Ə.Əliyev adına ADHTİ-də COVID-19 pandemiyası ilə mübarizədə vaksinasiyaya dair təlimlər keçirilir

10.11.2021

COVID-19 pandemiyası ilə mübarizədə kütləvi vaksinasiya ən uğurlu və effektiv tədbirlərdən biridir. Bunu nəzərə alaraq, Avropa İttifaqının maliyyələşdirdiyi “COVİD-19 vaksinasiyaya dəstək” adlı layihəsi Azərbaycanda da həyata keçirilir. Layihə çərçivəsində ÜST-n Azərbaycan nümayəndəliyi tərəfindən 50 nəfər səhiyyə işçisinin təlimçi kimi hazırlanması məqsədilə Bakı şəhərindəki “Yeni Klinika”da “Təlimçilərin təlimi” proqramına start verildi. Ə.Əliyev adına ADHTİ pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova və yoluxucu xəstəliklər kafedrasının asistenti Arzu Hüseynova bu təlimlərə cəlb olunmuşlar.
Təlim proqramı iştirakçılara COVID-19 vaksinlərinə dair ən son məlumatlarin verilməsi və vaksinasiya sessiyalarının keçirilməsi ilə bağlı praktiki bacarıqların göstərilməsi , həmçinin vaksinlərin təhlükəsizliyi və əhəmiyyəti baradə insanlarla ünsiyyət bacarıqlarının gücləndirilməsi məqsədi daşıyır. Hazırlanmış təlimçilərin əldə etdikləri bilik və bacarıqları paylaşmaq üçün bu ilin sonunadək ölkənin müxtəlif bölgələrində yerləşən 14 təlim mərkəzində 2500-dən çox tibb işçisinə təlimlər keçirəcəkləri nəzərədə tutulmuşdur.Təlim keçmiş tibb işçilərinin vaksinasiyada iştirakla bərabər, peyvəndlərlə bağlı ictimaiyyətin düzgün məlumatlandırılmasına və yanlış fikirlərin aradan qaldırılmasına töhfə verəcəyi gözlənilir.Proqram tibb işçilərinin vaksinasiya sahəsindəki texniki və kommunikasiya bacarıqlarını artırmaqla Azərbaycanda COVID-19 pandemiyasına qarşı vaksinasiyanın əhatə dairəsinin genişləndirilməsinə dəstək verməyi də nəzərdə tutur.
Proqram çərçivəsində kurslar institutda artıq başlamışdır və davam edir. Kurslar 3 günlük təlim proqramından ibarətdir.Təlimlərdə təqdimatlarla yanaşı praktiki məşğələlərə və tapşırıqlara da ətraflı yer ayrılmışdır. Kursu tam keçən iştirakçılara sertifikat təqdim edilir.
Qeyd etmək lazımdır ki,xəbər verildiyi kimi 2021-ci il iyul ayında da Ə.Əliyev adına ADHTİ-də Azərbaycanda tibb işçilərinin COVİD-19 pandemiyası ilə əlaqəli bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “Proact training” layihəsi çərçivəsində “Təməl həyat dəstəyi” təlimləri keçirilmişdir. Həmin təlimlərdə 79 nəfər institutun əməkdaşları və digər tibb müəssisələrdən olan tibb işçiləri iştirak etmişlər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX