İstanbulun Mərmərə Universitetinin nümayəndə heyəti ilə görüş keçirildi

07.11.2019

Dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycan Respublikasında da stasionardan kənar yardım əhaliyə göstərilən tibbi yardımlar sırasında mühüm və başlıca yer tutur. Bu yardımın əsasını ailə təbabəti təşkil edir. ÜST-nın Avropa Regional Bürosunun Lyublyana konfransı (2001) qərarlarına uyğun olaraq Avropanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da “Ailə təbabəti” proqramı üzrə milli strategiyanın hazırlanması barədə Azərbaycan Səhiyyə Nazirinin 2002-ci il 12 iyun tarixli 69 saylı əmri verilmişdir. Bu strategiyaya uyğun olaraq səhiyyə və tibbi təhsil sahəsində aparılan islahatlara müvafiq olaraq Respublikada əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini daha da yüksəltmək üçün ilkin tibbi yardım müəssisələrində ümumi həkim (ailə) praktikasının tətbiqinin təmin edilməsi vacib sayılmış və ailə həkimliyi prinsipi cəmiyyətin inkişafından irəli gələn və icrasına ehtiyacı olan bir proses kimi yayılmağa başlanmışdır. Bunlarla əlaqədar Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ümumi praktika (ailə) həkimlərinin diplomdansonrakı hazırlığı üçün tədris proqramları hazırlanmış və müvafiq kafedra açılmışdır.
İnstitutda eyni zamanda ailə təbabəti prinsipləri müvəffəqiyyətlə tətbiq olunmuş və artıq uzun illər çalışan bir sistemi olan ölkələrin təcrübəsi daim öyrənilir və istifadə edilir. Ölkəmizdə səfərdə olan Türkiyənin Mərmərə Universitetinin ailə həkimliyi kafedrasının nümayəndələri professor Arzu Uzuner və professor Mehmet Akmanla institutumuzda baş tutan görüşdə də bu məsələlər diqqət mərkəzində olmuşdur. Ə.Əliyev adına ADHTİ-nun rektoru professor N.A.Qasımov bildirmişdir ki,ailə həkimi institutunun səhiyyə sistemi çərçivəsində rolunun artırılması, pasiyent yönümlü yanaşmanın tətbiq olunması, ilkin səhiyyə müəssisələrinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, xəstəliklərin profilaktikasında ailə həkimi institutunun rolunun artırılması və səhiyyə xərclərinin rasional istifadəsinin təmin edilməsi ümumilikdə ailə həkimi institutunun inkişaf perspektivləri kimi qiymətləndirilir.Bu prinsiplərin həyata keçirilməsi üçün ailə həkimi ixtisasının tədris metodologiyasının və təcrübəsinin daha da təkmilləşdirilməsinə zərurət yaranır. Təbii ki, müvafiq tədris planı və dərs vəsaitlərinin beynəlxalq təcrübəyə əsaslanaraq tərtib olunmasına, ixtisasartırma istiqamətində mübadilə proqramlarının həyata keçirilməsinə də ehtiyac duyulur. Ona görə də müəssisələrimiz arasında əlaqələrin genişlənməsi qardaş Türkiyədə qazanılmış təcrübədən ölkəmizdə istifadə olunmasına köməklik edəcəkdir.
Çıxış edən professor Arzu Uzuner və professor Mehmet Akman da əldə olunmuş nailiyyətlərlə bölüşməyin çox önəmli olduğunu və gələcəkdə bütün istiqamətlərdə qarşılıqlı əməkdaşlıq etmək arzusunda olduqlarını qeyd etdilər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX