaliyyət göstərən həkimlərin təhsil və peşə ehtiyaclarının ödənilməsi, bilik və təcrübi vərdişlərinin mənimsənilməsinin və müasir standartlara uyğunluğunun təmin olunmasıdır.
15-19 noyabr 2021-ci il tarixində keçirilmiş növbəti praktiki məşgələləri Bakıya ezam olunmuş Rusiya Plastik Rekonstruktiv və Estetik Cərrahlar Cəmiyyətinin üzvü, Rusiya Həkimlərin Fasiləsiz Təhsili Tibb Akademiyasının plastik və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti t.e.n. Surovıx Svetlana Viktorovna Respublika Diaqnostika Mərkəzində aparmişdir. Kurs müddətində qeyri-invaziv və invaziv, həmçinin aparat metodlarından istifadə edərək müalicə prosedurlarının aparılması bacarığı öyrədilmişdir. Bu zaman sap liftinqi, fillerlər və botulinoterapiya metodlarına xüsusi yer ayrılmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX