Müasir dövrdə səhiyyənin yüksək səviyyəli mütəxəssislərə olan ehtiyacı tibb və əczaçılıq işçilərinin peşə bilik və bacarıqlarının daim təkmilləşdirilməsinin vacibliyini diktə edilir. Praktiki tibbi fəaliyyətlə məşğul olan həkim Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən həyata keçirilən ixtisasartırma kurslarında iştirak etməklə və (və ya) toplama sistemi adı altında birləşdirilən digər davamlı tibbi təhsil fəaliyyətləri vasitəsilə öz davamlı tibbi təhsilini həyata keçirə bilər. Təhsil proqramlarının mənimsənməsi müxtəlif yeni texnologiyalar vasitələrinin geniş istifadəsi ilə həyata keçirilir. Distant təhsil də davamlı tibbi təhsilin bir növüdür. Son illərdə institutumuzun kafedralarında distant təhsilə xüsusi diqqət yetirilir.
2019-cu il noyabr ayının 12-dən 21-dək Bakı və Gəncə şəhərində fəaliyyət göstərən pediatrlar üçün “Pediatriya:modul 5-6” üzrə distant kurs təşkil edilmişdir. Gəncə şəhərində kursa müşahidə və həkimlərlə praktiki məşğələlər həyata keçirmək üçün pediatriya kafedrasının müdir əvəzi t.e.d. Rəqsanə Məmmədova və dosent Mətanət Qaraxanova cəlb olunmuş idilər.