Tibb işçiləri üçün qeyri-infeksion xəstəliklərin idarəolunması mövzusunda təlimlər yekunlaşdı 06.12.2019
Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə 3-6 dekabr 2019-cu il tarixində Sumqayıt şəhərində və Siyəzən rayonunda fəaliyyət göstərən tibbi müəssisələrinin 65 həkim və orta tibb heyəti üçün qeyri-infeksion xəstəliklərin idarəolunması mövzusunda təlimlər başa çatmışdır.
Təlimlər Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ailə təbabəti kafedrası, Azərbaycan Tibb Universiteti və Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislər tərəfindən keçirilmişdir. Dörd gün ərzində keçirilən təlimlərin əsas məqsədi ilkin səhiyyə xidməti çərçivəsində qeyri-infeksion xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası, xüsusilə hipertoniya və şəkərli diabetlə bağlı tibb işçilərinin bilik və təcrübələrinin artırılması idi. Əhalinin sağlamlığının qorunmasında böyük rol oynayan ilkin səhiyyə xidmətinin gücləndirilməsi səhiyyə xərclərinin səmərəsinin artırılması üçün beynəlxalq təcrübəyə əsaslanan, effektliliyi sübut olunmuş strategiyadır və icbari tibbi sığortanın tətbiqində vacib element kimi təqdim olunmuşdur. Eyni zamanda qeyri-infeksion xəstəliklərə nəzarət məqsədilə lazımi tibbi alətlərdən istifadə etmək bacarıqlarının təkmilləşdirilməsi də təlimin əsas vəzifələrindən olmuşdur. İştirakçılar qeyri-infeksion xəstəliklərin ilkin səhiyyə xidməti səviyyəsində idarə olunması üzrə məlumatlandırılmış və praktik fəaliyyət zamanı istifadə olunacaq stetoskop, tonometr və qlükometrlərlə təmin olunmuşlar.
|
|
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|